Leonid Brejnevi ağladan Azərbaycanlı müğənni kim idi? - ednews.net

14 Avqust,

(+994 50) 229-39-11

Leonid Brejnevi ağladan Azərbaycanlı müğənni kim idi?

Maraqlı A- A A+
Nəhəng Sovetlər Birliyinə 18 il rəhbərlik edən Leonid Brejnev çox az insanı sevib, hörmət edib. “Dahi rəhbər”in sonsuz sevgisini qazanan nadir insanlardan biri də SSRİ Xalq artisti, bəstəkar-müğənni Müslüm Maqomayev idi. Böyük sənətkar Brejnevin hər zaman ən yaxınında olub. Hətta ailə tədbirlərində və ad günlərində iki sənətkar dəvət alırdısa onun biri Müslüm Maqomayev olurdu.
 
Ednews xəbər verir ki, Müslüm Maqomayev bu barədə vaxtilə Ukraynalı jurnalist Dmitri Qordanın verilişində qonaq olarkən danışıb. 
 
Dahi sənətkar deyib ki, “Brejnev bunu dəfələrlə dilə gətirib ki, “mənim üçün 2 sənətkar var:
 
Maqomayev və Zıkına”. Brejnev ilk dəfə Bakıya səfər edəndə onun şərəfinə böyük konsert təşkil olunmuşdu. Leonid İliç konserti eşidəndə Heydər Əliyeviçə ilk sualı bu olmuşdu: “Maqomayev olacaq?”. Hətta bir dəfə o mənim ifamı eşidən də göz yaşlarını saxlaya bilməmişdi. Bu məsələ uzun illər danışılırdı”.
 
Müslüm Maqomayev daha sonra əlavə edib ki, “bir dəfə Berlində bir tədbirdə dünyaca məşhur müğənniilər çıxış edirdi. Mən də dəvət olunmuşdum. “İtaliyalı partizanlar” mahnısını ifa edəcəkdim. Mənim adım elan olunda Brejnev sevincək Əliyevin qulağına pıçıldayır ki, “indi biz başlayırıq”.
 
“Brejnev mənim sənətimi nə qədər çox sevsə də heç zaman bundan şəxsi maraqlarım üçün istifadə etməmişəm. Təbii ki, mənim yerimə kim olsa bundan istifadə edərdi. Amma mən bir dəfə də olsun bu xoş münasibətdən yararlanmağı ağlıma belə gətirməmişəm”- deyə böyük sənətkar fikirlərini tamamlayıb.
 
 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...