II Dünya Müharibəsindən qalma gizli yeraltı keçidlər  turistik cazibə mərkəzinə çevrilə bilər mi?

Maraqlı 18:21 01.03.2025

"Narniya"-dan "Alisa Möcüzələr Diyarı"-na qədər, Britaniyanın ən maraqlı sərgüzəştləri  gizli yeraltı keçidlər və sirlərlə dolu tunellərlə  başlayır. Bu hekayə isə onların hər ikisini birləşdirir.

Londonun Çenseri Leində, Çarlz Dikkensin isə bir zamanlar katib olaraq çalışdığı tarixi hüquq məhəlləsində, CNN təhlükəsizlik papağı və təhlükəsizlik geyimi geyinərək yerin 30 metr  (təxminən 100 fut) dərinliyinə enərək yerin altında bir saatlıq tura başlayır. Bu tur, üzərində heç bir işarə olmayan mavi rəngdə olan bir qapının arxasında həyata keçirilir.

Biz buraya, 2007-ci ilə qədər Birləşmiş Krallığın Rəsmi Sirlər Qanunu ilə qorunan, bir o qədər gizli olan  bir mil uzunluğundakı tunellər silsiləsini araşdırmaq üçün gəlmişik. Bunun  həm də ədəbiyyatla bağlılığı var, çünki bu yeraltı keçidlər, Ceyms Bondun avadanlıq şöbəsi  üçün real həyatda da ilham mənbəyi olub-amma bu, tunellərin zəngin tarixini öyrənmək üçün verilmiş məlumatın bir hissəsidir.

Növbəti addım isə ondan ibarətdir ki, əgər tur bələdçimiz,həmçinin London Tunnels şirkətinin CEO-su olan Enqes Mörinin  planları reallaşarsa,bu məkan dünyanın ən çox turist cəlb edən məkanlarından birinə çevriləcək.

Möri deyir ki, “bu məkan elə bir məkan olacaq ki,o insanlarda elə bir təsir yaradacaq ki,onlar məkana baxdığı zaman onun möhtəşəmliyini görün valeh olsunlar.8.000 kvadratmetrlik və 149 milyon dollar dəyərində və yenidənqurma planı olan kompleksdə gəzdikcə məkanın muzey, abidə, sənət qalereyası,həmçinin mədəni mərkəz kimi fəaliyyət göstərəcəyinin şahidi oluruq. Ən maraqlısı isə odur ki, buranın dünyada ən yaxşı və lisenziyalı içki məkanına ev sahibliyi edəcək məkanlardan biri olması planlaşdırılır.

Bu möhtəşəm layihənin ərsəyə gəlməsində Sinqapurun məşhur “Gardens by the Bay” və Londondakı “Battersea Power Station” layihələrinin memarı olan Vilkinson Ier və  komandasının imzası var.

İkinci Dünya Müharibəsi dövrünün sığınma məntəqəsi 

Möri “bura Rəsmi Sirlər Qanunu çərçivəsindən kənara çıxaraq gələn 100 dən çox insandan biri bəlkə də sizsiz”deyərək investorlar və media qruplarının gəlişinə etiraz edib.

“Məkan 1940 və 1942-ci illər ərzində, Britaniyanı və Avropanı Nasist Almaniyasından qorumaq məqsədilə britaniyalılar tərəfindən əllə tikilmiş,hava hücumlarından qorunma sığınacağı” kimi inşa edilmişdir,” deyə o açıqlamasında bildirib.

Bu sığınacaq, Şimali və Mərkəzi metro xətləri boyunca uzanan paralel “koridorlar” kimi layihələndirilib, uzunluğu 365 metr və eni isə 5 metr olaraq inşa edilib.

Bu sığınacaq, II Dünya Müharibəsi zamanı Almaniyanın Blitz bombardmanlarına cavab olaraq inşa edilib,onu da qeyd etmək olar ki,bu sığınacaq  Londonda təxminən 30.000 nəfərin həyatına son qoyan səkkiz sığınacaqdan biri hesab olunur.

18 ay ərzində inşa edilən bu sığınacaq, yuxarıdakı metro stansiyasıyalarına(Şimali və Mərkəzi)birləşmək üçün nəzərdə tutulmuşdu,amma Almaniyanın işğal strategiyası Rusiyaya yönəldiyi üçün o heç vaxt istifadəyə verilmədi.

Möri qeyd edir k “Blitz, London ailələrinə “ciddi təsir”göstərdi,onların qurbanları yaxın müddətdə açılması planlaşdırılan “London Tunnels” adlı məkanın Tarix və Mədəniyyət șöbəsində əbədiləşdiriləcək.

Soyuq Mübaribə dövrü sığınacağı

Yeraltı keçidlərin müharibə dövründəki növbəti rolu, MI6-nın qollarından biri və Britaniyanın ən gizli təşkilatı  olan Xüsusi Əməliyyatlar İcraedici Təşkilatının (SOE) mənzil-qərargahı kimi fəaliyyət göstərmək idi.

Ceyms Bond roman toplusunun yazıçısı,Ian Fleminq,1944-cü ildə Britaniya Dəniz Qüvvələrində əlaqə zabiti olaraq fəaliyyət göstərib.

Möri qeyd edir ki,“biz Silahlı Qüvvələrin rəsmi muzeyi olan Hərbi Kəşfiyyat Muzeyi ilə əməkdaşlıq edirik.Muzeyin bazası hazırda Londondan 90 dəqiqəlik məsafədə yerləşən Shefford adlı kiçik bir şəhərdədir, lakin planımız odur ki, muzeyi rəsmi olaraq yeraltı keçidlərə köçürək.”

1949-cu ildə yeraltı keçidlərdən kommunikasiya mərkəzi kimi istifadə edilməyə başlandı.O dövrdə telefonlar və poçt xidmətlərinə cavabdeh olan Ümumi Poçt İdarəsi (General Post Office) bu yeraltı keçidləri ələ keçirərək idarəsi etməyə başladı.

Məkan, əsas küçələrdən ayrılan bir sıra “prospektlər”lə genişləndirilərək bənzərsiz bir yeraltı mühit yaratdı. Bu genişlənmə, eyni zamanda London Tunellərinin gələcəkdə planlaşdırma təsdiqi alması üçün də zəmin rolu oynadı” deyərək Möri fikrinə əlavə etdi.

Onun yeni mərkəzi Kingsway Telefon Mübadilə Stansiyası oldu və 1950-60-cı illərdə,yəni Soyuq Müharibə dövründə daxili rabitə mübadiləsi kimi istifadə edilməyə başlandı.

Məkan,hətta ABŞ və SSRİ liderləri arasında birbaşa əlaqə təmin edənh "isti xətt"ə ev sahibliyi edirdi və bu xətt 1962-ci ildəki Kuba Raket böhranı zamanı da istifadə olunmuşdu.

Qeyd:iki tərəf arasında əlaqə qurmağa kömək edən əlaqə vasitəsidir 

Bu əlaqə mərkəzi 5,000 əsas xətdən ibarət geniş bir şəbəkəyə və telefon xətlərini idarə edən 200 nəfərlik sıx bir işçi qrupuna malik idi.

 1968-ci il tarixli British Path xəbər lentində, zəhmətkeş işçilərin həftə ərzində iki milyona yaxın zəngə cavab verdiyi göstərilir.

Hətta bəzi mənbələrdə göstərilir ki, bu dövrə aid  çoxsaylı maraqlı avadanlıqlar tarixə düşüb:generatorlar,maşınlar,həmçinin çoxlu sayda kabellər bunlara misaldır.

Möri qeyd edirdi:“maraqlı olduğunu düşündüyünüz hər şey, bizim üçün də maraqlıdır,biz onu əbədiləşdirəcik.”

“Bunlar sərgilənəcək əşyalardır,hansı ki,biz bilirik, ziyarətçilər bura gəldikdə onları nəzərdən keçirəcəklər,onlar Tarix və İrs şöbəsində saxlanılır.

