Baydenin BMT-də çıxışı zamanı diqqətçəkən detal | Eurasia Diary - ednews.net

17 Oktyabr,

Baydenin BMT-də çıxışı zamanı diqqətçəkən detal

Maraqlı A- A A+

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden BMT Baş Assambleyasında çıxış edib.

EDNews.net xəbər verir ki, onun danışığı zamanı İsrail heyətinə ayrılan yerlərin boş qalması diqqət çəkib.

Bu, Baydenin İsrail və Fələstin barədə çıxışı vaxtına təsadüf edib.

Diqqətçəkən fotonu “Associated Press”dən Eduardo Munoz çəkib.

Qeyd edək ki, Bayden Orta Şərqdə anlaşılmazlıqların həlli üçün şiddətin ilk çarə olmadığını deyib.

“Müstəqil İsrail dövlətinə dəstəyimiz açıqdır. Ancaq İsrailin demokratik yəhudi dövləti olaraq gələcəyinin formalaşdırılması və demokratik bir Fələstin dövləti üçün ən yaxşı yol iki dövlətli həll yoludur. İndi bu həll üçün uzun bir yolumuz var, ancaq təslim olmamalıyıq”, - ABŞ lideri vurğulayıb.

qafqazinfo

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...