Kafkanı oxuyan, zibil yığan Məhəmmədin hekayəsi Kitab qoxusu kimidir azadlıq…

Maraqlı 16:30 07.12.2022

Adım Məhəmməddir. On doqquz yaşındayam. Atılmış kağızlar toplayıram. Qızılaydan Ulusa qədər gündə üç dəfə pay-piyada gəlib gedirəm. Beş dostumla qalıram, iki otaqlı evdə. Onlar artıq kağız toplamır. Mövlud inşaatda işləyir, Hüseyn hələ də hamballıq eləyir, Sidar və Yunus da ayaqqabı boyayır. Aramıza bir dost da qatılıb indi. Adı Abbasdır. Çalışmır o, dializ xəstəsidir. Abbasa biz baxacağıq.

On üç yaşımdan bəri kağız yığıram Ankarada. Niğdədənəm. Orta məktəbə başladığım il gəldik Ankaraya. Bircə orta məktəbi bitirə bildim. "Beş”lə qurtardım özü də. Ali məktəbə buraxmadı atam, çalışıb-çapalayıb işə yaramağım üçün küçələrə saldı məni. Elə o gündən küçələrdəyəm. Xətli-xətsiz, kvadrat, ağ və rəngarəng kağızlar, kartonlar yığıram.

İşləməyə başladığım il atam bizi tərk etdi. Qumar borcu vardı. Çıxıb getdi bir sabah. Evi mən dolandırdım. Anam sevərdi məni, "aslan oğlum” deyərdi. Yanaqlarımı sığallayardı hərdən. Atamın getməyindən dörd ay keçmişdi. Qonşular bir adam tapmışdılar anama. Qumar oynamırmış, namazında niyazında bir kişiymiş. Arvadı ölübmüş, iki qızı varmış adamın. Anama deyib ki, sən qəbulumsan, uşaqların da qəbulumdur, amma Məhəmməd yox. Şaşırıb anam, "Niyə olmaz, Məhəmməd mənim oğlumdur” deyib. "Məhəmmədlə qızlarımın bir evin içində olmağı caiz deyil” – deyib kişi. Üç bacım vardı və bir-birimizə çox bağlıydıq. Anam üçün asan olmadı qərar vermək. Bir gecə məni yanında oturtdu. "Bax, Məhəmməd – dedi, - səni heç vaxt atmayacam, amma bir müddətlik dayıngildə qal, oğlum”. Qucaqladı məni, o ağladı, mən ağladım.

Kəbin kəsildi mən dayımgilə köçdüyümün ertəsi gün. Bir həftə keçməmiş anamı və bacılarımı öz doğma yurduna, Kastamonuya aparmışdı. Dayım dedi, sən mənə ananın əmanətisən, bura sənin də evindi, arada bir gəlib qala bilərsən.

On üç yaşında idim, dayım mənə qalacaq yer də hazırlamamışdı. Qonşulardan, qohumlardan heç kim kömək əli uzatmadı mənə. On üç yaşındaydım, Ankarada idim, özü də tək başına...

Altı il anamı və bacılarımı görə bilmədim. Bir neçə dəfə Kastamonuya getmək istədim. Öz-özümə dedim, qovar məni o adam, göstərməz mənə onları. Anamdan küsmüşəm, istəsə tapardı məni. Çox həsrət çəkirəm bacılarım üçün. Hülya, Həvva və Hənifə üçün... Domino oynayardıq dördümüz. Mən bir dəfə belə qalib gəlmədim, "Onlar uşaqdır, qoy sevinsinlər” dedim. Mən də uşaqdım halbuki.

Gəzəndə, kağız yığanda, səhərdən axşama - yorğun düşənə qədər çalışanda da həmişə insanların üzünə tamaşa edirəm. Məsələn, sevgililər keçir yanımdan və kişilər məni görəndə qadınları uzaqlaşdırırlar. Kişilər, qadınlar, mühafizəkarlar, inqilabçılar, hippilər, İbo, Metallica dinləyənlər, Kafka, dua kitabları oxuyanlar, hicablılar, yubkalılar – hamı elə sevgisiz baxır ki mənə... Elə incidən, elə kobud olur ki hamı...

İboyu tanımağıma təəccüblənmədiniz, amma Kafkanı, Metallicanı tanımağım bəlkə də sizə qəribə gəldi. Səyyar kitabçılardan kitablar alıram. Kafkanın "Milenaya məktublar”ını oxudum, o biri kitablarını da oxuyacam. Çox kitab oxuyacam mən. Nitşenin "Zərdüşt belə deyirdi” kitabı marağıma səbəb olub, məsələn. Bir də Oruç Aruobanın şeirləri... Kəşf edəcək, oxuyacaq, araşdıracaq o qədər çox yazıçı, hekayə, roman, şeir var ki...

Kitab satanlar belə mənə ikinci dərəcəli baxır. Əməyi, vicdanı, sülhü müdafiə edənlər də məni gördüklərində incidici sözlər deyirlər və əminəm, buna səbəb onlara qorxulu gəlməyimdir.

İkinci əl kasetlərim var: Metallica, Fikret Kızılok. Dayımgilə gedəndə maqnitofon vermişdi mənə anam. "Darıxanda mahnıya qulaq as, amma azalt səsini” – dedi. İndi maqintofonda Metallicanı dinləyərkən səsi axıra kimi açıram.

Adım Məhəmməddir. On doqquz yaşındayam. Mənim gözlərimdə nifrət görə bilməzsiniz. Kobudluğuma, kiminsə haqqını tapdadığıma rast gəlinməz. Bir səyim var: özümü, anamı və sizi anlayım. Öyrənmək istəyirəm: dünyanı, təbiəti və kainatı. Yazmağa da başlayacam. Sevgisizliyi yazacam... Əvvəlcə zibil qutularından topladığım kağızlara yazacam. Sevgisizlikdən yazdığım kağızlar sevgi olaraq qayıdacaq aramıza. Gözəl dostlarım olacaq kağızlarda dirilən, sevgiylə var olan insanlar, qardaşlar, xalqlar olacaq...

Özümlə bağlı bir çox proyektlərim var. Məhkəməyə gedib adımı dəyişdirəcəm. Əli Heydər kimi düşünürdüm adımı, fikrimdən daşındım. Adım Özgür olacaq mənim.

Özümə aid bir kitabxanam olacaq sonra. Atılmış kağızları yığan biri ola bilərəm, işimə görə bədənimdən gələn qoxu sizə pis gələ bilər, amma ən sevdiyim qoxu kitab qoxusudur.

Təbiətdə tək başıma yaşamaq fikrim də var. Yoruldum incidilməkdən, yadlaşmaqdan, lənətlənməkdən. Təbiət Anaya sığınmaq istəyirəm və bunun üçün otlarla bağlı kitablar alıram. Otlarla bəslənmək, sağalmaq, otlarla rahatlıq tapmaq istəyirəm. Təbiətdə tək başına yaşayacağamsa otların bütün kəramətini bilməliyəm.

Böyrək çatışmazlığı var Abbasın. Bacılarımın yoxluğunda qardaşım oldu Abbas. Ona biz baxırıq və Abbas sağalmadan Təbiət Ananın yanına getməyəcəm.

Kafka 41 yaşında ölüb. Onun qədər yaşasam bəsdi. Kitab qoxusu kimidir azadlıq, otlardan sevgi yaratmaqdır. Bir gün torpağa qarışanda Təbiət Ananın məni şəfqətlə anmasıdır azadlıq.

Belə buyurdu Məhəmməd!

Türkcədən çevirdi: Oğuz Ayvaz

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
Hamısı