Çinlilər təəccübləndirməyə davam edir - İndi də ... - ednews.net

21 May, Şənbə

(+994 50) 229-39-11

Çinlilər təəccübləndirməyə davam edir - İndi də ...

Çinin Huanqanq şəhərində oksigen ifraz edən çoxmərtəbəli yaşayış kompleksi tikilib.

Maraqlı A- A A+
Çinin Hubey əyalətinin Huanqanq şəhərində şaquli meşəli ilk çoxmərtəbəli yaşayış kompleksi inşa edilib.
 
Ednews xarici  KİV-ə istinadən xəbər verir ki, belə evlər atmosferdən zərərli maddələri  udmaq və havanı oksigenlə doyurmaq qabiliyyətinə malikdir.
 
“EasyHome Huanggang” adlı yaşayış kompleksinin konsepsiyası italyan memar Stefano Boeri tərəfindən hazırlanıb. Ansamblın fasadlarında geniş abadlıq işləri aparılmış beş qüllə var. Bura  404 ağac, 4,6 min kol, həmçinin evlərin eyvan və terraslarında bir neçə növ ot və güllər daxildir. Bitkilərin hesabına kompleks hər il havadan 22 ton karbon qazı udur  və atmosferə 11 ton oksigen buraxa bilir.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...