Eyfel qülləsi haqqında QEYRİ-ADİ FAKTLAR

Maraqlı 19:01 12.04.2023

Əgər 100 fərqli insandan Parisi simvolizə edən bir şey haqqında soruşsanız onların hamısının cavabı Eyfel qülləsi olacaq. Eyfel qülləsi dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən, ən çox tanınan və şəkli çəkilən bir abidəsidir.

Eyfel qülləsi 1889-cu ildə inşa edildikdən bu günə qədər 200 milyon insan tərəfindən ziyarət edilib. Bununla yanaşı Eyfel Qülləsi barədə bir çox maraqlı faktlar da mövcuddur:

Eyfel Qülləsinə nifrət edirdilər: İlk öncə onu qeyd edək ki, Eyfel Qülləsi inşa edilməyə də bilərdi. 1887-ci ildə fransız mühəndis Qustav Eyfel abidəni yaratmağı qərara alanda onun fikri tənqidlə qarşılanıb. O dövrün bir çox tanınmış mədəniyyət xadimləri hətta belə bir sənəd də imzalayıblar: “Bir neçə il ərzində biz şəhər üzərində mürəkkəb ləkəsinə bənzəyən dəmir sütun və vintlərin iyrənc kölgəsinə baxmalı olacayıq”. Bu qülləyə ən çox nifrət edənlərdən biri də Gi deMopassan idi və o hər zaman bu qüllədə yerləşən restoranda nahar edirdi. Buna səbəb isə Eyfel Qülləsinin şəhərin hər yerindən görünməsi idi və Mopassan tək burda oturub nahar etdikdə “iyrənc abidə”ni görmürdü.

Qüllə uzun müddət qalmalı deyildi: Eyfel Qülləsi 1889-cu ildə Fransa İnqilabının 100 illik yubileyi münasibəti ilə inşa edilib. Qüllə 1889-cu ilin Ümumdünya sərgisinə hazırlanmış nümunə idi və fransız mühəndisliyinin və texnologiyasının möhtəşəmliyini nümayiş etdirməli idi. Qüllənin 20 ildən sonra yox edilməsi planlaşdırılmışdı. Lakin Eyfel Qülləsinə o dövrdə də böyük maraq göstərilib və qüllə bu günə qədər mövcudluğunu qoruyub saxlaya bilib. 

1925-ci ildə fırıldaqçı Viktor Lyustiq iki dəfə məşhur qülləni dəmir yığını ilə məşğul olan adamlara satmışdı. O iki fərqli insanı qüllənin maliyyələşdirilməsi fikrinə razı sala bilmişdi. Lyustiq hətta müştərilərindən şəhərin ən nüfuzlu ticarət müsabiqəsində qalib gəlmələri üçün ona rüşvət vermələrini tələb etmişdi. Pulları aldıqdan sonra fırıldaqçı yoxa çıxdı. Bir neçə il sonra o yenidən eyni fəndi işlətmək istədi, amma bu dəfə uğursuzluqla nəticələndi.

Bütün bu iddialara baxmayaraq Eyfel çox əhəmiyyətli bir yer olub. Vaxtı ilə laboratoriya, stansiya, xüsusi qonaqların qarşılandığı ofis kimi istifadə olunub və xüsusi ilə 2-ci dünya müharibəsində çox əhəmiyyətli rol oynayıb. Yəqin 2021-ci ildə bizim "Mata Hari" adlı Eurovision mahnımızı xatırlayırsınız. Mata Hari Almaniyaya cəsusluq etmiş bir şəxsdir. Məhz Eyfel qülləsində quraşdırılmış stansiyada almanların gizli kodunu deşifrə edərək onun cəsus olduğu ortaya çıxmışdır və daha sonra həbs olunaraq edam olunmuşdur. 

Günümüzdə çoxlu sayda insan Eyfel qülləsinə axın edir. Qüllə həm kənardan çox möhtəşəm, əzəmətli görsənir, həm də ən yuxarısından şəhərə gözqamaşdırıcı bir mənzərə açılır . 

