Cənubi Koreyada restoran müştəriləri yemək yeyərkən və içərkən burnu örtməyə imkan verən yeni növ üz maskasından istifadə edirlər.
Ednews xəbər verir ki, “Kosk” adlanan maska insanların yemək yeyərkən burun dəliklərini hava-damcı viruslarından qorumaq üçün nəzərdə tutulub.
Qeyd edək ki, maska digər adi maskalardən görünüşcə fərqlənmir, sadəcə lazım gəldikdə onu burnu örtəcək şəkildə qatlamaq mümkündür. Qeyri-adi maska amerikan-cənubi koreya şirkəti Coupang tərəfindən satışa çıxarılır. 1 qutuda 10 ədəd olan maska 11,42 dollara satılır.
Cənubi Koreyanın Atman şirkəti tərəfindən hazırlanan “Kosk” internetdə sürətlə yayılıb və şirkətin vebsaytında 118 rəydən beş ulduz almaqla reytinqləri alt-üst edib.
Deakin Sağlamlıq Transformasiya İnstitutunun professoru Katherine Bennett “Kosk” geyməyin ictimai yerlərdə maskasız oturmaqdan daha effektli olacağını bildirib.