Cənubi Asiyada Buddist krallığı olan Butan sahibsiz itlərlə bağlı dünyada bir ilkə imza atıb.
Ednews sözcü nəşrinə istinadən xəbər verir ki, Cənubi Asiya ölkəsi Butan dünyada küçələrdə yaşayan bütün itləri qısırlaşdırıb peyvənd edən ilk ölkə oldu.
Beynəlxalq heyvan hüquqları təşkilatı Humane Society International-ın dəstəyi ilə sahibsiz itlər üçün peyvənd proqramı başlatan Butan rəhbərliyi bundan başqa küçələrdə yaşayan 150 mindən çox iti sterilizasiya etdiyini açıqlayıb.
Bildirilib ki, layihə çərçivəsində qısırlaşdırılan itlərin 18 faizi ev iti olub.
İtlərin Statistikasını İdarə Edilməsi konfransının bağlanışında iştirak edən Butan Baş naziri Lotay Tshering 2009-cu ildə başladıqları layihənin uğurla tamamlandığını və intensiv işlərlə məqsədə çatdıqlarını bildirib.
Layihə sahibsiz heyvan probleminin artdığı Asiya ölkələri üçün əsas tədqiqat xarakteri daşıyır.
Xəyal Ramiz