Ukraynada tutularaq, Azərbaycana ekstradisiya olunan, dələduzluqda ittiham edilən iş adamı Maqsud Mahmudovun əməllərindən zərər çəkən 90 nəfərin içərisində tanınmış şəxslər də var.
Ednews xəbər verir ki, onlar arasında müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmli də var.
A.Fərmanqızı açıqlamasında bildirib ki, illər öncə Maqsud Mahmudov onu hədələyərək pul verməsini tələb edib:
“Pul vermədiyim üçün məni şantaj etməyə başladı. Haqqımda pis-pis iftiralar, montaj olunmuş videolar yayırdı. Mən də məcbur olub dövlət qurumlarına müraciət etdim”.