Nadir Şahın Çeçenistana dəstəyi ilə Azərbaycan türkləriylə çeçenlərin kök bağlılığı üzə çıxdı

Maraqlı 23:13 30.07.2021
“İndiyədək DNA testindən keçmiş azərbaycanlıların, təxm., 28 faizinin, çeçenlərin isə, təxm., 87 faizinin ata xətti ilə ümumi əcdadı 31 min 600 il  öncə yaşamış bir kişidir...”
 
“Turkoy, Xurkoy, Xoy, Parsenoy və digər çeçen nəsilləri Nadir Şahın qızılbaş döyüşçülərinin törəmələridir...”
 
EDNews.net Moderator.az-a istinadən xəbər verir ki, Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrilinin “Naməlum müharibələr” silsiləsindən növbəti yazısını təqdim edir:
 
1742-ci ilin noyabrında Nadir şah Əfşar şimal istiqamətində hərəkətə başladı. Çox güman ki, onun məqsədi donmuş Terek çayını keçərək Qızlara getmək idi. Şahın bu qərarı verməsinə Çeçenistandan aldığı məktub səbəb olmuşdu. Həmin məktubda çeçenlər bildirmişdilər ki, Nadir şah Əfşarın təbəəliyini qəbul etmək niyyətindədirlər. Əgər o, Çeçenistana gəlsə, çeçenlər Rusiya ilə müharibədə Nadir şaha əllərindən gələn köməyi edəcəklər.
 
 
1741-ci ilin sentyabrından 1742-ci ilin mayınadək Nadir şahın qoşunları Dağıstanda ciddi uğurlar qazandılar. Lakin onlar Avarıstanda bir neçə yüksəkliyi ala bilmədilər və müəyyən itkilər verdilər. 
 
XIX əsrin çeçen etnoqrafı Umalat Laudayev yazır: 
 
 
“Avarıstandakı döyüşlərdən sonra şah ordusunun bəzi bölükləri istiqaməti itirib Çeçenistana gəlib çıxmışdılar. Həmin qızılbaşların bir hissəsi geri qayıtmamış və çeçen aullarında məskunlaşmışdı. Turkoy, Xurkoy, Xoy, Parsenoy və digər çeçen nəsilləri qızılbaş döyüşçülərinin törəmələridir”.
 
 
Haşiyə. 
 
Sözügedən nəsillər bu gün də çeçenlər arasında qalmaqdadır. Lakin vurğulamalıyıq ki, müasir çeçen tarixçilərinin və tədqiqatçılarının əksəriyyətinin fikrincə, onlar köklü çeçen tayfalarıdır və qızılbaşlara aidiyyəti yoxdur. Genetik araşdırmaların nəticələrinə əsasən qızılbaşlardan törədiyi iddia edilən nəsillərin bugünkü nümayəndələri digər çeçen tayfaları arasında geniş yayılmış haploqrupları daşıyırlar. Görünür, Y-xromosomlu J1 və J2 haploqrupları nəzərdə tutulur. Belə ki, çeçenlərin 30 faizi J1 haploqrupuna, 57 faizi isə J2 haploqrupuna aiddir. Amma məsələ burasındadır ki, azərbaycanlıların da, təxminən, 9 faizi J1 haploqrupunun, 19 faizi isə J2 haploqrupunun daşıyıcısıdır. Bu məlumatı sadə dilə çevirək: indiyədək DNA testindən keçmiş azərbaycanlıların, təxminən, 28 faizinin, çeçenlərin isə, təxminən, 87 faizinin ata xətti ilə ümumi əcdadı 31.600 il əvvəl yaşamış bir kişidir. Genetiklər həmin şəxsi şərti olaraq “J”, ondan törəmiş nəsilləri isə “J1” və “J2” adlandırmışlar.
 
 
Sözügedən hadisələrdən 7 il əvvəl – 1735-ci ildə Krım xanı Qaplan Gəray (1678–1738) Osmanlı sultanından əmr almışdı ki, Azərbaycanda Nadir xan Əfşarla döyüşən osmanlıların köməyinə tələssin. Xan 60.000 süvari ilə yola düzəldi. Çərkəzistanda ona daha 20.000 döyüşçü qoşuldu. Bu böyük qoşun özünü Azərbaycana yetirə bilsəydi, sözsüz ki, müharibənin gedişində ciddi dəyişikliklər baş verəcəkdi. Krım ordusu Çeçenistandan Dağıstana keçməli, oradan isə Azərbaycana daxil olmalı idi. Amma çeçenlər Qaplan Gəray xanın qabağını kəsdilər və ondan tələb etdilər ki, özünə başqa bir marşrut seçsin. Qəfildən ortaya çıxmış maneə xanı təəccübləndirsə də o, qoşunun hərəkətini dayandırmadı. Belə olduqda çeçenlər bu gün Xanqala adlanan dərədə tatarların və çərkəzlərin üzərinə hücum etdilər. Şiddətli döyüş başlandı. Çeçen həmlələri nəticəsində ağır itkilər verən Qaplan Gəray xan çətinliklə dərədən keçib Dağıstana daxil oldu. Burada tatarlar Səfəvilərin müttəfiqləri olan qumuxlarla qarşılaşdılar. Döyüş Krım xanının qələbəsi ilə başa çatdı. Tatar dəstələri Dərbənd şəhərinin yaxınlığında göründülər. Amma onlar gecikmişdilər. Xanqala döyüşü Azərbaycan uğrunda savaşın taleyinə ciddi təsir göstərmişdi. Müttəfiqlərindən vaxtında kömək ala bilməyən Osmanlı ordusunun Qafqaz qruplaşması ağır məğlubiyyətə uğrayıb geri çəkilməyə məcbur olmuşdu. Krım ordusunun aparacağı hərbi əməliyyatlar artıq heç nəyi dəyişməyəcəkdi. Buna görə də Qaplan Gəray xan yürüşü yarımçıq saxlayıb Krıma qayıtdı. Ədalət naminə onu da qeyd edək ki, xan əvvəldən bu yürüşün əleyhinə olmuşdu...
 
1736-cı il oktyabrın 17-də İstanbulda Osmanlı və Əfşar imperiyaları arasında sülh nüqaviləsi bağlandı...
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı