Britaniya Sarayındakı Casus Haqqında Məlumatlar Üzə Çıxdı

Maraqlı 07:23 16.01.2025

Böyük Britaniya Kraliçası II Elizabetin ölümündən 2 ildən çox vaxt keçsə də, onun 71 il davam edən hakimiyyət dövrünə dair bir çox məxfi məlumat hələ də üzə çıxır. 

"EDnyus" xəbər verir ki, bu məlumatlardan biri də bu günlərdə üzərindəki məxfilik qərarı ləğv edilərək Britaniyanın Milli Arxivlərinə daxil edilmiş MI5 sənədlərində ortaya çıxıb.

Saraydakı casus

Britaniyanın daxili kəşfiyyat xidməti Mİ5-ın yayımladığı sənədlərə görə, uzun illər boyunca Kraliça II Elizabetin sarayında Sovet casusu  fəaliyyət göstərib. Söhbət Kraliyyət Rəsm Kolleksiyasının qoruyucusu və tanınmış sənət tarixçisi Entoni Blantdan gedir. 1964-cü ildə Blant etiraf etmişdi ki, 1930-cu illərdən bəri Sovet İttifaqı lehinə casusluq edib.

Sənədlərə əsasən, Blantın casusluq fəaliyyəti II Dünya müharibəsi zamanı başlasa da, bu həqiqət Kraliça II Elizabetə yalnız 1970-ci illərin əvvəlində, yəni etirafından təxminən 9 il sonra bildirilib. Maraqlıdır ki, sənədlərdə Kraliçanın bu xəbəri aldıqda son dərəcə sakit olduğu və heç bir təəccüb ifadə etmədiyi vurğulanır.

Niyə illərlə gizlədildi?

Əslində Blantın casus olduğunu Kraliçaya daha uzun müddət deməməyi planlaşdırıblar. Lakin Blantın ölümcül bir xərçəng xəstəliyinə tutulduğu və həyatının qısa müddətdə sona çatacağı ehtimalı vəziyyəti dəyişib.

Öldükdən sonra onun keçmişinin və məhkəməyə cəlb olunmamasının üzə çıxacağı ehtimalı saray və hökumət rəsmilərini narahat edib. Artıq jurnalistlər Blantın ikili həyatı haqqında araşdırmalar aparmağa başlyıb və qalmaqalın qarşısını almaq çətinləşib.

1951-ci ilə qayıdırıq...

MI5 Blantın casus olduğundan ilk dəfə 1951-ci ildə şübhələnməyə başlayıb. O vaxt Blantın yaxın dostları və Sovet casusları olan Qay Börces və Donald Makklin Britaniyadan qaçaraq Sovet İttifaqına sığınıb. 

Blant və Börces 1930-cu illərdə Kembric Universitetində oxuyub və o dövrdən yaxın dost olublar. Onlar daha sonra "Kembric Beşliyi" adı verilən Sovet agentləri qrupunun üzvləri olub. Bu beşliyə Blantdan başqa Kim Filbi, Donald Makklin, Qay Börces və Con Kernkross daxil idi.
 

II Dünya müharibəsi zamanı MI5-da çalışan Blant 1951-ci ildən sonra 11 dəfə dindirilsə də, hər dəfə casusluq etdiyini inkar edib. Lakin ABŞ vətəndaşı Maykl Streytin FTB-yə verdiyi ifadə Blantın sonunu gətirib. Streyt Blantın onu Sovetlər üçün casusluq etməyə razı saldığını bildirmişdi.

Etiraf və Mİ5-in təklifi

1964-cü il aprelin 23-də MI5 müstəntiqi Artur Martin Blantla görüşərək ona bildiklərini danışdığı halda məhkəməyə verilməyəcəyinə dair söz verib. Blant bunun müqabilində casusluq etdiyini tam etiraf edib. 

Sənədlərdə Blantın danışarkən narahat olduğu, hər suala uzun fasilələrlə cavab verdiyi və bu müddətdə daxili mübarizə apardığı qeyd edilib. Blant etirafı zamanı "vicdanımla savaşmaq üçün mənə 5 dəqiqə vaxt verin" deyərək vəziyyətini açıqlayıb.

Kraliçaya nə vaxt bildirildi?

Blantın casus olduğu barədə məlumatın 1973-cü ildə, o vaxt Kraliçanın xüsusi katibi olan Martin Çarteris tərəfindən II Elizabetə çatdırıldığı sənədlərdə yer alır. MI5-ın direktoru Maykl Hanli tərəfindən imzalanan bir sənəddə qeyd olunur ki, Çarteris Kraliçanın bunu çox sakit və təəccübsüz qarşıladığını bildirib. 

Sənəddə "Kraliça, Börces və Makklin hadisələrindən sonra Blantdan da şübhələnildiyini xatırladığını dedi" ifadəsi yer alıb. Bu, Kraliçanın vəziyyətdən daha əvvəl xəbərdar ola biləcəyini göstərir.

