Dünyanın ən qədim şərabı aşkar edilib.
Ednews CNN-ə istinadın xəbər verir ki, İspaniya şəhəri Carmonada romalılara məxsus məzardan maye halda tapılan 2000 illik şərab dünyanın ən qədim şərabı ünvanını alıb.
2019-cu ildə aparılan bərpa işləri zamanı həmin zonadan yandırılmış qalıqlar, yanmış fil sümüyü və təxminən 4,5 litr qırmızımtıl maye aşkar edilmişdi. Kimyəvi analizlər onun ağ şərab olduğunu təsdiqləyib, hava keçirməyən örtük sayəsində olduqca yaxşı qorunub saxlanılmışdır. Bu kəşf öncəki rekordu, yaşı 1700 il olduğu təxmin edilən "Speyer" şüşəsini geridə qoydu.
Kordova Universitetinin professoru Xose Rafael Ruiz Arrebolanın rəhbərlik etdiyi araşdırmanın nəticələri bu yaxınlarda dərc edilib və tapıntının unikallığı və tarixi əhəmiyyəti vurğulanıb.
Mikayıl Abdullayev