Təyyarədə uşaq dünyaya gətirmək qanunsuzdur? ARAŞDIRMA

Maraqlı 09:00 08.09.2022

Çoxları təyyarə havada uçarkən doğulan körpələrin dünya vətəndaşı olduğunu, hətta vizasız istənilən ölkəyə girə biləcəyini düşünsə də, reallıq çox fərqlidir. Bütün dünyada iki fərqli üsul tətbiq olunur.

Hər il milyardlarla insan təyyarə ilə səyahətə üstünlük verir. Milyonlarla uçuşun bəzilərində səmada nadir hadisələr də baş verir.

Təyyarə havada uçarkən doğulan körpələr ilə bağlı hər hansısa suallar ağlınıza gəlibmi? Bəs, uçuş zamanı doğulan körpənin dünya vətəndaşı sayılacağı və bütün ölkələrə vizasız daxil ola biləcəyi iddiası doğrudur, yoxsa mif? İlk olaraq onu qeyd edim ki, hamilə sərnişinlərin təyyarə ilə səyahət etməsi üçün dünyada qəbul edilən müəyyən qayda və məhdudiyyətlər mövcuddur. Ölkəmizdə isə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Sərnişin, baqaj və yükün daşınması qaydaları"na uyğun olaraq, hamilə qadınların - hamiləlik müddəti 32 həftədən artıq olan və doğuşdan sonrakı qadınların - doğuşdan sonra 7 gün ərzində - reyslərlə daşınmasına icazə verilmir.

Hamiləlik müddəti 26 həftəyədək olan sərnişin hamilə qadınların daşınması zamanı aviaşirkətin məsuliyyətdən azad edilməsi barədə bəyannaməni öz əli ilə doldurmalı və imzalamalıdır. 26 həftəyə qədər olan hamiləlik müddəti zamanı isə müalicə edən həkimdən hamiləlik və sağlamlıq haqqında arayış tələb olunmur.

Sərnişinin qeydiyyat zamanı bəyan edilən hamiləlik müddəti 26-dan 32 həftəyədək (daxil olmaqla) təşkil edirsə, onun öz əli ilə doldurduğu və imzaladığı aviaşirkəti məsuliyyətdən azad edən bəyannamədən başqa, hamiləlik və sağlamlıq haqqında arayış təqdim etmək lazımdır. Arayış tibb müəssisəsində rəsmiləşdirilməli və sərnişini müalicə edən həkimin möhürü ilə təsdiq edilməlidir. Arayışda hamiləliyin müddəti, onun növü (1 və ya çoxdöllü), hamiləliyin gedişinin xarakteri (normal, çətin) və hamiləliyin patologiyasının olmaması, uşaq salma riski və ya erkən doğuşlar barədə məlumat olmalıdır.

Bütün bu qadağalara baxmayaraq, havada doğum sürprizləri yaşana bilir və doğumun təyyarədə baş verəcəyi zaman təyyarədə digər sərnişinlər arasında həkim və ya tibb bacısı kimi feldşerlər varsa, doğum kabin heyəti ilə birlikdə sağlam şəkildə həyata keçirilə bilər və təyyarə ən yaxın nöqtədə təcili eniş edir.

Mövzu ilə bağlı araşdırma aparan zaman aydın oldu ki, təyyarədə uşaq dünyaya gətirdiyi üçün məhkəməyə verilənlər belə var.

Ömürlük pulsuz uçuş əfsanəsinin təyyarədə doğulan körpələrlə bağlı ən çox yayılmış səhvlərdən biri olduğunu təəssüf hissi ilə qeyd edərək, bu vəziyyətin şirkətdən-şirkətə dəyişə biləcəyini nəzərinizə çatdırmaq istəyirəm.

İlk dəfə 2017-ci ilin iyun ayında Hindistanın Jet Airways aviaşirkətinə məxsus təyyarədə uşaq dünyaya gəlib və aviaşirkət uşağın müəyyən imtiyazlarla təmin edəcəyini bildirib.

Virgin Atlantic aviadaşıycısı isə təyyarədə səyahət edərkən doğulan körpəyə 21 yaşına qədər pulsuz uçuş icazəsi verərək, təyyarədə onun üçün şənlik də təşkil edib. Daha sonra isə öz reklam kampaniyalarında istifadə edib.

Hər aviaşirkət bu məsələdə dözümlü və “ürəyiaçıq” deyil. Təyyarədə uşaq dünyaya gətirdiyinə görə hətta təzminat tələb olunan sərnişinlər də var. 2015-ci ildə China Airlines-ın Los-Ancelesə uçan təyyarəsində uşaq dünyaya gətirən tayvanlı ana, təyyarənin təcili eniş etməsinə səbəb olduğu və maddi ziyana səbəb olduğu səbəbilə hava yolu şirkəti tərəfindən təzminat davası ilə üzləşib.

Beynəlxalq uçuşlarda doğulan körpənin milliyyəti mühüm sual və ya problemdir. Uçuş zamanı doğulan körpələrin dünya vətəndaşı olması ilə bağlı məlumatları isə əfsanədir. Hər ölkənin öz qanunvericiliyinə görə ayrıca qiymətləndirmə aparılır. Bununla bağlı əsasən iki fərqli üsul var. Birincisi latınca "Jus Sanguinis", yəni qan qohumluğu ilə əldə edilən vətəndaşlıq deməkdir. Digər prinsip isə "Jus Soli", yəni bir dövlətin ərazisində doğulmaqla əldə edilən vətəndaşlıq deməkdir. Bəzi ölkələr bu prinsiplərdən birini, digərləri isə hər ikisini birlikdə tətbiq edir.

