Rusiya ilk dəfə olaraq bir şəxsi “ordu haqqında yalan xəbər yaydığını” əsas gətirərək vətəndaşlıqdan məhrum edib.
Ednews “Novye İzvestiya” nəşrinə istinadən xəbər verir ki, Moldova əsilli 37 yaşlı İqor Somryakov sonradan Rusiya vətəndaşlığını alıb.
Konstitusiyaya görə, anadangəlmə Rusiya vətəndaşlarının vətəndaşlıqdan çıxarılması qadağandır.
Xəbərə görə, Somryakov Buça və Mariupolla bağlı internetdə yazdığı yazılara görə də 6 il həbs cəzası alıb.
Krasnodarda yaşayan Somryakovun cəzaçəkmə müəssisəsinə göndərildiyi bildirilir.
Rusiya 2023-cü ilin oktyabrında qəbul edilən yeni qanunla denaturalizasiya tələb edən cinayətlərin əhatəsini genişləndirib. “Ordunun nüfuzuna xələl gətirmək”, “yalan xəbər hazırlamaq və yaymaq” bu cinayətlərdəndir.
Xəyal Ramiz