Təhsilimizin xanım sələfi TARİX

Maraqlı 21:06 27.11.2021

Azərbaycanda qadın təhsilinin əsasının qoyulmasında, müsəlman qadınların məktəbə cəlb edilməsində rolu və xidmətləri olmuş tanınmış pedaqoqlardan biri də Gülbahar xanım Axriyevadır.

“Kaspi” qəzetinin G.Axriyevayla bağlı araşdırma yazısını təqdim edirik.
 
Azərbaycanda qadın təhsilinin əsasının qoyulmasında və onun inkişaf etdirilməsində, müsəlman qadınların məktəbə cəlb edilməsində xidmətləri olmuş bir sıra tanınmış qadın pedaqoqların həyat və fəaliyyəti kifayət qədər araşdırılmamışdır. Belə durum aradan qaldırılmalı və təhsil tariximizdə xidməti olmuş pedaqoqların həyat və fəaliyyətləri araşdırılaraq ictimaiyyətə təqdim olunmalıdır.
  
Azərbaycanın təhsil tarixində izi qalmış tanınmış müəllimələrdən biri də Gülbahar xanım Axriyevadır. Gülbahar xanım haqqında ensiklopediyalarda heç bir məlumat yoxdur. Onun haqqında yalnız tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovun 2011-ci ildə nəşr edilmiş “H.Z.A.Tağıyevin qız məktəbinin tarixindən” adlı kitabında müəyyən məlumatlar yer almışdır. Dövrünün tanınmış qadın pedaqoqu Gülbahar xanım Axriyeva 1886-cı il yanvarın 8-də Bakıda müsəlman məmur ailəsində anadan olmuşdur. O, 1894-cü ildə imtahan verərək Bakı Müqəddəs Nina qadın məktəbinin aşağı hazırlıq sinfinə qəbul olmuş, 1895-ci ildə yuxarı hazırlıq sinfinə keçirilmişdir. Gülbahar xanım 1902-ci ildə VII sinfi bitirərək, 4 iyun 1903-cü il tarixində 264 saylı Attestat əldə etmişdir.

Gülbahar xanım Bakı Müq. Nina qadın məktəbinin 7-ci sinfini bitirdikdən sonra təhsilini davam etdirərək həmin məktəbin əlavə olaraq birillik VIII sinfinə daxil olmuş və 1904-cü il mayın 24-də müvəffəqiyyətlə bitirmişdir. Bakı Müq. Nina qadın məktəbinin pedaqoji şurası tərəfindən Gülbahar xanım Axriyevaya rəsmi olaraq ev müəlliməsi adı verilmiş və ona 254 saylı Attestat və 3062 saylı Şəhadətnamə təqdim edilmişdir. Gülbahar xanımın əldə etdiyi şəhadətnamədə qeyd edilirdi ki, o, yalnız öz dindaşlarının evlərində rus dilini tədris etmək hüququna malikdir.

Yeri gəlmişkən qeyd edim ki, o dövrün qanunlarına görə müsəlman məzunların əldə etdiyi şəhadətnamənin verdiyi hüquqlar ev müəlliməsi vəzifəsinə layiq görülmüş xristian dininə məxsus şəxslərin şəhadətnaməsinin verdiyi hüquqlarla eyni qüvvəyə malik deyildi. Əgər Gülbahar xanıma yalnız öz dindaşları arasında rus dilini tədris etməyə ixtiyar verilirdisə, xristian dininə məxsus şəxslərə verilmiş şəhadətnaməyə malik olanlara dinindən asılı olmayaraq istənilən vətəndaşlar arasında rus dilini tədris etmək hüququ verilirdi.

Gülbahar xanım Axriyeva Bakı Müq. Nina qadın məktəbini bitirdikdən sonra 1907-ci il yanvarın 20-dən 1908-ci il sentyabrın 10-dək Yelizavetpol (indiki Gəncə) Müq. Nina qadın məktəbində baxıcı–müəllimə vəzifəsində çalışmışdır. Lakin sonralar ailə vəziyyəti ilə əlaqədar olaraq Bakıya qayıtmalı olmuşdur.

