NASA-nın uçuş mühəndislərindən olan Jessica Vatkins Beynəlxalq Komsmik Stansiyada torpaqdan istifadə etmədən bitki yetişdirib.
Ednews xəbər verir ki, astronavt “Xroots” adlı sisteçin köməyi ilə kosmik tərəvəzlər yetişdirib. Təcrübə fevral ayında başladılıb və 4-6 ay ərzində ilk məhsullarını verib.
Toxumların inkişafının başlanğıcından məhsul yığımına qədər sistemdə Hidroponik və aeroponik üsullardan istifadə edilib.
Qeyd edək ki, “hidroponika” torpaqdan istifadə etmədən suda minerallarla bitki yetişdirmək, “aeroponika” isə havada və ya dumanda oxşar şəkildə böyümək deməkdir.
NASA rəsmiləri “Sierra Space” adlı özəl şirkət tərəfindən hazırlanan sistemin eksperimental olduğunu vurğulayıblar.
Qeyd edək ki, “hidroponika” torpaqdan istifadə etmədən suda minerallarla bitki yetişdirmək, “aeroponika” isə havada və ya dumanda oxşar şəkildə böyümək deməkdir.
Aliyə İlyas