“Riverdale” serialında “Cefri Avqustin” obrazını canlandıran aktyor Rayan Qrantham ömürlük həbs cəzası verilib.
Ednews "theguardian.com"-a istinadən xəbər verir ki, buna səbəb onun 2020-ci ildə anasını öldürməsidir.
Britaniyanın Kolumbiya Ali Məhkəməsi 2020-ci ildə anası Barbara Ueyti qətlə yetirməkdə təqsirli bilinən aktyor Rayan Qrantham haqqında yekun hökmünü açıqlayıb.
Məhkəmə sözçüsü yerli mediaya verdiyi açıqlamasında cinayət işinin faciəli və ürəkağrıdan olduğunu bildirib.
Kanadanın CBS telekanalının məlumatına görə, 21 yaşlı Qrantem baş nazir Castin Trüdonu öldürməyi də planlaşdırırdı. O, həmçinin Vankuverdəki Simon Freyzer Universitetinə və Lions Gate körpüsünə hücum planlayıb.
Qeyd edək ki, o, 200 kilometr yol getdikdən sonra polis bölməsinə təslim olub və polisə “anamı öldürdüm” deyərək cinayətini etiraf edib.
Qrantham ömürlük cəzasının ilk 14 ili ərzində şərti azadlığa çıxmaq üçün müraciət edə bilməyəcək.
Nəzrin Beydiyeva