Rusiyada Vətəndaş Cəmiyyətinin İnkişafı Fondu ölkədə rifahın ən yüksək olduğu regionları müəyyən edib.
Ednews xəbər verir ki, maaşlar və qiymətlər nəzərə alınaraq hazırlanan siyahıda Moskva rifah səviyyəsinin ən yüksək olduğu yerlərdən biridir.
Paytaxt Moskva 2023-cü ilin üçüncü rübü ilə müqayisədə altı pillə yüksələrək Yamalo-Nenetski geridə qoyaraq lider olub.
Araşdırmaya görə, Rusiyada rifah səviyyəsi ən yüksək olan digər yerlər aşağıdakı kimidir:
Yamalo-Nenetsk
Xantı-Mansiylər
Çukotka
Nenetskiy Muxtar Dairəsi
Maqadan
Yakutiya
Murmansk
Saxalin
Sankt-Peterburq
Siyahının ilk pillələrində Moskva və Çukotka 218 min 600 rubl, Maqadan vilayəti 180 min 900 rubl, Yamal-Nenets Muxtar Dairəsi 168 min rubl, Kamçatka 163 min 300 rubl, Nenets Muxtar Dairəsi 158 min 500 rubl ilə qərarlaşıb.
Xəyal Ramiz