Qranada şəhərində Ərəb hökmranlığının izləri

Maraqlı 00:33 30.06.2025

"Bütün maraqlı səyahətçilərin ürəyində Qranada var, baxmayaraq ki, onlar heç vaxt orada olmayıblar". Dahi dramaturq Uilyam Şekspirin bu fikirləri bütün səyahətsevər insanları sirlərlə dolu bu şəhərə səsləyir.

Qranada bu gün təkcə İspaniyanın deyil, həm də Avropanın ən gözəl şəhərlərindən biri hesab olunur. Şəhərin Nuh və ya Herakl tərəfindən qurulması ilə bağlı çoxlu əfsanələr var. Əndəlüsün ürəyi sayılan Qranadaya "Sirlərlə dolu şəhər" də deyilir.

 Bu şəhərdə hər şey var: möhtəşəm Moorish (müsəlman) sarayları, nəfəskəsən bəzəkli katolik kilsələri, asket monastırları, qaraçı məhəllələri, dar ərəb küçələri, sıx nəqliyyatın olduğu müasir və geniş küçələr, müxtəlif dövrlərə aid tarixi abidələr, yerli sakinlərin qonaqpərvərliyi, xarakterik adət və ənənələr... Şəhərin memarlığı müsəlman və xristian mədəniyyətlərinin ecazkar qarışığından ibarətdir.

İspaniyanın ən yüksək massivi olan Sierra Nevada dağ silsiləsindəki xizək kurortlarının yaxınlığı da şəhəri cəlbedici edir.

“EDnews” "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Rəssam və yazıçıları şedevrlər yaratmağa ruhlandıran şəhər

Dünyanın bir neçə şəhəri var ki, rəssam və yazıçıları şedevrlər yaratmağa ruhlandırıb. Qranada da bu heyrətamiz yerlərdən biridir. Federico Qarsiya Lorka "Qranadanı görməyən heç nə görməmişdir", - deyəndə məhz şəhərin unikallığını düşünüb. "Hər il Qranadada Qarsiya Lorka Beynəlxalq Poeziya Mükafatı verilir. Şair məktəb illərində və faciəli ölümündən əvvəl bu şəhərdə yaşayıb. Qranada və onun yerli sakinlərinin hekayələri şairin bir çox şeirlərində, məsələn, "Qaraçı romansero" toplusunda və ya "Qanlı toy" tamaşasında xatırlanır", -deyə şəhər turu zamanı bələdçi məlumat verdi.

2014-cü ildə Cənubi İspaniyanın bu rahat guşəsi YUNESKO tərəfindən fəxri "Ədəbiyyat şəhəri" adı ilə də təltiflənib.

Ərəb hökmranlığının izləri hələ də qalır

1492-ci ildə Qranada arxiyepiskopluğun mərkəzi olub. 1531-ci ildə bu şəhərdə hələ də İspaniya və Avropanın ən nüfuzlu universitetlərindən olan Qranada Universiteti yaradılıb.

Qranadanın tarixində ərəb hökmranlığının dərin izləri var.

Şəhərin küçələrini gəzərkən o dövrün möhtəşəm memarlığına rast gəlinir. Qədim, xüsusi arxitekturası ilə seçilən Albaicin ərəb məhəlləsi insanı keçmiş dövrlərə aparır. Ağ evlər və dar küçələr əsl Şərq atmosferi yaradır. Bu küçələrdə çay, şərq şirniyyatları və likörlərin təqdim olunduğu çoxlu çayxanalar var. Qranadanın qastronomiyası tipik Əndəlus mətbəxi ilə ərəb və yəhudi mənşəli yeməklərin qarışığıdır. Şəhər həm də inanılmaz tapasla (müxtəlif yüngül qəlyanaltılar) məşhurdur.

