Yaponiyanın "Ichibansen/nextstations" dəmiryol şirkəti şüşə divarları və damı olan futuristik qatar buraxıb.
Yeni qatar Niiqata şəhərindən çıxır və Yaponiyanın qərb hissəsindən keçir. Echigo Tokimeki Resort Setsugekka dizaynını Ichibansen yapon şirkəti hazırlayıb. Şüşə qatarda 45 yer və 2 vaqon var: birinci vaqonda sərnişinlər üçün adi oturaq yerlər var, ikincidə isə panoram pəncərələrdən açılan mənzərəni seyr edərək, fransız və yapon mətbəxinin dadlı təamlarının təqdim edildiyi restoran yerləşir. Sərnişin vaqonuna biletin qiyməti 56 dollar, vaqon-restorana biletin qiyməti isə 114 dollar təşkil edir.
Qeyd edək ki, panoram pəncərələri olan oxşar qatar Kanada və İsveçrədə də var.