Gündəlik qayğılar, problem və təlaşları unutmağa kömək edən məşğuliyyətlər arasında rəqs etmək özünəməxsus yer tutur.
Bəs rəqs zamanı əhvalımızı yükəldərək bizə sevinc verən nədir?
Sevimli melodiyanın sədaları altında hərəkət edərək musiqinin sehrinə bürünmək, eləcə də rəqsin mürəkkəb elementlərini icra edərkən gələn məmnunluq duyğusu buna başlıca səbəb kimi göstərilə bilər.
Mütəxəssislərin fikrincə, insanın yaşından və ya rəqs etmək həvəsi oyadan səbəblərdən asılı olmayaraq, bu məşğuliyyətin fiziki, əqli və emosional sağlamlığa böyük faydaları var.
Beləliklə, Ednews bu hobbinin 8 üstünlüklərini təqdim edir:
Ürək-damar sisteminin möhkəmlənməsi
Kardioloqlar ürək-damar sistemini qorumaq və gücləndirmək üçün həftədə ən azı 2 saat rəqs etməyi məsləhət görürlər. Buraya həftədə ən azı 150-300 dəqiqə orta intensiv dərəcədə rəqs məşqləri və ya həftədə 75-150 dəqiqə güclü aerob fiziki fəaliyyət daxildir. Həmçinin, mütəxəssislərin fikrincə, aktiv hərəkət zamanı ürək döyüntüsündə sürətlənmə baş verdiyindən bütün növ rəqslər effektiv kardio məşqlər hesab edilir.
Əzələ Tonusunun möhkəmlənmə və koordinasiyasiyası
Peşəkar rəqqaslar hərəkətlərdəki müxtəlik çətinlik səviyyələrinə görə rəqslə məşğul olmanı idmanın ən mükəmməl forması hesab edirlər.
Rəqs hərəkərləri özündə gəzmək, pilləkənlərə qalxmaq, qaçmaq, velosiped sürmək kimi fiziki aktivlikləri ehtiva edir. Rəqs etmək təkcə əzələ gücünü artırmır, həm də koordinasiyanı yaxşılaşdırır.
Zərif məşq üslubu
Bal rəqsi kimi bəzi rəqs növləri sağlamlıq problemləri olan insanlar üçün uyğun seçim hesab edilir. Odur ki, sağlamlığında hər hansı problemi olan insanlar rəqs növü seçərkən diqqətli olmalı, həkim və məşqçi ilə mütləq məşləhətləşməlidir. Həkim sağlamlıqla bağlı yekun qərarını və məşqçi dərslər üçün minimum vaxt təyin etdikdən sonra sevimli məşğuliyyətdən sağlamlığa ziyan vurmadan zövq almaq olar.
Beynin koqnitiv fəaliyyətinin yaxşılaşdırılması
Araşdırmalar sübut edir ki, rəqs insanın idrak fəaliyyətini artırır. Alimlərin araşdırmasına görə insan rəqs edən zaman beynin yaddaş və bacarıqlara nəzarət edən sahələri nəzərəçarpacaq dərəcədə yaxşılaşır.
Rəqs etmək beyin fəaliyyətinə meydan oxuyur
Step rəqsi ilə məşğul olanlar “beynə meydan oxumaq” deyildikdə nəyin nəzərdə tutulduğunu anlaya bilər. Bəzi rəqs üslubları hərəkətlərin daimi dəyişməsinə, eləcə də onların təkrarlanmasını tələb edir. Rəqs, insan yaşından asılı olmayaraq zehni məşqin ən üstün formasıdır.
Hər kəs rəqs etməyi bacarır
Bu məşğuliyyətin ən fərqli xüsusiyyətlərindən biri heç bir təlim dərslərinə qatılmadan hər kəsin rəqs bacarığının olmasıdır. Belə ki, əgər insan heç olmasa bədəninin yuxarı və ya aşağı hissəsi ilə hərəkət edə bilirsə, o mütləq rəqs etməyi də bacarır.

Emosional vəziyyəti yaxşılaşdırır
Hətta tək rəqs etməyə üstünlük verənlər belə, cütlük şəklində rəqsin daha çox zövq verdiyinə inanır. İstər bal və ya oriyental, istərsə də sadəcə dostlar və ya övladlarla olsun rəqs etmək emosional sağlamlığın yaxşılaşdırılmasına kömək edir.
Əhval-ruhiyyəni qaldırır
Rəqs hərəkətlərindəki dərin məna kədərli düşüncələrdən azad olmağa və ya bir müddət mənfi emosiyalardan qaçmağa imkan verir. Bu hərəkətlərdəki "azadlıq" stressi, narahatlıq və depressiya əlamətlərini azaldır və özünəinam hissini artırır.
Uşaqlar üçün rəqs etməyin faydaları
Hərəkət və ritm uşaqlar üçün çox faydalı iki anlayışdır. Odur ki, uşaqlarda hələ körpə yaşlarından rəqsə maraq oyatmaq olduqca vacibdir. Bu fəaliyyət onlarda təkcə artıq enejidən qurtulmaq deyil, eləcə də özünüifadə üçün əla və təhlükəsiz bir üsul hesab edilir.
Onun bədii tərəfi isə yeni bir dildə (bədən dili) “danışmaq” imkanları açmasındadır. Rəqs zamanı təcrübə və əzm tələb edən müəyyən addımları və bədən hərəkətlərini yadda saxlayıb icra etmək məsuliyyət tələb etdiyi üçün bu əsrarəngiz məğuliyyət insanlarda nizam-intizam aşılayan fəaliyyət sahələrindən birincisi hesab edilir.
Ülviyyə Fərhad