Bir çox Avropa ölkəsi qeyd edim ki, 'Jus Soli' prinsipini qəbul etmir, yəni bu ölkələr öz sərhədləri daxilində doğulan körpələrə ana və ya ata o ölkənin vətəndaşı olmadığı müddətcə vətəndaşlıq hüququ vermir. Qeyd etmək istəyirəm ki, ABŞ-da 'Jus Soli' prinsipi keçərlidir və bu səbəbdən ABŞ, valideynlərin vətəndaşlığından asılı olmayaraq, öz sərhədləri daxilində doğulan hər uşağa vətəndaşlıq hüququ verir. Qardaş Türkiyə Respublikasında isə hər iki prinsip tətbiq olunur.

Doğum YERİ ÜÇÜN PROSEDUR FƏRQLİDİR

Təyyarədə doğuşa gəlincə, bir çox insan körpənin doğulduğu yerin harada olacağı ilə də maraqlanır. Hər bir ölkənin və Birləşmiş Millətlər Təşkilatının vətəndaşlıqda olduğu kimi coğrafi sərhədləri müəyyən etmək üçün fərqli prosedurlara malikdir. BMT-nin vətəndaşsızlığın azaldılmasına dair Konvensiyasını qəbul etmiş ölkələrə tətbiq olunan qaydaya görə, beynəlxalq müstəvilərdə doğuşlar həyata keçirilir. Bu zaman körpə təyyarə və ya gəminin qeydiyyatda olduğu ölkənin sərhədləri daxilində doğulmuş sayılır. Əksər hallarda isə təyyarədə baş verən doğuşlarda ilk olaraq təyyarənin endiyi ölkə körpənin doğulduğu yer kimi qəbul edilir.

Elsevər Məmmədov

Araşdırmaçı jurnalist

"Ermənistan sülh yolu ilə getməsə, Azərbaycan başqa üsullar tapacaq" - Aleksey Naumov - VİDEO

Xəbər xətti

Ukrayna rəsmisi: Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatıq
06:40 08.05.2024
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
05:33 08.05.2024
Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib
04:21 08.05.2024
Azərbaycan parataekvondoçuları Avropa çempionatında iştirak edəcək
03:19 08.05.2024
Şotlandiyanın yeni hökumət başçısı məlum olub
02:18 08.05.2024
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
01:00 08.05.2024
202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb - SƏBƏB
00:16 08.05.2024
Paşinyan: “KTMT-nin Ermənistanda qalması üçün müharibə lazımdır”
23:44 07.05.2024
Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət edib
23:23 07.05.2024
DİQQƏT! Səhiyyə Nazirliyi və Elektron Təhlükəsizlik Xidməti əhaliyə müraciət edib
23:09 07.05.2024
Kilian Mbappenin "Real"da geyinəcəyi forma nömrəsi bəlli olub
23:00 07.05.2024
Polşada ölkənin avroya keçməyə hazırlığı qiymətləndirilib
22:33 07.05.2024
Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
22:12 07.05.2024
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
21:54 07.05.2024
Quterreş: Qəzzada atəşkəs əldə olunmasa, faciə baş verəcək
21:30 07.05.2024
Azərbaycanın iqlim dəyişikliyi üzrə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
21:14 07.05.2024
“ÖLÜM AXTARAN QADIN” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
20:51 07.05.2024
Brüsseldə Azərbaycan-Ermənistan normallaşma prosesində regional dinamika müzakirə edilib
20:49 07.05.2024
İtaliyanın "Yuventus" klubu heyətini gücləndirib
20:34 07.05.2024
Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq
20:05 07.05.2024
Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:50 07.05.2024
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb
19:30 07.05.2024
Həcc vizası olmayan şəxslər cərimə ediləcək
19:19 07.05.2024
Azərbaycan Slovakiya ilə standartlaşdırma üzrə birgə layihə reallaşdıracaq
19:00 07.05.2024
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
18:44 07.05.2024
Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
18:33 07.05.2024
Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
18:24 07.05.2024
Denisa Sakova: “Slovakiya tədarükləri şaxələndirmək üçün Azərbaycan təbii qazına ümid edir”
18:07 07.05.2024
Slovakiya Baş nazirinin Azərbaycana səfəri BAŞA ÇATDI
17:50 07.05.2024
Ukraynadan gətirilən 20 ton ət yararsız çıxdı
17:36 07.05.2024
Bu xəstəxananın vəzifəli şəxsi həbs olundu - DETALLAR
17:27 07.05.2024
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
Zaxarova: "Londonun təhdidləri reallaşarsa, Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər"
17:11 07.05.2024
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər – RƏSMİ
17:00 07.05.2024
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
Trampın məxfi sənədləri üzrə məhkəmə prosesi bu vaxt başlayacaq...
16:46 07.05.2024
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət edib
16:35 07.05.2024
Azərbaycan vasitəçiliyi: Türkiyə ilə İsrail münasibətində yeni dövr? - MÜSAHİBƏ - VİDEO
16:35 07.05.2024
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:25 07.05.2024
Bolqarıstan Prezidenti Azərbaycana GƏLDİ
16:15 07.05.2024
Sumqayıtda təhsil müəssisəsində 250 minlik MƏNİMSƏMƏ - Cinayət işi açıldı
15:57 07.05.2024
Novruz Məmmədov vəzifəsindən azad edildi
15:53 07.05.2024
Hamısı