II Dünya müharibəsində Adolf Hitlerin son günlərini keçirdiyi bunkerin maketi quraşdırılıb. Berlin şəhərində açılan bunker nasistlərin bombardmandan sığınacaq ərazisində qurulub.
Hitler II Dünya müharibəsinin son günlərini Berlin şəhərindəki bunkerdə keçirmişdi.
Hitlerin yaşayış otağı və kabineti. Əşyalar həqiqi bunkerdə olan əşyaların dəqiq surətidir.
Diktatorun masası: Berlində şiddətli döyüşlər vaxtı fürer və onun yaxın müşavirləri bu bunkerdə qalıblar. Burda Hitler Eva Braunla evlənib.
Hesab olunur ki, bu Hitlerin çəkdirdiyi sonuncu fotoşəkildir. O, 1945-ci ilin 30 aprelində intihar edib.
Vaxtilə hökumət binası yaxınlığında yerləşən bunkerdə 30 otaq var.
Fotoşəkillər 1945-ci ildə baş verən hadisələri təsvir edir: Bunkerin içində rus əsgərlərini görmək olar.
Hitlerin intiharından sonra bunkerdəki amerikalı hərbçinin fotoşəkli.
1945-ci il. Sovet əsgərləri Hitlerin güman edilən qəbri yanında şəkil çəkdirirlər.
1959-cu ildə Şərqi Almaniya hökuməti bunkeri yığışdırdı. Onun bir vaxtlar burda olduğu barədə yalnız lövhə xatırladır.