Pandalar niyə bambuk yeyirlər?

Maraqlı 13:58 05.03.2025

Bildiyimiz kimi, pandalar bambuk sevirlər, lakin bu tüklü məməlilərin ət yeyənlərə xas olan həzm sistemi mövcuddur. Çin alimləri indi bunun niyə belə olduğunu izah edirlər.

Cümə günü "Frontiers" jurnalı tərəfindən dərc olunan tədqiqat göstərdi ki, pandalar günün 16 saata qədər vaxtınıı bambuk yeyərək və onun tərkibindəki genetik material – mikroRNA (miRNA) – qanda birbaşa qəbul edərək keçirirlər.

Sıçuan əyalətinin Qərb Pedaqoji Elmlər Universitetindən alimlər belə qənaətə gəldilər ki, bu molekul pandaların orqanizmində genetik məlumatın ötürülməsinə təsir edərək onların davranışını formalaşdırır. Tədqiqatın baş müəllifi, doktor Li Feng bildirib: “Bambukdakı mikroRNA nəhəng pandaların gen ifadəsinin tənzimlənməsində rol oynayır.”

O əlavə etdi ki, bu molekul böyümə, bioloji ritmlər, davranış və immun reaksiya kimi fizioloji proseslərə təsir göstərə bilər. Tədqiqatçılara görə, mikroRNA-nın təsiri sayəsində, pandaların balaları zamanla ən təzə və qidalı bambuku seçmə qabiliyyəti qazanacaqlar və bu, onların bitki mənşəli pəhrizlə daha yaxşı uyğunlaşmasına şərait yaradacaq. Tədqiqat üçün altı yetkin panda və bir balanın qan nümunələri götürülüb. Alimlər bu nümunələrdə bambukdan əldə edildiyi ehtimal olunan 57 növ mikroRNA aşkar etdilər. Müəlliflər ümid edirlər ki, bu kəşf, bitkilərin mikroRNA-sının heyvanlara təsirini daha yaxşı anlamağa kömək edəcək və xəstəliklərin müalicəsi və ya qarşısının alınması üçün yeni metodların hazırlanmasında başlanğıc nöqtəsi ola bilər.

Pandaların qidalanması demək olar ki, tamamilə bambuk yarpaqları, gövdələri və budaqlarından ibarət olsa da, onların qidasının təxminən 1%-i digər bitkilər və həmçinin siçovullar kimi kiçik heyvanlardan təşkil olunur (WWF məlumatına görə). WWF-ə görə, təxminən 1800 panda Çin Sıçuan, Şensi və Gansu əyalətlərinin vəhşi dağ silsilələrində yaşayır. Yaşayış mühitinin itirilməsi və onun parçalanması vəhşi pandalar üçün ən böyük təhlükə yaradır, həmçinin onların çoxalma çətinlikləri qorunma səylərini xüsusilə çətinləşdirir.

Son onilliklər ərzində Çin, bu növün qorunması üçün tədbirləri xeyli intensivləşdirərək, əsirlikdə olan panda sayını 12-dən 67-yə artırıb.

Müəllif: Kriss Lau

Mənbə: CNN

Azərbaycan Dilinə tərcümə: Fatimə Şükürova

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı