Günəş Kəbəyə perpendikulyar dayanıb Qiblənin yerini bildirən təbii üsul

Məkkədə günəş şüaları müqəddəs Kəbəyə perpendikulyar şəkildə dayanıb.

Ednews BBC media şəbəkəsinə istinadən verir ki, mayın 28-i günorta azanı zamanı Məkkə şəhərinin səmasında günəş Kəbə üzərində perpendikulyar şəkildə durub.  Ciddə Astronomiya Cəmiyyətinin yaydığı məlumata görə, bu, cari ilin ilk hadisəsidir.

Məlumatda o da qeyd olunub ki, 23,5 dərəcədən şimal və cənub enliklərində yerləşən ərazilərin hamısı ildə iki dəfə, lakin həmin yerin enliyindən asılı olaraq müxtəlif vaxtlarda bu hadisəyə şahid olur.

Günəşin Kəbəyə perpendikulyar olması hadisəsi qiblənin yerini öyrənmək üçün təbii metoddur. Qədimdə qiblənin istiqamətini dəqiq təyin etmək üçün yer səthinə perpendikulyar şəkildə bərkidilmiş taxta parçasından istifadə edirdilər. Perpendikulyarlıq zamanı, kölgənin əks istiqaməti bütün bölgədə Kəbəyə işarə edir.

Səudiyyəli astronomlar bildiriblər ki, günəş perpendikulyarlığı hadisəsi müasir texnologiyalara ehtiyac olmadan yer kürəsinin çevrəsini hesablamağa imkan verir.

 

Törə Zeynal

 

İlham Əliyev xalqa müraciət edir - Canlı