Dünyaca məşhur keçmiş ingilis futbolçusu Devid Bekhem atdığı addımla gündəmi fəth edib.
Ednews xəbər verir ki, Bekhem 3 oğlu ilə müqavilə imzalayıb. İmzalanan müqaviləyə görə, Bekhemin oğulları onların həyatlarındakı xanımlara psixoloji və ya fiziki şiddət göstərərsə, mirasdan yararlana bilməyəcəklər.
Devid Bekhemin bu hərəkəti onun pərəstişkarları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, keçmiş futbolçu britaniyalı modelyer Viktoriya Bekhemlə ailəlidir.