"Stranger Things"-in sezon finalındakı səhnə izləyicilərin marağına səbəb olub.
Ednews xəbər verir ki, aktyor David Harbor, "Stranger Things"-in sezon finalında istifadə etdiyi qılıncın Arnold Şvartseneggerin "Konan" filmlərində istifadə etdiyi silahla eyni olduğunu açıqlayıb.
Netflix-in hit olan "Stranger Things" serialının dördüncü mövsümünün doqquzuncu epizodunda Cim Hopper (David Harbor) və Coys Bayers (Winona Rayder) Rusiya həbsxanasında ölümcül Demoqorqonla üz-üzə gəlirlər.
Serialda Hopper yerdə uzanır və Demoqorqonla cəsarətlə döyüşməzdən əvvəl orada qalan qılıncını alır.
Bildirilir ki, 47 yaşlı aktyoru Harbor da qılıncın Arnold Şvartseneggerin 1982-ci ildə çəkilmiş "Conan the Barbarian" və onun davamı olan "Conan the Destroyer" filmində istifadə etdiyi qılıncın eynisi olduğunu deyib.
Nəzrin Beydiyeva