Sosial şəbəkələrdə ən aktiv siyasi partiyalar - SİYAHI

Maraqlı 14:31 28.11.2024

2022-ci ildə Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun qəbul edilib. 6 fəsil və 30 maddədən ibarət qanunda siyasi partiyaların yaradılması və fəaliyyəti üçün əvvəlki qanunla müqayisədə daha sərt tələblər müəyyən edilib. Əvvəlki qanunla siyasi partiyanın qeydiyyatı üçün 1000 üzv kifayət idisə, yeni qanunla bu tələb 5 dəfə artırılıb.


Qanunun qəbul edilməsindən sonra 30-dan çox siyasi partiya fəaliyyətini dayandırıb. Bəzi partiyalar 5000 üzv tələbini yerinə yetirmədiyi üçün qeydiyyata alınmayıb. Hazırda Azərbaycanda 26 siyasi partiya qeydiyyatdadır.
Azərbaycanda partiyaların fəaliyyəti ilə bağlı bəzi məsələlərə Ədliyyə Nazirliyi nəzarət edir. Qeyd edək ki, qanuna əsasən 5000-dən az üzvü olan partiyaların fəaliyyəti dayandırıla bilər.

Bu gün ölkədə fəaliyyət göstərən partiyalar sosial şəbəkələrdə nə qədər aktivdir?

EDnews xəbər verir ki, Modern.az bununla bağlı siyasi partiyaların sosial şəbəkə aktivliyini, izləyicilərin sayını araşdırma edib.

Hakim partiya olan Yeni Azərbaycan Partiyası izləyici sayına görə liderdir. Belə ki, YAP-ın “Facebook” izləyiciləri 96 mindir. “İnstagram”da 34,60, “X” platformasında isə 24080-dir. Partiyanın sosial şəbəkələrdə bəyənmə ortalaması 2000-4000 -dir


Azərbaycan Milli İstiqlal Partiyası isə sosial şəbəkələrdən sadəcə “Facebook”da təmsil olunur. Belə ki partiyanın burda izləyicilərinin cəmibsayı 303-dür. Partiyanın əsas postları təbriklərdən və şərhlərdən ibarətdir. Bəyənmə sayı isə maksimum 50-dir.


Ana Vətən Partiyası isə “İnstagram” və “Facebook” da təmsil olunur. Belə ki, “İnstagram”da partiyanın 267 izləyicisi, digər platformada isə 16000 izləyicisi var. Partiyanın bəyənmə sayı 30-100 arasıdır.

 

Vətəndaş Həmrəyliyi Partiyası da iki platformada çıxış edir. Partiyanın “Facebook” da 8 min 600,  “İnstagram”da 2057 izləyicisi var. Partiyanın sosial şəbəkə hesablarında görüşlər, şərhlər yer alır. Bəyənmə ortalaması isə 50-100 arasındadır.

Müsavat Partiyası isə üç sosial şəbəkə platformasında hesabı var. Partiyanın “Facebook” da 22 min, “İnstagram”da 29,4 min, “X”da isə 1229 izləyicisi var. Bəyənmə ortalaması isə 200-dür.

Ağ Partiya isə əsasən "Facebook”da (2,7 min) aktivdir. Əsas məzmun isə partiya sədrinin çıxışlarıdır. 

Azərbaycan Ümid Partiyası da iki platformada təmsil olunur. Belə ki, partiyanın “İnstagram”da 1218 nəfər, “Facebook” da isə 4,5 min nəfər izləyicisi var.  Azərbaycan Xalq Cəbhəsi Partiyasının isə “X” platformasında 3603 nəfər, “Facebook” da 10000 izləyicisi var. Azərbaycan Demokrat Partiyasının isə sadəcə “Facebook” da 2100 izləyicisi var.  Azad Vətən Partiyası ən az izləyiciyə sahib partiyadır. Belə ki, partiyanın “Facebook”da 120, “İnstagram”da isə cəmi 62 izləyicisi var. Haqq Ədalət Partiyası 2000 izləyici ilə sadəcə “Facebook”da var. Bəyənmə sayı ortalaması isə 100-150-dir.

Gələcək Azərbaycan Partiyası da təkcə “Facebook”da 17000 izləyici ilə təmsil olunur. 

Sosial şəbəkələrdə ən aktiv partiyalardan biri isə Respublikaçı Alternativ (REAL) Partiyasıdır. Belə ki, partiya üç platfotmada da var. “Facebook”da 41 min,  “İnstagram”da 2753, “X”da isə 55 izləyicisi var. Milli Cəbhə Partiyasını (MCP) isə “Facebook”da 1900, “X” da 8734,  “İnstagram”da 851 nəfər izləyir.

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) sadəcə “Facebook”da 2600 izləyiciyə sahibdir. Digər platformalarda təmsil olunmur. 

Klassik Xalq Cəbhəsi Partiyasının isə (KXCP) “Facebook”da 1100 izləyicisi var. Bəyənmə ssyı isə aşağıdır. Böyük Azərbaycan Partiyasının (BAP) “Facebook”da 422, Ədalət, Hüquq, Demokratiyasının  (ƏHD) 803, Demokratik İslahatlar Partiyasının 1800, Azərbaycan Demokrat Partiyasının 5000, Vəhdət Partiyasının (VP) isə 1900 izləyicisi var.

Yeni Zaman Partiyası (YZP) və Azərbaycan Demokratik Maarifçilik Partiyası isə heç bir sosial şəbəkə platformasında təmsil olunmur.

partiyalar.jpg

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı