Bu qidalar asılılıq yaradır - UZAQ DURUN! - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Bu qidalar asılılıq yaradır - UZAQ DURUN!

Maraqlı A- A A+
Araşdırmalar göstərir ki, bəzi qidalar asılılıq yarada bilər. 120 uşaq və 400 böyüyün iştirak etdiyi sorğuda iştirakçılardan hansı qidalar olmadan yaşaya bilmərsiniz soruşulub və cavablar oxşar olub.
 
Piylənməyə səbəb ola biləcək bu qidaların bir çoxunun sağlam olmadığı da başqa bir həqiqətdir. Demək olar ki, hamısı emal olunmuş qidalardır, onların tərkibində yüksək miqdarda şəkər və işlənmiş yağ var. Mütəxəssislərin fikrincə, bu qida və içkilərin asılılıq yaratmasının səbəbi tərkibindəki maddələrdir.
 
Niyə yeməyi dayandıra bilmirik?
 
Mütəxəssislər işlənmiş qidalardan uzaq durmağı desələr də, qablaşdırılmış məhsullardan xilas ola bilmirik. Tədqiqatçıların fikrincə, bu məhsulların tərkibindəki birləşmələr beyindəki mükafat mexanizmini həll edir və xüsusilə kədər, narahatlıq və stress zamanı yağlı karbohidratlara, ağ una və şəkərə meylimiz artır.
 
Yüksək glisemik yükə görə qanda şəkərin səviyyəsi zirvəyə çatır və nə qədər çox yesək, bir o qədər aclıq hiss edirik. Doymuruq və buna görə də yeməyə başladıqdan sonra özümüzü dayandıra bilmərik.
 
Səbəbini bilmək asılılığı aradan qaldıra bilər
 
Mütəxəssislərin fikrincə, asılılıq yaradan qidaları niyə qəbul etdiyimizi anlasaq, asılılığımız aradan qalxar. Kiçik bir şokolad parçası əvəzinə bütöv bir paketi bitirib, sonra “bir dəfədən heç nə olmaz” bəhanəsi ilə çıxış etmək son dərəcə təhlükəlidir.
 
 Asılılıq yaradan qida məhsullarında yüksək şəkər, karbohidrat və çox az qida dəyəri var. Bu məhsulların zərəri böyükdür. Ancaq əsas problemimiz odur ki, biz eyni kalorili və daha doyurucu olan sağlam qidalara üstünlük vermirik, sağlam olmayanlara can atırıq. Əqli olaraq ehtiyacımız olanı yeməkdən və içkidən ala bilməyəcəyimizi aydın şəkildə dərk etməyi bacarmalıyıq.
 
Bu qidaları istehlak etmək əvəzinə həyatınıza başqa yeniliklər qatmağa və fərqli şeylərdən həzz almağa cəhd edə bilərsiniz.
 
 
 
Aytən Yaşar


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...