Telefon vasitəsilə əlaqə

Britaniya Telekomunikasiya şirkəti 1980-ci illərdə bu sahəni öz nəzarətinə götürdü və hökumət işçiləri üçün dünyanın ən yaxşı lisenziyalı barlarından birini yaratdı,həmçinin burada bilardo masaları və tropik balıq akvariumu otağı da var idi-bu məkan 1980-ci illər üçün rahatlığın zirvəsi hesab edilirdi. 

Telefon mərkəzində istifadə olunan texnologiya onilliyin sonunda müasir tələblərə cavab vermədiyi üçün istismardan çıxarılmışdır.

Bu dövrdən qalan maraqlı əşyalar da var. Bu dövr, 20-ci əsrin sonlarına aid bej rəngli ofis əşyalarının öyrənilməsi üçün zaman xəritəsidir.Əlavə olaraq, heç bir yerə açılmayan, yalnız keçidin özünə aparan qapılardan ibarət olan otaqla qeyri-adi bir element də olduğu da qeyd olunur..

Məkanın mərkəzini bar təşkil edir və bu bar daha böyük miqyasda yenidən qurulacaq,vizual təsvirlər isə yeraltı sahənin bənzərsiz dizaynından maksimum dərəcədə istifadə edən və parlaq işıq vasitəsilə işıqlanan sahə görüntüsü təqdim edəcək.

İçki istəyən müştərilərin gün arasında fasilə verib enerji yığmaları və o anı sosial mediyada paylaşmaqları üçün sahə də inşa olunacaq.

Möri keçidlərin 3 ilin sonunda  üç milyondan çox turist cəlb edəcəyini ümid edir.O həmçinin qeyd edir ki,”bura tez-tez gələn turistlərə bizim sənət və mədəniyyət şöbəmiz onların bura yenidən və tez-tez gəlmələri üçün əsas səbəb olacaq.”

London  keçidlərinin bəzi hissələri maraqlı,amma köhnəlmiş əşyalar üçün ayrılacaq, qalan hissə isə geniş və boş sahə olacaq.

Bu sahənin, rəqəmsal ekranlar, projektorlar,dəqiq səs sistemlərindən istifadə edərək incəsənət əsərlərini nümayiş etdirmək üçün,eləcə də təqdimatlar üçün istifadə edilməsi planlaşdırılır.

Möri, sərgilərə  müxtəliflik qatmaq üçün 26 metr hündürlüyündə və 5 metr diametrli inşaat sahəsini göstərib,”bu sahə sadəcə tuneldən tunellə keçmək üçün deyil," deyə o əlavə edib.

O, qeyd edir ki,”bunların hamısı asanlıqla dəyişdirilə bilər”, müasir incəsənətlə dolu muzeylər ola bilər, məsələn, MOKA,Tokiodakı Timlab, İtalyan Luminiri bunu misal göstərə bilərik.Onların hər birinin daxilində 3 böyük hissə var və turistlərin onların hər birini gəzib görmələri təxminən 15 dəqiqə baş tutur.

Möri deyir ki, London keçidləri layihəsinin tikintisinə “növbəti ilin üçüncü rübündə başlanacaq,2028-ci ilin ilk yarısında tikintinin başa çatması planlaşdırılır.

Onlar bura ərzində üç milyon turist  cəlb etməyo hədəfləyirlər-bu halda bu statistika onu Milli Qalereya ilə bərabər statistikaya çatdırar və insanlarda  Londondakı Qüllədən daha çox maraq oyandacaq.

Böyük Britaniyadakı yeraltı keçidlər  mövsümdən asılı olmayaraq,turistləri  cəlb etmək üçün   cəlbedci yerdir,bura həmçinin yağışlı havalarda da ziyarət etmək üçün ideal bir yerdir. 

