“Serj Sarkisyan divara dirəndiyini görüb, mənə dedi ki...” Elxan Şahinoğlu

Müsahibələr 11:10 17.11.2017

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri, analitik Elxan Şahinoğlu ilə müsahibəni təqdim edirik.

– Elxan bəy, siz politologiya fakültəsini bitirmisiniz?

– Xeyr. 1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində təhsil almışam.

– Maraqlıdır, bir riyaziyyatçının da politoloq olması mümkündürsə, bəs politologiya fakültəsi nəyə lazımdır?

– Uşaqlıqdan siyasi proseslərlə maraqlanırdım. Amma riyaziyyata da marağım böyük idi. Tələbəlik illərimdə isə Sovetlərdə yenidənqurma, Qarabağda separatçılıq prosesləri başladı, mitinqlər keçirildi. Mən özüm də bu mitinqlərə qoşuldum, hərəkatın fəal iştirakçısına çevrildim, fakültəmizdə divar qəzetinin redaktoru idim. Və elə alındı ki, universiteti bitirəndən sonra peşəmin ardınca getmədim. Uzun müddət jurnalistikada – “Millət”, “Azadlıq”, “Gün-səhər” qəzetlərində işlədim. 2005-ci ildə isə “Atlas Araşdırmalar Mərkəzi”ni təsis etdik. O zamandan bəri də fəaliyyət göstəririk. Əsas mövzumuz isə Azərbaycanın xarici siyasəti, Qarabağ məsələsidir.

Riyaziyyat elə bir fənndir ki, beyni daima işləməyə məcbur edir. Ona görə də riyazi biliklərim politoloji təhlillər və sistemli analizlərin aparılmasında hər zaman mənə kömək edir.

– Siz həm də Qərb Universitetində dərs deyirsiniz?

– Bəli... Sentyabr ayında Qərb Universitetində dərs deməyimlə bağlı təklif gəldi. Mən də razılaşdım. Çünki politoloq, jurnalist kimi illərlə fəaliyyət göstərmişəm, müəyyən də təcrübə toplamışam. Və bu təcrübəmi bölüşmək istəyirəm. İstəyirəm ki, burada bir məktəb də formalaşdırım. Bizdə politoloq çatışmazlığı var. Hamı bu məsələdən şikayət edir. Politoloqların bir hissəsi ölkəni tərk edib, sayımız daha da azalıb. Bizdə qadın politoloqlar isə yox dərəcəsindədir. Məsələn, mən gündə 15-20 jurnalist zənginə cavab verirəm, üstəgəl televiziyalarda müxtəlif siyasi proqramlara dəvət edirlər. Biz azıq, cəmiyyətdə hadisələrin analizini aparmaq yükü barmaqla sayılacaq qədər politoloqun üzərindədir. Ona görə də Qərb Universitetində Tətbiqi Politologiya Mərkəzini də yaratdıq. Məqsəd isə universitetin fəal tələbələrini politologiyaya həvəsləndirmək və gənc politoloqlar yetişdirməkdir. Düşünürəm ki, bu istiqamətdə nəsə edə bilərəm.

– Elxan bəy, Qarabağ məsələsi ilə bağlı neçə illərdir danışıqlar gedir. Amma hələ ki ciddi bir nəticə yoxdur...

– Elədir. Danışıqlardan nəticə çıxmır və hamı da yaxşı bilir ki, torpaqlarımızı ancaq savaşla geri qaytara bilərik. Mən bir neçə dəfə beynəlxalq təşkilatların xətti ilə Ermənistanda oldum. Serj Sarkisyan Ermənistanda daxili işlər naziri olanda ondan müsahibə də götürmüşdüm. Ona bu məsələ ilə bağlı konkret suallar verirdim. Axırda divara dirəndiyini görüb, mənə dedi ki, biz o torpaqları işğal etmişik, qan tökmüşük, gücünüz varsa, torpaqlarınızı geri qaytarın...

– Biz isə bəzən Rusiyaya, bəzən də Türkiyəyə ümid bəsləyirik...