Şəhərdə turistlərin maraqla baş çəkdiyi yerlər sırasında Sakromonte əsas yer tutur. Bu ərazi 16-cı əsrdən bəri Qranadanın qaraçı əhalisinin ənənəvi evi olub. Qranadanın üç təpəsindən birində yerləşən ərazi dar, dolambac küçələrdəki ağ rəngli evləri, eləcə də əsrlər əvvəl qazılmış mağaraları ilə məşhurdur. Ən yaxşı flamenko tamaşaları Sakromonte mağaralarında keçirilir. Mağaraların bəzilərində hələ də məskunlaşma var.

Dünyanın səkkizinci möcüzəsi

Qranada 1492-ci ilə kimi Qranada əmirliyinin paytaxtı kimi tanınıb. Xristian istilası zamanı buranı tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Qranada əmirliyinin fəthi ilə İspaniyada müsəlmanların hökmranlığına son qoyulub. Ona görə Qranada Əndəlüsün tarixində sonuncu müsəlman dövləti kimi yer alıb.

"Qranadanı Əndəlüsün mirvarisi olan Əlhambrasız (La Alhambra) təsəvvür etmək mümkün deyil. Əndəlüs müsəlmanlarının tikdiyi bu tarixi abidə o dövrün nəinki ən vacib, həm də ən yaxşı qorunub saxlanmış ərəb qalasıdır. Bu memarlıq kompleksi, onun yaradılması və keçmiş sakinləri haqqında çoxlu mif və rəvayətlər var. Deyilənə görə, sarayın hələ də öyrənilməmiş gizli keçidləri və yeraltı kommunikasiyaları mövcuddur. Əlhambranı əhatə edən gözəl bağlar - "Qeneralife bağları" 14-cü əsrdə tikilib və hələ də orijinal formasını qoruyub saxlayır. Əlhambranın ərəb bağları dünyanın səkkizinci möcüzəsi hesab olunur. 1984-cü ildə ərəb bağları bənzərsiz gözəlliyi və memarların virtuoz işi ilə bəşəriyyətin mədəni irsi kimi tanınıb. "Qeneralife bağları" 1829-cu ilin yayında V Çarlzın sarayında yaşamış amerikalı yazıçı Vaşinqton İrvinq ("Alhambra hekayələri") daxil olmaqla bir çox musiqiçi və yazıçının yaradıcılığına ilham verib.

2024-cü ildə Qranada öz şəxsi rekordunu qırıb. Ərəb nağılını izləməyə 2,5 milyondan çox insan gəlib. Məhz bu qələbəliyə görə bu nadir qədim mədəniyyət abidəsinin təbii və memarlıq tarazlığını pozmamaq üçün Əlhambranı ziyarət etmək istəyənlərin sayını məhdudlaşdırmağa məcbur olublar. Ona görə qalaya giriş biletini səfərdən ən azı üç həftə əvvəl Alhambranın rəsmi saytından bron etmək tövsiyə edilir.

Qranadaya yenidən qayıtmaq

Qranada bir çox mədəni tədbirləri ilə turistləri cəlb edir. Şəhərdə tanqo, caz, kino, teatr festivalları keçirilir. Yerli sakinlər dini bayramları da təntənə ilə qeyd edirlər. Şəhər flamenko ifalarında əsas musiqi alətləri olan gitara, kastanet və kajonların əsrlər boyu hazırlandığı emalatxanaları və dükanları ilə də məşhurdur.

"Qranadada futbola da böyük maraq var. Küçələrdə "Qranada" futbol klubuna məxsus geyimdə insanlara hər addımda rast gəlmək olur. Futbol bu şəhərdə yerli mədəniyyətin mühüm hissəsidir. Klubun ev stadionu olan "Nuevo Los Carmenes" oyun zamanı azarkeşlərlə dolu olur", - deyə bələdçi qeyd edir.

Şəhərin Lorkanın şeirlərinə köklənən ruhu, yerli sakinlərin şən hay-küyü və bu günə qədər qorunan monumental mədəni irs Qranadaya yenidən qayıtmaq üçün əsas səbəblərdir.

Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?

Xəbər xətti

Mikroorqanizmlər üçün "Nuhun gəmisi" yaradıldı
05:34 30.06.2025
Somali xüsusi təyinatlıları antiterror əməliyyatı keçirib
05:19 30.06.2025
İtaliyada güləş üzrə Avropa çempionu olan Azərbaycan millisi Vətənə qayıdıb
05:03 30.06.2025
Çoban iti sakinlərə hücum etdi
04:41 30.06.2025
ABŞ-da silahlı qarşıdurma nəticəsində iki yanğınsöndürən həlak olub
04:30 30.06.2025
Denisovanların üzü ortaya çıxdı
04:08 30.06.2025
"Son 4 ildə 3-cü dəfə Avropa çempionu olduq"
03:51 30.06.2025
Həşəratlara qarşı hansı dərmanlardan istifadə etməliyik?
03:46 30.06.2025
"Z" nəslinə etiket dərsi keçiləcək
03:25 30.06.2025
Serbiyadakı etirazlar bütün ölkəni bürüyür -Paytaxtda nəqliyyat iflic olub
02:55 30.06.2025
İranın 400 kiloqram zənginləşdirilmiş uranı nəzarətdən itib
02:32 30.06.2025
Klublararası dünya çempionatı: "Bavariya" 1/4 finala vəsiqə qazandı
02:16 30.06.2025
Nazir vurma cədvəlini bilmədi
02:08 30.06.2025
Ağdamda polis əməkdaşı minaya düşdü
02:01 30.06.2025
"Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
01:55 30.06.2025
İstanbulda dənizdə çimmək qadağan olundu
01:31 30.06.2025
Klublararası dünya çempionatı: "PSJ" "İnter Mayami"ni darmadağın etdi
01:08 30.06.2025
Qranada şəhərində Ərəb hökmranlığının izləri
00:33 30.06.2025
Rusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı əməliyyat keçirildi
00:23 30.06.2025
Məzunlar niyə işsiz qalır?
00:14 30.06.2025
Makron Pezeşkianla nə danışdı?
00:07 30.06.2025
30 İyun – Azərbaycan sevgisinin simvolik günüdür
00:01 30.06.2025
Çin yeni silah yaradıb
23:59 29.06.2025
Nəm salfetlər təhlükəlidirmi?
23:44 29.06.2025
Milli Məclisin vitse-spikeri Pyotr Tolstoya cavab verdi: "Həyasız, insanlığa sığmayan açıqlamadır"
23:26 29.06.2025
Pakistanda güclü yağışlar fəlakət gətirdi -43 nəfər həlak oldu
23:11 29.06.2025
“ABŞ heç nə edə bilmədi, Tramp hər şeyi şişirdir”
22:56 29.06.2025
Tünzalə Ağayeva "Yekaterenburq hadisələri"-nə reaksiya verdi
22:42 29.06.2025
Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumu keçiriləcək
22:40 29.06.2025
Ukraynan Ottava Konvensiyasından çıxır
22:25 29.06.2025
"Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb"
22:16 29.06.2025
SEPAH-ın Kəşfiyyat İdarəsinin İraqdakı ofisi yanır
22:10 29.06.2025
Tehran metrosunda "Mossad" agenti tutuldu
21:55 29.06.2025
Təbrizdə partlayış baş verdi
21:40 29.06.2025
Makron ölkəmizdə avtoritar sistemi təşviq edir
21:25 29.06.2025
"İrana qarşı sanksiyaları ləğv edə bilərəm"
21:11 29.06.2025
"Messini sevirəm" - Bred Pitt etiraf etdi
20:52 29.06.2025
Yayda dönər yemək təhlükəlidir?
20:37 29.06.2025
İranda icazəsiz dron uçuş qadağan edildi
20:22 29.06.2025
Yunan mətbuatı Miçotakisi tənqid atəşinə tutdu
20:10 29.06.2025
Hamısı