Blantın  ictimaiyyətə açıqlanması

Blant etirafından sonra uzun müddət sarayda fəaliyyətini davam etdirib. Hətta Şöhrət ordeni ilə mükafatlandırılıb. Lakin 1979-cu ildə Baş nazir Marqaret Tetçer parlamentdə etdiyi çıxış zamanı Blantın keçmişini ictimaiyyətə açıqlayıb. Bu hadisədən sonra onun bütün titulları və mükafatları əlindən alınıb. Blant 1983-cü ildə, 75 yaşında vəfat edib.

Blantın casus olduğu və Kraliçanın bu vəziyyətdən nə vaxt xəbərdar olduğu hələ də müzakirə mövzusudur. Lakin yeni açılan sənədlər göstərir ki, bu qalmaqal Kraliça II Elizabetin hakimiyyəti dövründə saray üçün ən böyük sirlərdən biri olub. Bu hadisə, həm də İngiltərə kəşfiyyat xidmətlərinin belə bir təhlükəni necə uzun müddət gizlətməyə çalışdığını ortaya qoyur.

Tatların yaşadığı kənddə nələr gizlədilib?

Xəbər xətti

Kadırovun vəzifədən gedir
00:22 27.06.2025
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb YENİLƏNİB-4
00:07 27.06.2025
"Partlayışda xəsarət alan yoxdur" -Rəsmi Açıqlama
00:03 27.06.2025
Gürcüstan parlamenti Təhlükəsizlik Şurasının ləğvi haqqında qanunu qəbul edib
23:43 26.06.2025
Moldovanın Aİ-yə qəbulu üçün danışıqlar başlayır
23:28 26.06.2025
Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib
23:14 26.06.2025
Paşinyanın müxalifətdən qurtulma planı -Analitik Şərh
22:57 26.06.2025
Bakı qlobal enerji dialoqu üçün platformadır
22:42 26.06.2025
"Liverpul" yeni transferini açıqladı
22:27 26.06.2025
ABŞ-Meksika sərhədi boyunca yeni hərbi bufer zonaları yaradılacaq
22:12 26.06.2025
Mərkəzi Afrikada transformator partlayışı faciəyə səbəb olub
21:57 26.06.2025
Avropaya milyonlarla PUA lazımdır
21:41 26.06.2025
İsrail komandoları Fordo nüvə obyektinə girdilər
21:26 26.06.2025
Mixail Boyarski xəstəxanaya yerləşdirildi
21:11 26.06.2025
Daha bir arxyepiskopa cinayət işi açıldı
20:56 26.06.2025
"İspaniya öz qərarlarını özü verir"
20:18 26.06.2025
Məşhur müğənni klip çəkilişi zamanı saxlanıldı
20:04 26.06.2025
"Avropa Parlamentinin nüfuzunu müdafiə edəcəyik"
19:49 26.06.2025
Günün ən şanslı BÜRCLƏRİ: əsl möcüzə olacaq
19:31 26.06.2025
İran AEBA ilə əməkdaşlığı dayandırır
19:16 26.06.2025
Onurğa Xəstəlikləri niyə artır?
18:50 26.06.2025
Dəclə və Fərat niyə quruyurlar?
18:16 26.06.2025
İlon Mask ofisində kompüterdən istifadə etmir?
17:59 26.06.2025
Keniyada etirazlar başladı
17:37 26.06.2025
"Tramp Türkiyəyə gəlsə, Putinin də gələcək"
17:23 26.06.2025
"ABŞ İranla müharibədə heç nə əldə etməyib"
17:09 26.06.2025
İzmirdəki meşə yanğını söndürüldü
16:53 26.06.2025
"Hörmüz boğazının bağlanması böyük bəlalara səbəb ola bilər"
16:38 26.06.2025
"Ermənistan yalnız sülhə əməl etdiyi təqdirdə təcriddən çıxa bilər" -Müsahibə
16:19 26.06.2025
Əli Xamenei İran xalqını təbrik etdi
16:02 26.06.2025
Floridada Tornado evləri "yıxdı"
15:48 26.06.2025
Etiketlə yarışıb, reklamla vuruşanlar – rəqabət qaydalarını kimlər pozub?
15:31 26.06.2025
"Azərbaycan Ordusunun NATO səviyyəsinə yüksəlməsindən qürur duyuruq"
15:06 26.06.2025
Futbolçular arasında dava düşdü
14:50 26.06.2025
"Qiyamət günü" radiostansiyası qəfil aktivləşdi
14:34 26.06.2025
Aİ liderlərinin ənənəvi görüşü başlayır
14:20 26.06.2025
“Azərbaycan ŞƏT ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir”
14:03 26.06.2025
Şimali Koreya Rusiyaya əlavə qoşun göndərə bilər
13:47 26.06.2025
"Qalatasaray" David Alabanın agenti ilə danışıqlara başladı
13:34 26.06.2025
Moskvada Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
13:17 26.06.2025
Hamısı