Sosial media platforması çökdüyü üçün Twitter milyonlarla internet istifadəçisi üçün sıradan çıxıb.
Ednews xəbər verir ki, ötən gün problem mobil istifadəçiləri xaric, şəbəkənin bir çox istifadəçilərinə təsir göstərib.
Problmlə bağlı Twitter özü də problemin həlli yollarının araşdırıldığı barədə məlumat yayımlayıb.
Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Finlandiya, Hollandiya, Portuqaliya, Rumıniya və Norveç kimi ölkələrdəki avropalı istifadəçilər DownDetector-da xidmətdə ciddi problemlər yarandığı barədə postlar yerləşdiriblər.
Hazırda problemin ABŞ-ın Nyu York, Çikaqo və Atlanta kimi şəhərlərində də mövcud olduğu deyilir