Amerikalı iş adamı, milyarder İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu alması ilə bağlı paylaşımının zarafat olduğunu bildirib.
Ednews xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.
"Xeyr, bu köhnə tviter zarafatıdır. Mən heç bir idman komandası almıram”.
Qeyd edək ki, iş adamı bundan öncəki postunda "Mançester Yunayted"i satın aldığını yazmışdı.
***
“Tesla”nın rəhbəri, milyarder İlon Mask İngiltərənin "Mançester Yunayted" futbol klubunu satın aldığını açıqlayıb.
Ednews xəbər verir ki, bu barədə İ.Mask tviter səhifəsində paylaşım edib.
“Mən "Mançester Yunayted"i satın alıram, xoş gəlmisiniz", - İlon Mask sosial şəbəkə hesabında yazıb.
O, hələlik müqavilə və futbol klubu ilə bağlı planlar barədə heç bir məlumat verməyib.
Qeyd edək ki, “Mançester Yunayted” 1878-ci ildə qurulub. Bu, İngiltərənin titulların sayına görə ən uğurlu futbol klublarından biridir. Əvvəllər “Forbes” bütün aktivləri ilə birlikdə klubun dəyərini 4,6 milyard ABŞ dolları qiymətləndirib.