İsveçrənin Luzern şəhərində keçmiş həbsxana otel kimi istifadəyə verilib.
Ednews xəbər verir ki, otel turistlərin böyük marağına səbəb olub.
Məkan haqqında danışan şəhər nümayəndəliyi onun qeyri-adi istirahət məkanı olduğunu vurğulayıb.
"Həqiqətdə, bura həbsxana deyil, ecazkar mehmanxanadır. Minimum dərəcədə dəyişikliklər edilərək, tarixi tikili sayılan bu məkanı artıq turistlər üçün olan bir otelə çevrilib”.
“Jailhotel” adlanan bu bina hazırda qonaqlara şəxsi vanna otağı olan kiçik otaqlar, keçmiş həbsxana gözətçisinin kreslosunun olduğu lüks otaq kimi istifadəyə verilib. Binanın zirzəmisində bar və hətta gecə klubu da fəaliyyət göstərir.
Rəna Mürşüd