O, 1908-ci il noyabrın 17-də Bakı Şəhər Duması nəzdindəki Məktəb Komissiyasının sədrinə ərizə ilə müraciət edərək qeyd edirdi: “Bakı Müq. Nina qadın məktəbini 1904-cü ildə bitirərək ev müəlliməsi hüququnu əldə etmişəm. Sonra isə bu ilin sentyabr ayınadək Yelizavetpol Müq. Nina təhsil ocağında müəllimə vəzifəsində qulluq etmişəm. Cənab sədr, sizdən xahiş edirəm ki, mənə şəhər məktəblərinin birində müəllimə yerinin verilməsinə etiraz etməyəsiniz. Bununla yanaşı əlavə edirəm ki, Yelizavetpoldakı xidmətimi ailə vəziyyətimlə əlaqədar olaraq tərk etmişəm”.

Gülbahar xanım pedaqoji fəaliyyətini 1910-cu ildən etibarən görkəmli mesenat H.Z.Tağıyevin açdığı Aleksandrinski qızlar məktəbində davam etdirmişdir. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin "Bakı Şəhər İdarəsi Fondu”ndakı Gülbahar xanım Axriyevanın şəxsi işində onun Bakı şəhər idarəsi nəzdindəki məktəb komissiyasının sədrinə 1915-ci il iyunun 26-da yazdığı ərizə qorunub saxlanılır. Həmin ərizə Bakı rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi Gülbahar xanım tərəfindən yazılmışdır. Başqa sözlə desək, Gülbahar xanım artıq 1913-cü ildən etibarən Bakı rus-müsəlman qadın Aleksandrinski məktəbinin rəisi vəzifəsinə qədər yüksələ bilmişdir.

Gülbahar xanım 1915-ci il iyunun 26-da Məktəb komissiyasının sədrinə yazdığı ərizəsində qeyd edirdi ki, şəhər xidmətinə keçmək istədiyi üçün ona Bakıdakı şəhər məktəblərinin birində vakant müəllim yeri verilsin. Lakin Gülbahar xanım Axriyeva 1915-ci il iyulun 16-da sağlamlığı ilə əlaqədar olaraq vəzifəsindən azad olunmuş və həmin vəzifənin icrası müvəqqəti olaraq A.X.Şahtaxtinskiyə həvalə edilmişdir.

Bakı şəhəri qadın 3-cü rus-tatar məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova 1915-ci il sentyabrın 5-də Məktəb komissiyasının sədrinə 41 saylı məktubla müraciət edərək ona həvalə edilmiş məktəbə orta ixtisaslı müəllimənin göndərilməsini xahiş etmişdir. Məktəb komissiyası sədrinin Rəhilə xanıma ünvanladığı 5 sentyabr 1915-ci il tarixli 943 saylı məktubunda bildirilirdi ki, ali-ibtidai məktəbin müəllimə vakant yerinin tutulması üçün sentyabrın 7-dən etibarən Gülbahar xanım Axriyeva ezam edilir. Ona illik 900 rubl maaş təyin olunur. Sonradan isə Gülbahar xanım müsəlman qızlar üçün açılmış 3-cü ali-ibtidai məktəbin müdirinin xahişi ilə həmin təhsil ocağına keçirilir. Onun məvacibi artırılaraq ildə 1080 rubl olur.

 

Təəssüflər olsun ki, Gülbahar Axriyevanın sağlamlığında yaranmış problemlər onun səmərəli fəaliyyətinə müəyyən çətinliklər törədirdi. Bakı 3-cü ali-ibtidai məktəbinin müdiri Rəhilə xanım Hacıbababəyova 1919-cu il mayın 14-də Məktəb komissiyasının sədrinə 26 saylı məktubla müraciət edərək bildirirdi: "Mənə həvalə edilmiş məktəbin müəlliməsi G.Axriyeva xəstələnmişdir, xahiş edirəm ki, ehtiyat üçün müəllimə göndərəsiniz”. 1919-cu ilin noyabrında Məktəb şöbəsinin idarə heyətinin üzvü şəhər başçısının dəftərxanasına məktub yazıb xahiş edirdi ki, qadın 3-cü ali-ibtidai məktəbinin müəlliməsi Gülbahar xanım Axriyevanın işdən azad olunması haqqında əmr yazsın.

Beləliklə, Gülbahar xanım Axriyevanın həmin məktəbdəki pedaqoji fəaliyyəti başa çatır. Şəxsi işində onun sonrakı həyat və fəaliyyəti haqqında hər hansı bir məlumat yoxdur. Məqaləni hazırlayarkən Gülbahar xanımın fotolarını tanınmış tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadədən əldə etmək mümkün oldu.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı