Londonun Moda evi dağıstanlı nənələrin üslubundan istifadə edib - ednews.net

29 May,

(+994 50) 229-39-11

Londonun Moda evi dağıstanlı nənələrin üslubundan istifadə edib

Maraqlı A- A A+

Britaniyanın “Burberry” brendinin yeni geyim kolleksiyası Dağıstanlı nənələrin geyimləri ilə müqayisə edilib. Belə ki, məşhur brendin təqdim etdiyi şəkillərə elə dağıstanlıların özləri şərh yazıblar.

“Nənələrimizə oxşayır? Bəli, çox. Dağıstanda, xüsusən də kənd yerlərində bir çox qadın belə gəzir”, “Kəndinizin qadınlarının birdən birə dəbli olduğu an”, “Dağıstan stili”, “Bəs deyirdilər dağıstanlı qadınlar dəbsiz geyinirlər”, “Dağıstanlı nənələr onları plagiatda ittiham edərlər” kimi şərhlərlər istifadəçilər münasibət bildiriblər.

Yeni kolleksiya Qafqazda tanınmış bloqer Məryəm Qoryanka və stilist Məryəm Əmirbəyovanın da nəzərindən yayınmayıb. Geyim mütəxəssisləri britaniyalı modelyerlərin Dağıstanda təqaüdçülərin obrazlarını yaxşı təqdim edə bilmədiklərini bildiriblər. M.Qoryanka buna misal ki, qeyri-peşəkar şəkildə bağlanılmış baş örtüyü göstərilib.

“London stilistlərinə nə məsləhət görərdim? Birincisi, üzün nisbətlərini pozmasınlar, alını kəsməsinlər və baş üçün belə yüksək qeyri-mütənasib topuz düzəltməsinlər. Fotoda gördüyüm variant 90-cı illərdə ölkəmizdə aktual idi”, - deyə Əmirbekova Qoryankanın sözlərini təsdiləyib.

Oxu.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...