– Ümumiyyətlə, tarixdə belə bir praktika yoxdur və ya azdır ki, işğal olunmuş torpaqlar sülh yolu ilə geri verilsin. Və elə bir fakt da yoxdur ki, başqa bir dövlət sənin torpağını savaşla alıb sülh yolu ilə geri qaytarsın. Geri qaytarmanın əvəzində şərtləri olur ki, onu da biz qəbul edə bilmərik. Ona görə də, yenə deyirəm, biz güc göstərməliyik və deyim ki, Aprel savaşlarında ermənilər bizim gücümüzü gördülər. Özləri haqqında “məğlubeldilməz” mifi yaratmışdılar. Həmin mifi biz dağıtdıq. Amma bu gücü daim görməlidirlər, daim itki verməlidirlər ki, bizi tanısınlar.

– Sizcə, müharibə eləmək asandırmı?

– Bu yaxınlarda müdafiə naziri Zakir Həsənovun bir müsahibəsini oxudum. Dedi ki, Rusiyanın müdafiə naziri zəng edib mənə müharibəni dayandırmaq lazım olduğunu bildirdi. Söhbət Aprel döyüşlərindən gedir. Mənim də Aprel döyüşlərindən gözləntilərim çox idi, düşünürdüm ki, daha çox ərazini işğaldan azad etməliyik. Ağdərəni və Sərsəng su anbarını azad etmək haqqında düşünürdüm. Ancaq elə mürəkkəb detallar var ki, o xəyallarımızdakı istəklərimizin reallığa çevrilməsinə mane oldu və indi də olur. Şeytan isə detallarda gizlənib. Bütün hallarda hərbi təzyiqi davam etdirməliyik. Bu zaman ermənilər danışıqlarda da geri addım atacaqlar. Lələ Təpəni qazandıq, düşmən xeyli itki verdi. Onlara bundan da artıq təzyiq etməliyik. Rusiya və Qərbdəki bəzi bəlli dairələr isə müharibə yolu ilə torpaqlarımızı geri qaytarmağa imkan vermək istəmirlər.

– Bəs nə etməli?

– Daim təzyiq etmək lazımdır.

– Sizin “Aprel savaşı” adlı bir kitabınız da çap olunub.

– Bəli...

– Sizcə, Aprel döyüşlərindən qazandığımız təkcə Lələ Təpə oldu?

– Xeyr. Bunu bayaq da dedim, biz həm də ermənilərin özləri haqqında son 20 ildə yaratdıqları mifi dağıtdıq. Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Qarabağ Azərbaycan dövlətinin və millətinin vahid ideyasıdır. Qarabağ bizi birləşdirən müqəddəs ideologiyadır. Ancaq bu problemin həllini gələcək nəsillərə ötürmək olmaz. 1992-93-cü illərdə doğulan uşaqlar indi əsgərliklərini başa vurublar. Bu nə qədər ağır bir şeydir, təsəvvür edirsiniz?

– Atası şəhid olanların balası da şəhid oldu...

– Nəvələrin də torpaqlar uğrunda şəhid olmasına imkan verməməliyik. Ona görə də bu məsələ barədə daha dərindən düşünməliyik. Məncə, işi çeçenlər kimi görmək lazımdır.

– Necə?

– Başlarını aşağı salıb ancaq hücuma keçdilər. Onlar Rusiya kimi bir dövlətlə iki dəfə savaşdılar. Birincidə qalib gəldilər, ikincidə məğlub oldular. Amma bu o demək deyil ki, onlar bir daha ayağa qalxmayacaqlar. Biz də nəticə nə olur olsun, Apreldə etdiyimiz kimi, ancaq irəli getməliyik, vuruşmalıyıq. Öz haqqı uğrunda vuruşan millətlə hesablaşırlar. Aprel savaşından sonra diplomatlarla söhbətlərdə hiss edirdim ki, onların Azərbaycana baxışı, münasibəti tamamilə dəyişib, bizim nəyə qadir olduğumuzu anladılar.

