Danimarkada qağayıları vurmaq qərarı
Danimarkanın Baltik dənizi sahilində yerləşən Sonderburq bələdiyyəsi gümüş qağayıların vurulmasına və onların yuvalarının məhv edilməsinə icazə vermək qərarına gəlib.
Ednews odatv-ə istinadən xəbər verir, Sonderburq Bələdiyyəsindən verilən açıqlamaya görə, yerli əhalini və turistləri narahat edən gümüş qağayılarla aprel ayının ortalarına qədər odlu silah və ya müxtəlif tələlərlə mübarizə aparıla bilər.
Bildirilib ki, fevralın 1-dən qağayıların vurulmasına icazə verilən bölgədə mövcud icazə genişləndirilə, qağayıların yuvaları da məhv edilə bilər.
Bələdiyyədən verilən açıqlamada qağayıların qida ehtiyatlarının azalması, səs-küy və ətraf mühitin çirklənməsi, həmçinin kiçik quşların yuva və cücələrinə zərər verməsi səbəbindən şəhər mərkəzinə doğru üz tutduqları bildirilib.
Heyvan haqları müdafiəçiləri isə qağayıların yaşamaq hüququnun qorunması üçün lazımi tədbirlərin görülməsini istəyirlər.
Xəyal Ramiz