Mədinə Məmmədova//EDnews

Prezident İlham Əliyevə  “Qarabağın fatehi” dedilər

Xəbər xətti

Makron İrandan nüvə proqramının sülh xarakterinə dair zəmanətlər tələb edib
16:35 21.06.2025
Dəb Necə Siyasiləşir?
15:52 21.06.2025
"Mərakeş azad edilmiş ərazilərin bərpasına investisiya yatırmaqda maraqlıdır"
15:27 21.06.2025
"Gözlətdiyim üçün üzr istəyirəm"
15:21 21.06.2025
Niyə mən 2018-ci ildə “Qarabağ Ermənistandır!” dedim? - Paşinyan İZAH ETDİ
15:00 21.06.2025
MEDİA 17 qəzetə pul ayırdı - Siyahı
14:56 21.06.2025
BTQ Dənizaşırı ərazilərdə internetin vəziyyətinə dair araşdırma aparıb zəif sürət, yüksək qiymət
14:41 21.06.2025
ABŞ və Aİ Xameneiyə əvəz axtarır
14:38 21.06.2025
"Azərbaycanda əyləncə turizmi yeni iş yerləri və investisiya imkanları yarada bilər"
14:35 21.06.2025
İsrail İranın Qum şəhərinə zərbələr endirib
14:31 21.06.2025
İsrail Şirazda hərbi mərkəzi "vurdu"
14:28 21.06.2025
"İqlim böhranı ilə mübarizəni pulsuz qoymaq cəhdləri uzaqgörən yanaşma deyil"
14:09 21.06.2025
Çinin 740-dan çox vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
13:31 21.06.2025
İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının qapalı iclası keçiriləcək
13:20 21.06.2025
“Polis haqqında” qanuna təklif edilən dəyişiklik qəbul olundu
12:39 21.06.2025
Ermənilər Üzeyir Hacıbəylini niyə öldürmək istəmişdilər?
12:08 21.06.2025
Bu gün Bakıda ilk dəfə UFC turniri keçiriləcək
11:40 21.06.2025
Efiopiyada "ASAN xidmət" açılıb
09:49 21.06.2025
Xərçəngə qarşı qidalar: Onkoloji xəstəlik riskini azaldan SƏKKİZ məhsul
09:33 21.06.2025
FIFA Klublararası Dünya Çempionatı: Pley-offun ilk iştirakçıları bəlli olub
08:21 21.06.2025
İran ABŞ-yə Yaxın Şərqdəki hərbçiləri ilə bağlı xəbərdarlıq edib
05:16 21.06.2025
" Bizim İran İslam Respublikası qarşısında hərbi öhdəliyimiz yoxdur "
18:03 20.06.2025
"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"
16:44 20.06.2025
" Təhlükəli istiləşmədən yayınmaq üçün cəmi bir neçə ilimiz qalıb"
16:39 20.06.2025
“Abzas Media” işi üzrə həbs olunan şəxslərə hökm oxunub
16:25 20.06.2025
Ceyhun Bayramov və Kaya Kallas İsrail-İran qarşıdurmasını müzakirə edib
15:27 20.06.2025
Orban Ukraynanı Aİ-də görməyi niyə istəmir?
15:24 20.06.2025
Süfrənin Diplomatiyası: Qida və Qlobal Ayrı-Seçkilik
15:00 20.06.2025
"Xəzər regionu üzərində nüvə təhlükəsi yaranıb"
14:43 20.06.2025
ADA böyüyəcək
14:32 20.06.2025
İlham Əliyev UFC-nin prezidentini qəbul etdi
14:30 20.06.2025
Aprel döyüşləri zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlara rəhbərlik etmiş generalların adları məhkəmədə açıqlanıb
14:24 20.06.2025
İsrailin 50 qırıcı təyyarəsi Tehranı bombaladı
14:18 20.06.2025
Qax rayonunun icra başçısına qarşı əməliyyat keçirildi
14:09 20.06.2025
"Müharibəyə son qoymağın yeganə yolu atəşkəsdir"
14:02 20.06.2025
Azərbaycan Çin ilə “Kəmər və Yol” üzrə Əməkdaşlıq Planını təsdiq edib
13:48 20.06.2025
Paşinyan Türkiyədə səfərdədir
13:14 20.06.2025
Azərbaycan güləşçisi dopinqə görə diskvalifikasiya edildi
12:49 20.06.2025
"Sülh müqaviləsini dərhal imzalamağa hazırıq"
12:28 20.06.2025
"Səs mənimdir,sözlər yox" - Süni intellektin təqlid gücü və etik təhlükələr
11:47 20.06.2025
Hamısı