ADA Universitetinin Tələbə Mərkəzində qanvermə aksiyası keçirilib.
Aksiyada universitetin 18-65 yaş arası müəllim, tələbə və heyət üzvləri iştirak ediblər. Qanvermə aksiyasının məqsədi talasemiya, leykemiya ve ölkədə digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım etməkdir. Bir nəfərin qanverməsinin üç həyat xilas edə biləcəyini nəzərə alan universitet icmasının üzvləri bununla kiməsə “həyat hədiyyə” etmək istəyirlər. Aksiyanı ADA tələbələri Milli Qan Bankı ilə birgə həyata keçiriblər.
Qeyd edək ki, bu kimi layihələri bütün fakültələr üzrə tələbələr aldıqları “Liderlik” kursu çərçivəsində tapşırıq kimi həyata keçirirlər. Ən yaxşı sosial layihələr ilin sonunda ADA Univesitetinin Hacı Zeynalabdin Tağıyev adına mükafatına layiq görülür.
Foto: Qurban Bəkirzadə