– Elxan bəy, professor İlham Rəhimli müsahibəsində sizin etibarlı mənbələrinizə şübhə ilə yanaşmışdı. Demişdi ki, iki prezidentin görüş zamanı nə danışacağı bu cavan oğlana necə ötürülə bilər?

– İlham Rəhimlinin müsahibəsini oxudum, məni tərifləyir, hətta bir çox siaysətçilərdən üstün də tutur. Buna görə ona minnətdaram. İki prezidentin nə danışdığını bilməyim isə çox sadədir. Prezidentlər nə danışacağı barədə ətraflarına bildirirlər. Onların ətrafındakı adamlar isə bəzən bu məlumatların sızdırılmasında maraqlı ola bilərlər. Mən demirəm ki, iki prezidentdən biri ilə hansısa əlaqəm var. Hətta prezidentlərin özləri tərəfindən də danışıqların təhlükəli həddə çatmasını görəndə məlumat sızdırıla bilər. Belə faktlar var. Xatırlayırsızsa, mərhum Heydər Əliyevin dönəmində də olmuşdu. O vaxt ATƏT-in bir neçə gizli planı vardı. Heydər Əliyevin göstərişi ilə həmin üç plan “Azərbaycan” qəzetində nəşr olundu. Hamımız hər şeyi bildik və sonra parlamentdə açıq müzakirələr keçirildi. Çünki prezident təhlükəni əvvəlcədən görür və məsələni ictimaiyyətə açır, soruşur ki, bu haqda nə düşünürsünüz? Camaat etiraz edir, Heydər Əliyev isə daha da güclənir və danışıqlarda Rusiya prezidentinə bildirir ki, cəmiyyət narazıdır. Bəzən informasiyanın sızdırılması və cəmiyyətin münasibəti dövlətin və dövlət başçısının da xeyrinədir.

– Qarabağətrafı beş rayonun qaytarılması tez-tez müzakirə olunur. Bəs beş rayonun qaytarılması Qarabağ probleminin həlli prosesində bizə nə vəd edir?

– Beş rayonu bizə verib Qarabağı əlimzidən ala bilərlər. Onlar deyirlər ki, beş rayon qaytarılsın və Dağlıq Qarabağda referendum keçirilsin.

– Referendumda isə ermənilər heç şübhəsiz ki, müstəqilliyiə səs verəcəklər...

– Tamamilə doğrudur. Bəziləri isə elə bilir ki, insanlarımız Qarabağa qayıtsa, biz say etibarilə daha çox olacağıq. Elə deyil. Ağdama, Füzuliyə qayıdanlar referendumda iştirak edə bilməyəcək. Bizdən Dağlıq Qarabağa, Şuşaya nə qədər insan qayıtsa da, ermənilər çoxluq təşkil edəcək. İstənilən referendumda isə onlar müstəqilliyə səs verəcəklər. Bununla bizi aldatmaq istəyirlər. Tutalım, beş rayon qaytarıldı. Bəs Kəlbəcər, Şuşa, Laçın? Bu üç strateji yerin taleyi necə olacaq?

– Bəs Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmasını nə üçün təhlükəli hesab edirsiniz? Bu təşkilat NATO-ya qarşı yaradılıb deyə?

– Bəli... Bu təşkilat elə NATO-ya da bənzəyir. Biz ora üzv olsaq, Qərblə düşmən olarıq. Bizim siyasətimiz isə balanslaşdırılmış siyasətdir. Əslində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı amorf bir təşkilatdır. Məsələn, Qazaxıstan da oranın üzvüdür, Qırğızısatan da. Amma hal-hazırda bir-birlərini qırırlar. Mən demirəm ki, biz o təşkilata üzv olsaq, fəaliyyət çərçivəmiz məhdudlaşacaq. Amma niyə olaq? Beş rayonunmu qarşılığında? Axı beş rayonu verib Qarabağı əlimizdən almaq və orada referendum keçirmək istəyirlər. Biz beş rayonla bərabər, Kəlbəcəri də, Şuşanı da, Laçını da – işğal altında olan bütün torpaqlarımızı geri istəyirik.

