Qlobal Nar Bumunun Üzü Niyə Məhz Azərbaycan Olmalıdır?

Maraqlı 14:14 02.04.2025

Əsrlər boyu mistik simvol kimi əhəmiyyət kəsb edən nar hazırki sağlam qida sənayesinin ən sevimli meyvəsi kimi “TikTok” qəlyanaltı trendlərinin ulduzu və funksional qida yeniliklərinin mərkəzi kimi yüksəliş dövrünü yaşayır. Qlobal tələbin artması ilə nar istehlakının 2033-cü ilə qədər 10.6 milyard dollara ikiqat artacağı proqnozlaşdırılır— sənaye ixracat potensialına malik ölkələr bu bazardakı payını artırmağa çalışır. Bunlar arasında Azərbaycan fərqlənir— ən böyük və ya ən gözəçarpan istehsalçı olmasa da, Azərbaycan narı bazarın ən maraqlı, ən müxtəlif və bəlkə də ən dadlısıdır.

Mən 2024-cü ilin noyabr ayında Azərbaycanı ziyarət edəndə buranın narı diqqətimi çəkdi. Ziyarətim əsnasında, 2020-ci ildə rəsmi olaraq sona çatan on illər boyu davam edən münaqişənin izlərini daşıyan Qarabağa getmişdim. Müharibənin qalıqlarının—yanmış sahələrin, uçurulmuş binaların və sükut içindəki torpaq sahələrinin— arasında bir şey fərqlənirdi - nar ağacları.

Canlı qırmızı meyvələrlə dolu olan bu ağaclar, çöllənmiş torpaqdan üsyan edərək yüksəlirdi. Hələ də müharibədən yenidən qurulmağa çalışan bir regionda, onlar mənim təsəvvürümdə yenidənqurma və davamlı həyatın sakit bir metaforasını ifadə edirdi. Azərbaycan üçün isə, narın milli simvol olması, onların varlığı ilə kimlik, dözümlülük və torpaq ilə mədəniyyət arasındakı zamanla dəyişməyən əlaqəni əks etdirirdi.

Qlobal Nar Trendi

Adi nar qlobal miqyasda böyük bir dəyişim yaşayır. Məşhur şəxsiyyətlər tərəfindən tövsiyə olunan reseptlərdə yer alır və BBC-nin "2025-ci ildə izləməli olduğunuz Qida Trendləri" siyahısında vurğulanır. Qida dəyəri zəngin olan bu meyvə, yalnız sağlamlıq faydaları ilə deyil, həm də çoxyönlülüyü və estetik cazibəsi ilə diqqət çəkir— və "ağzınızda partlayan inciyəbənzər qidalar" mövzusuna mükəmməl uyğun gəlir.

Nar dənələri ilə hazırlanan reseptlər sosial mediada milyonlarla bəyənmə alır və nar şokoladlı qəlyanaltılarından, nar popkornuna, nar şirələrinə və lavaşaya qədər innovativ reseptlərdə yer alır. Ancaq bu populyar mədəniyyət yüksəlişinin kənarında, narın daha dərindən rezonansı, istehlakçıları irs, ənənə və hekayələrlə əlaqələndirən qidalara olan artan maraqda yatır. Burada, qlobal nar hərəkatının təbii bir mərkəzi olaraq Azərbaycan, narın yalnız dəbdə deyil, həm də əsaslı olduğunu göstərir.

Azərbaycan Meyvələrinin Şahı

Azərbaycanın narı 25.000 hektar bağda becərilir, yerli əfsanələrdə və illik festivallarda qeyd olunur, freskoların üzərinə həkk olunur və hər şeydən əvvəl şirniyyatdan tutmuş mürəbbələrə qədər hər şeyə əlavə edilir. Hindistan və ya İran kimi nəhəng istehsalçılara nisbətən ixrac həcmi kiçik olsa da, Azərbaycan dünyada ən yaxşı narları istehsal edir.

Azərbaycanın narçılıqdakı üstünlüyü iqlimdə yatır. Göyçay bölgəsi, özünəməxsus mikroiqlimi və minerallarla zəngin torpağı ilə, Azərbaycan premium narlarının qlobal sinonimi halına gəlmişdir. Ölkənin doqquz iqlim zonasına yayılmış 60-dan çox yerli növ və ümumilikdə 200-dən çox nar növü, əsrlər boyu formalaşmış ənənəvi biliklər və nar meyvəsinə dərin mədəni ehtiramla yetişdirilir.

