Dünyanın ən təhlükəli peşəsi mülki pilot işidir. Yüngül çəkili təyyarələri müştərilərə çatdırmaq üçün Atlantik okeanı boyunca təkbaşına uçan pilotlar dünyanın ən təhlükəli işini icra edirlər.
Ednews-un əldə etdiyi məlumata görə ildə orta hesabla 3 və daha artıq pilot Şimali Atlantika səmasında həyatını itirir. Buna səbəb həmin ərazidə mütəmadi olaraq qasırğalı hava şəraitinin olmasıdır. Pilotlar uçuş zamanı oksigen maskalarından istifadə edirlər. Belə ki, təyyarələrin tavanları 25,000 fut (7,620 m)yüsəklikdə, orta sürəti isə 140 (225 km/saat) ilə 200 (322 km/saat) arasındadır.