Mark Zukerberq 1 gündə 12 milyard dollar qazandı - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Mark Zukerberq 1 gündə 12 milyard dollar qazandı

Maraqlı A- A A+

"Meta" şirkətinin səhmlərinin dəyəri 21% artıb.

Ednews lenta.ru-ya istinadən xəbər verir ki, Mark Zukerberqin şəxsi sərvəti bir gündə 12 milyard dollar artıb. Bazarda nikbinlik şirkətin xərclərini azaltması və bir çox işçini ixtisar etməsi ilə bağlıdır.

Zukerberq 57,2 milyard dollarlıq sərvətlə dünyanın ən varlı adamları siyahısında 21-ci yerdə olub. Halbuki 2022-ci ilin əvvəlində Zukerberqin sərvəti 125 milyard dollar idi.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Zukerberq işçilərinin təxminən 13%-ni və ya 11.000-dən çox insanı əhatə edən kütləvi ixtisarları elan etdi. O, digər xərclərin azaldılması tədbirlərini də həyata keçirdi. "Meta" bu siyasəti 2023-cü ildə korporasiya daxilində davam etdirməyi planlaşdırır.

Oğuz Ayvaz 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...