"Narlar və Zəfəran: Azərbaycana Səyahət" adlı kitabın müəllifi və “AZCookbook.com” saytının yaradıcısı Feride Buyuran, Göyçayı Azərbaycanın nar paytaxtı olaraq təsvir edir. "Hər bir bölgənin  həyət və geniş bağlarında, onlarla nar növü yetişir," deyir. " Turşdan və acıdan şirinə qədər fərqli ləzzətləri olan, tünd qırmızı, qırmızı və hətta ağ rəngli toxumları olan, qırmızı, çəhrayı və ya ağ ola bilən rəngləri olan şirəli narlar. Göyçay nar həvəskarları üçün səadət cənnətidir."

Kütləvi bazar istehsalçıları məhsuldarlıq və daşınma dayanıqlığını ön planda tutduqları halda, Azərbaycanlı fermerlər tez-tez əl ilə məhsul yığır, dad və yetişməyi miqyasdan üstün tutur. Nəticədə, nar, təravətli olmaqla yanaşı, dərin və kompleks dadlarla dolu olur— təravətli narşərab (şirə) kimi sıxılır, Nar Govurması (nar və şabalıd ilə bişmiş quzu) kimi yeməklərə əlavə olunur, magenta şərablarında dəmlənir, sorbeyə çevrilir, nardança mürəbbəsi kimi qorunur və yeməklərdə, salatlarda və dolmalarda istifadə olunur.
 

Simvolik olaraq, Azərbaycanda nar böyük mədəni əhəmiyyətə sahibdir. O, bolluq, məhsuldarlıq və əbədiliyin simvolu kimi qəbul edilir. Şeirlərdə, hədiyyəlik əşyalarında, xalçalarda və saray divarlarında təsvir olunur.

2006-cı ildən bəri hər payızda keçirilən Göyçay Nar Festivalı (Nar Bayramı) Göyçayı  milli fəxr və mədəni irsin parlaq bir şənliyinə çevirir. 2020-ci ildə UNESCO tərəfindən tanınan və İnsanlıqın Ümumi Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilən bu festival, minlərlə yerli və xarici ziyarətçini Azərbaycanın "meyvə kralı"nı şərəfləndirmək üçün toplayır. Tədbir rəngarəng, dadlı və ənənəvi olur— canlı xalq musiqisi, coşğulu rəqs performansları və narın Azərbaycanın mətbəxindəki ulduz rolu ilə seçilən kulinariya nümayişləri də həmçinin.

Bu irs artıq meyvələrini verməyə də başlayır, çünki "Made in Azerbaijan" etiketi qlobal səhnədə daha çox tanınır. 2025-ci ilin yanvar ayında Azərbaycan 2,278 ton nar ixrac edib, bu da əvvəlki ilə nisbətən 35% artım deməkdir. Bu ixracat, ümumi istehsalının 190,000 tonunun yalnız bir hissəsini təşkil etsə də, bu məhsulların artan qlobal marağını, əl istehsalı, izlənilə bilən və mədəni cəhətdən zəngin qida məhsullarına olan tələbi əks etdirir.

Azərbaycanın yüksək ixtisaslaşma cazibəsi, bəlkə də onun ən böyük gücüdür. İstehlakçılar funksional qidalara keçdikcə, nar hər bir meyarı qarşılayır: antioksidanlarla zəngin, aşağı kalorili, bağırsaq dostu— və artan şəkildə, sosial mediada vizual ulduz olur. “TikTok”-da şokoladla örtülmüş nar qəlyanaltıları milyonlarla baxış alır; “Instagram” isə narla zənginləşdirilmiş lavaşa və parlaq salat şəkilləri ilə doludur.
İqlim dəyişikliyi, daha böyük istehsal edən bölgələrdə davamlılığı təhdid edərkən, Azərbaycanın yüksək hündürlükdə yerləşən quru zonaları nisbi izolyasiya təmin edir, bu da onu keyfiyyətli nar becərilməsi üçün ümid verici bir yer halına gətirir. Ölkə, yalnız təzə meyvə deyil, həm də əlavə dəyərli məhsullar— ekstremlər, şirələr və təbii kosmetik vasitələr kimi— ixracatını genişləndirməyi planlaşdırır.

Bazar sürətlə böyüyür, lakin eyni zamanda mallardan, sənətkarlığa doğru inkişaf edir. Azərbaycan üçün nar, kənd təsərrüfatı, qida mədəniyyəti və milli kimliyin kəsişməsini təmsil edir. Onun sakit gücü, müasir istehlakçının getdikcə daha çox qiymətləndirdiyi bir şeydə yatır: dərinlik, fərqlilik və səmimiyyət. Dünyanın növbəti böyük super meyvəsi uğrunda rəqabət aparan bu kiçik iddiaçı, görünür ki, ən çox dadı təklif edir.

