Sevgisinə görə Amerikanı satan diplomat xanım sonda Annabel Byukar həyatındakı hər şeyi itirib

Maraqlı 23:11 11.07.2021
Bütün ölkələrdə xüsusi xidmət orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biri də qarşı tərəf haqqında informasiyalar toplamaq olub ki, bu məqsədlə onlar əsasən “verbovka” metodundan istifadə ediblər.
 
 Yəni, xarici ölkə vətəndaşları fərqli üsullarla əməkdaşlığa cəlb olunublar. SSRİ-də DTK (“NKVD”, DTN) bu üsuldan geniş istifadə edib.
 
1946-cı ildə Annabel Byukar ABŞ-ın SSRİ-dəki səfirliyinə katib təyin ediləndə diplomat xanım sovet kəşfiyyatçılarının hədəfinə düşüb. Məsələnin “maraqlı” tərəfi ondan ibarət olub ki, Annabel Byukar bu vəzifəyə qədər ABŞ-ın Strateji Xidmətlər İdarəsində (sonralar Mərkəzi Kəşfiyyat İdarəsi) xidmət edib.
 
Annabel Byukar səfirlikdə informasiya təminatı sahəsinə cavabdehlik daşıyıb. SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları bütün vasitələrə əl ataraq cazibədar xanımı əməkdaşlığa cəlb etməyə cəhd ediblər. Nəhayət, bu cəhdlərin biri uğurlu alınıb.
 
 
SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin 2-ci Baş İdarəsinin rəis müavini general-leytenant Leonid Rayxman amerikalı diplomatı “ələ keçirmək” üçün çox “incə” tələ qurub. O, bu məqsədlə mövcud dövrün tanınmış sənətkarı, Moskva Opera Teatrının solisti, görkəmcə çox yaraşıqlı olan Konstantin Lapşini bu işə cəlb edib. Konstantin Lapşin hələ 1940-cı ildən, “NKVD” dövründən xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib.
 
Beləliklə, əvvəlcə Annabel Byukarın hansı məkanlarda istirahət etdiyi, əyləndiyi yerlər müəyyənləşdirilib. Məlum olub ki, amerikalı diplomat daha çox “Metropol” mehmanxanasının restoranında olur. Konstantin Lapşin işindən bir müddət ayrılaraq həmin restorana “ezam” edilib və restoranın solisti qismində çalışıb.
 
Bir neçə gündən sonra Lapşin Annabel Byukarın diqqətini cəlb edib. Daha dəqiq ifadə etsək, solist xanım diplomatın ürəyini ələ almağı bacarıb. Çox keçməmiş münasibətlər o qədər ciddiləşib ki, Annabel Byukar diplomatik statusunu unuduraq sovet vətəndaşı ilə ailə qurmağa qərar verib.
 
Artıq 1947-ci ildə Annabel Byukar vəzifəsindən azad olunmaq üçün yuxarı instansiyalara müraciət etdikdən sonra Lapşinlə rəsmi nikaha girib və SSRİ-dən siyasi sığınacaq alıb.  Sözsüz ki, bu nikah ABŞ rəsmiləri üçün gözlənilməz olub və onlarda böyük narahatlıq yaradıb.
 
 
Nikahdan sonra Annabel Byukara xüsusi xidmət orqanları ilə əməkdaşlıq təklif edilib. O, öz sevgisi naminə bu təklifi dərhal qəbul edib.
 
Qısa bir zamanda Annabel Byukar kommunist təbliğatının silahına çevrilib. O, SSRİ-nin ABŞ və İngiltərə üçün hazırladığı radioproqramların diktoru kimi fəaliyyət göstərib. Onun səsi ilə yayılan mətnlərin arasında aşağıdakı ifadələr qarşı tərəfin qıcığına daha çox səbəb olub:
 
“SSRİ-də dünyanın sülh atmosferi hökm sürür. Başqa dövlətlər silahlandığı, hərbi gərginlik yaratdığı halda Sovet İttifaqındakı sakitlik, sosial rifah insanları xoşbəxt gələcəyə səsləyir. Bu ölkədə hamı bərabərdir, hamı eyni hüquqa malikdir. Dünyanın gələcəyi SSRİ ilə bağlıdır...”
 
1949-cu ildə “Literaturnaya qazeta”nın nəşriyyatında Annabel Byukarın “Amerika diplomatları haqqında həqiqət”, adlı kitabı işıq üzü görüb. Kitab bir neçə dilə tərcümə olunaraq Avropa ölkələrində də çap olunub. Kitabda ABŞ-ın SSRİ-dəki səfirliyinin əməkdaşları haqqında yazılar daha çox yer alıb, müəllif onları antisovet fəaliyyətdə ittiham edərək iyrənc məxluqlara bənzədib. Sonralar öz açıqlamalarında Annabel Byukar kitabın DTK əməkdaşları tərəfindən yazıldığını, onun adı ilə təqdim olunduğunu bildirib.
 
 
1951-ci ildə tanınmış sovet rejissoru Aleksandr Dovjenko Kreml tərəfindən təcili göstəriş alıb. Göstərişə görə o, “Amerika diplomatları haqqında həqiqət” kitabının əsasında “Əlvida, Amerika” filmini çəkməyə başlayıb. Ancaq filmin çəkilişi  sona çatmayıb. Şəxsən Stalinin göstərişi ilə çəkilişlər dayandırılıb. Sovet liderinin hansı səbəbdən bu addımı atdığı bu günə qədər də tam məlum deyil. Bəzi versiyalara görə ABŞ-la SSRİ arasında münasibətlərin daha da gərginləşməməsi üçün filmin istehsalı dayandırılıb. Həmin film yalnız 1996-cı ildə bərpa olunaraq kütləvi nümayişə buraxılıb.
 
Annabel Byukara ABŞ-dan dəfələrlə geri dönmək təklifi gəlib. O, bu təkliflərin hamısını rədd edib. Xüsusilə cütlüyün 1948-ci ildə oğul övladları dünyaya gəldikdən sonra amerikalı diplomat Moskvada qalmağa birdəfəlik qərar verib.
 
Ömrünün son illərini Annabel Byukar ağrılar içərisində yaşayıb. 1990-cı ildə oğlu avtomobil qəzasında ölüb. Çox keçməmiş həyat yoldaşı da vəfat edib.
 
1996-cı ildə “Əlvida, Amerika” filmi nümayişə buraxılanda Annabel Byukara buna ciddi şəkildə etirazını bildirib və ilk dəfə SSRİ-də qalmağında böyük səhvə yol verdiyini etiraf edib. Bu etiraflar isə gecikmiş etiraflar olub.
 
Beləliklə, bir sevginin sayəsində Amerikanın sirlərini sovet xüsusi xidmət orqanlarına satan diplomat xanım ömrünün son illərində hər şeyi itirib, həyat yoldaşını da, oğlunu da, vətənini də. O, 1998-ci ildə Moskvada vəfat edib.(Musavat.com)
 

 

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
10:20 28.03.2024
Hamısı