Bu gün Beynəlxalq Plastik Çantalardan Azadolma Günüdür.
Ednews xəbər verir ki, iyulun 3-də Beynəlxalq Plastik Çantalardan Azadolma Günü qeyd olunur və məqsəd birdəfəlik plastik torbaları azaltmaq və onların məsuliyyətli istehlakını təşviq etməkdir.
Gündəlik həyatda plastik torbalar ən çox istifadə edilən, eyni zamanda ətraf mühitə ən çox zərər vuran əşyalardan birinə çevrilib.
Fransa və İtaliya kimi bəzi ölkələr artıq plastik torbaların istehsalını qadağan edib və onların istehlakını xeyli azaldıblar.
Böyük Britaniya, Portuqaliya və İsveç kimi ölkələr çantaların istifadəsinə görə vergi tətbiq etməyi seçmib və Finlandiya, Almaniya kimi digər ölkələrdə isə müəssisələr müqavilələr imzalayıblar.
A.Mikayıl