Müəllif: Dafne Evinq-Çou

Mənbə: "Forbes"

Azərbaycan Dilinə Tərcümə Edən: Sevda Qurbanova

Paris Şuşada təslim oldu

Xəbər xətti

"Rusiya öz əsgərlərinin cəsədlərini bizə verib"
23:59 25.06.2025
Yarasaya bağlı daha bir virus aşkarlandı
23:46 25.06.2025
"Sancı hiss etmədən də infarkt keçirmək olur"
23:31 25.06.2025
Bəzi müəllimlərin nəticəsi ləğv ediləcək
23:17 25.06.2025
Baş nazir liderlər sammitinə idman ayaqqabısı ilə qatıldı
23:02 25.06.2025
Ter-Petrosyan II Qareginlə birləşdi
22:47 25.06.2025
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə qoyulub
22:32 25.06.2025
Qan ağlayan Məryəm Ana heykəli saxta çıxdı
22:17 25.06.2025
“Qızlarınıza bədəni ilə yox, ağılları ilə var olmağı öyrədin” Təhsildən yayınma və erkən nikahlar
22:02 25.06.2025
Yer kürəsində həyat spirtdən yaranıb?
21:47 25.06.2025
Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb
21:31 25.06.2025
“Kontakt Home” barədə rəqabət qanunvericiliyinin pozulması üzrə iş qaldırıla bilər
21:16 25.06.2025
İranın müdafiə naziri Çinə səfər edib
20:47 25.06.2025
İsrail zərbələri nəticəsində ölənlərin sayı 627-yə çatıb
20:31 25.06.2025
NASA-nın köhnə peyki qəfil "canlandı"
20:16 25.06.2025
MEDİA nümayəndə heyəti Sinxua xəbər agentliyində oldu -FOTO
20:01 25.06.2025
"Yüksəliş" müsabiqəsinin finalçısı vəzifəyə təyin olundu
19:46 25.06.2025
"Rütte özünü rüsvay etdi"
19:31 25.06.2025
"Atena"- nın fəaliyyətində nöqsanlar aşkarlandı
19:18 25.06.2025
Zelenski və Tramp iki aylıq fasilədən sonra görüşüblər
19:02 25.06.2025
Pakistan ABŞ-yə çata biləcək raket hazırlayır
18:47 25.06.2025
Rütte Donald Trampa "ata" dedi
18:32 25.06.2025
Morata Fabreqasın komandasına kluba keçir
18:17 25.06.2025
Piolli istefaya göndərildi
18:02 25.06.2025
"Azərbaycanın dəstəyi mübarizəmizə güc verir"
16:59 25.06.2025
NATO Ukraynaya hərbi yardımı davam etdirəcək
16:44 25.06.2025
"Neyrokolonializm şüura parazit kimi nüfuz edir"
16:18 25.06.2025
Peru Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib
16:08 25.06.2025
Xankəndidəki uşaq bağçasında Silahlı Qüvvələr Günü qeyd edilib
16:03 25.06.2025
Çin ağcaqanad ölçüsündə PUA hazırladı
15:48 25.06.2025
"Kaş ki, daha güclü liqalara üz tutardı" -Ballak Leroy Sanenin seçimindən danışdı
15:36 25.06.2025
Rusiya Silahlı Qüvvələri Donetskdə yaşayış məntəqəsini nəzarətə götürdü
15:21 25.06.2025
Baydenin əvəzinə sənədlərə o imza atırmış
15:06 25.06.2025
FIFA irqçi təhqirə görə Meksika klubunun oyunçusuna qarşı iş açdı
14:51 25.06.2025
"Yeni cərimə mexanizmləri QHT-lər üçün məhdudiyyət deyil"
14:36 25.06.2025
"Morning Midas"-ın necə yandığı məlum oldu
14:21 25.06.2025
ABŞ meqapolisləri istilikdən boğulur
14:06 25.06.2025
"Fransanın bölgədə xlordekon pestisidindən istifadəsi ciddi nəticələr doğurub"
13:51 25.06.2025
Moskva Ermənistanda hakimiyyətin qanuniliyində maraqlıdır
13:36 25.06.2025
"Ermənistanın bugünkü səyi - Azərbaycan diplomatiyasının təsirini etiraf etməkdir"
13:21 25.06.2025
Hamısı