“Ceyms Uebb Kosmik Teleskopu”-nun güzgüsünə kiçik qaya parçası (mikrometeoroid) dəyib.
Ednews xəbər verir ki, məsələ ilə bağlı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Qoddard Kosmik Uçuş Mərkəzinin layihə menecerinin müavini Pol Qeytner ictimaiyyətə açıqlama verib.
"Biz həmişə bilirdik ki, teleskopumuz Günəşdən gələn sərt ultrabənövşəyi işıq və yüklü hissəcikləri, kosmik şüaların təsirlərini sınamalı olacaq".
Tozölçülü maddələrin teleskopa zərər verməsi idarənin ümumi fəaliyyətini məhdudlaşdırmayıb.
Həmçinin, kosmosa atılan ən güclü Teleskop olduğu bildirilən Uebb güzgüsünün yüksək sürətlə uçan toz böyüklüyündə hissəciklərin təsirinə tab gətirəcək şəkildə dizayn edilib.
Nəzrin Beydiyeva