Əgər 100 fərqli insandan Parisi simvolizə edən bir şey haqqında soruşsanız onların hamısının cavabı Eyfel qülləsi olacaq. Eyfel qülləsi dünyanın turistlər tərəfindən ən çox ziyarət edilən, ən çox tanınan və şəkli çəkilən bir abidəsidir.

Həmçinin Eyfel Qülləsində baş verən intiharlar çox geniş yayılmış haldır. Dünyada baş verən intiharların ən yüksək göstəricisi Fransaya məxsusdur və burada 1000 adamdan 17,5-i özünə qəsd edir. 300 metrlik dəmir qüllədən özünü ataraq intihar etmək Fransada özünü zəhərləmək və asmaqdan sonra üçüncü yeri tutur.

Səbinə Qənbərova

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
"Netflix" astronavtların kosmosa çıxışlarını yayımlayacaq
05:46 01.07.2025
"NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək"
05:19 01.07.2025
Siqaret ömrü qısaldır
04:48 01.07.2025
Bu gündən qohum evliliyi qadağandır
04:15 01.07.2025
Xakerlər Ağ Evi hədələyir
03:31 01.07.2025
ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirəcək
03:09 01.07.2025
Artıq çəkisi olan polislər idmana cəlb ediləcək
02:34 01.07.2025
Ticarət mərkəzindən 1 300 manatlıq qol saatı oğurlandı
02:01 01.07.2025
Yayda balıq yemək olmaz? -Ekspert danışdı
01:37 01.07.2025
"İnter" Barış Alperi almaq istəyir
01:03 01.07.2025
Özbəkistan Prezidenti Azərbaycana gəlir
00:34 01.07.2025
9 yaşlı ukraynalı qızla evlənməyə çalışan ingilis saxlanılıb
00:19 01.07.2025
500-dən çox quş növü məhv ola bilər
00:14 01.07.2025
Bu gündən sosial müavinətlər, Prezident və fəxri adlara görə təqaüdlər artırılır
00:02 01.07.2025
"Azərbaycan xalqına təşəkkürümü bildirmək istəyirəm"
23:59 30.06.2025
Ürək sağlamlığı üçün Gündə bir ovuc qoz ye
23:40 30.06.2025
Fransa polisi mülki şəxsləri öldürür
23:25 30.06.2025
Rusiyanın növbəti hədəfi Odessadır
23:13 30.06.2025
Bu qidalar iltihabı azaldır
22:54 30.06.2025
"ABŞ İrana milyardlarla dollar köçürüb"
22:39 30.06.2025
PKK-nın silahlarını təhvil verəcəyi tarix məlum oldu
22:27 30.06.2025
Uitkoff İranla müzakirələri davam etdirir
22:12 30.06.2025
Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir?
21:15 30.06.2025
Gündə bir alma yemək bu xəstəliklərdən qoruyur
21:06 30.06.2025
İTV Kənan MM-in iddialarına cavab verdi
20:51 30.06.2025
Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
20:36 30.06.2025
Aralıq dənizində Rusiyadan bir milyon barel neft daşıyan gəmi partlayıb
20:19 30.06.2025
Vinçenzo Montellanın müqaviləsi uzadıldı
20:04 30.06.2025
Aİ rəsmisi Rusiyada azərbaycanlılara qarşı zorakılıqla bağlı paylaşım edib
19:49 30.06.2025
"Android" smartfonlarında "casus antenalara" qarşı qoruma funksiyası olacaq
19:34 30.06.2025
Paşinyan "xarici agentlər" haqqında qanun təklif etdi
19:19 30.06.2025
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində nə gəzir?
19:04 30.06.2025
Danimarkalı qadınlar orduya püşkatma ilə çağırılacaq
18:49 30.06.2025
Almaniyanın Ukraynaya maliyyə yardımı büdcəsindən 1 milyard avro "yoxa çıxıb"
18:34 30.06.2025
Hamısı