Kanadada qızıl mədənçisi təsadüf nəticəsində körpə mamont fosili tapıb.
Ednews xəbər verir ki, fosilin təxminən 30.000 il əvvəl doğulduğu güman edilir.
Tapılan balanın mamontun "yunlu" növünə aid olduğu məlum olub.
Maraqlı kəşf keçən həftənin çərşənbə axşamı Klondayk qızıl axtarış sahəsində baş verib.
Bildirilir ki, dişi bala mamonta "Nun cho ga" adı verilib və bu yerli dildə "böyük körpə heyvan" mənasını verir.
Qeyd edək ki, "Nun cho ga" Şimali Amerikada tapılan ən yaxşı qorunan, demək olar ki, tam, yunlu mamont nümunəsidir.