Beynəlxalq Kosmik Stansiyada işləyən astronavtlar kosmosda gəzinti zamanı alətlər qutusunu itiriblər.
Ednews space.com nəşrinə istinadən xəbər verir ki, hadisə noyabrın əvvəlində baş verib və yer səthinə düşməsi təxminən 4 gün vaxt alıb. Alətlər olan çanta sonuncu səfər Fuji dağında yapon astronavtı Satoşi Furukava tərəfindən görülüb. Hazırda alət çantasına durbinlə baxanda yerdən görmək olur.
Alət çantası hazırda kosmik tullantı olaraq qeyd edilib və 58229/1998-067WC nömrəsi ilə kataloqlaşdırılır.
100.000 dollar dəyərində olan bu alətlər qutusu Yerə düşərək parçalanıb. Avropa Kosmik Agentliyi sentyabr ayına kimi Yer orbitində 11 ton kosmik tullantının olduğunu təxmin edir.
Xəyal Ramiz