Mobil telefonların radiasiyası Alzheimer xəstəliyinə səbəb ola bilər.
Ednews xəbər verir ki, bu barədə "İnosmi" nin Natural News məlumat verib.
Məlumata əsasən alimlər mobil telefonların yaratdığı şüalanma ilə Alzheimer xəstəliyi arasında əlaqə müəyyənləşdiriblər.
“Current Alzheimer Research” jurnalında dərc edilən araşdırmada bildirilir ki, mobil telefonlar və İnternet ruterlərindən (Wi-Fi) daimi istifadə beyində kalsiumun artmasına səbəb olur. Bu isə Alzheimer xəstəliyinə tutulma riskini artırır.
Qeyd edək ki, alzheimer xəstəliyinə səbəb olan beyindəki dəyişikliklər simptomların başlamasından 25 il əvvəl başlaya bilər.
Səbinə Qədirova