ABŞ-ın Corciya ştatında qeyri-adi qətl hadisəsi baş verib.
Ednews xəbər verir ki, Armuçi şəhər sakini 82 yaşlı Doris Kamminq nəvəsi Robertlə birgə yaşadığı evdə huşunu itirərək yıxılıb. Bu zaman nəvə təcili yardıma zəng etmək əvəzinə nənəsini plastik torbalara bükərək onu soyuducuya yerləşdirib.
“The Charlotte Observer” qəzetinin yazdığına görə, Robert polisə açıqlamasında törətdiyi əməli etraf edib:
“Nənəmi sürükləyərkən sümüklərinin qırılma səslərini eşidirdim. Dondurucu balaca olduğundan nənəmi ora yerləşdirəndə onurğası qırıldı”.
Cinayət işini araşdıran polis müstəntiqi Britani Vernerin sözlərinə görə meyit üzərində aparılmış tibbi ekspertizanın nəticəsinə əsasən yaşlı qadın dondurucuya qoyularkən sağ olub və soyuducuya qoyulduqdan sonra donaraq ölüb.
Qeyd edək ki, Robert 2018-ci ildə öz həyat yoldaşını öldürməsi üçün facebook üzərindən qatil axtarmaqda təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib.
Nəzrin Beydiyeva