– Bəs sizcə, Qarabağ məsələsində Türkiyə Azərbaycan üçün güclü tərəfdaşdırmı?

– Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ərdoğan da hara getsə, deyir ki, Qarabağ məsələsi həll olunmayana qədər Ermənistanla sərhədləri açmayacam, diplomatik münasibətlər qurmayacam. Biz ildə 2-3 dəfə birgə hərbi təlimlər keçiririk, dili bir, dini bir qardaş dövlətik və s. Bu mənada Türkiyəyə inamımız böyükdür. Amma məsələ burasındadır ki, Türkiyənin Qarabağ məsələsinin həllində rolu böyük deyil. Məsələn, Ərdoğan bir neçə gün əvvəl Putinlə görüşdü. Görüşdən əvvəl deyirdi ki, mən gedib Putinlə Qarabağ məsələsini danışacam. Və bir maraqlı cümlə də dedi ki, bu məsələ Putinin əlindədir. Tamamilə haqlıdır. Putin istəsə, Qarabağı bir günə azad edər. Ermənistanın başına hər an bir qapaz vurula bilər. Çünki Ermənistan Rusiyanın quberniyasıdır. Vəssalam. Bununla da Qarabağ azad olunacaq. Amma məsələ burasındadır ki, Rusiya bunu istəmir.

Sonra isə Putinlə Ərdoğan mətbuat konfransına çıxdılar. Amma heç biri Qarabağ haqqında bir kəlmə söz demədi. Qapalı görüşləri dörd saat çəkdi. Ola bilər ki, qapalı gürüşdə Ərdoğan Qarabağı Putinin diqqətinə çatdırıb, amma Putin bu məsələyə əhəmiyyət verməyib və ya ictimailəşdirmək istəməyib.

– Rusiya Qarabağ məsələsini niyə həll eləmək istəmir? Onun marağı nədir?

– Qarabağ məsələsi həll olunsa, Ermənistanla Azərbaycanın, eləcə də Ermənistanla Türkiyənin münasibətləri normallaşacaq. Və Ermənistan bir gün sual verəcək ki, ərazimizdə bu rus bazaları bizim nəyimizə lazımdır? Rusiya ondan ehtiyat edir ki, Qarabağ məsələsi həll olunsa, onun həm Ermənistana, həm də Azərbaycana təsir imkanları azalacaq. Necə ki, Abxaziya və Osetiya Gürcüstana təsir etmək üçün Rusiyaya lazımdır, Donbas seperatçıları Ukraynaya təsir etmək üçün lazımdır və s. Ermənilərin əli ilə Qarabağı işğal altında saxlamaq isə Rusiyanın Cənubi Qafqazın iki dövlətinə təsir alətlərini əlində saxlamaq üçün vacibdir.

– Rəhmətlik Vəfa Quluzadə tez-tez deyirdi ki, Rusiya dağılır, Rusiya dağılır... Yadınızdadırmı?

– Yadımdadır. Rəhmətlik Vəfa müəllim deyirdi ki, Rusiya parçalanmalıdır ki, Qarabağ məsələsi həll olunsun. Mən isə elə düşünmürəm. Onda belə çıxır, biz yüz illər gözləməliyik? Oturub hansısa dövlətin dağılmasını, parçalanmasını gözləmək olmaz. Özümüz hərəkət etməliyik, kombinasiyalar qurmalıyıq. Hələlik istədiyimiz alınmır, düzdür, sülh danışıqları nəticə vermir, torpaqlarımızı geri qaytarmaq üçün uzunmüddətli müharibəyə imkan vermirlər. Amma oturub gözləmək də olmaz! Qarabağı Azərbaycan xalqının və dövlətinin iradəsi azad edəcək!!!

Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Vətən Müharibəsi Qəhrəmanı Türkiyədə hərbi attaşe TƏYİN EDİLDİ
16:50 17.05.2024
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO
16:35 17.05.2024
Cavanşir körpüsü bağlanır - Söküləcək
16:30 17.05.2024
Rayonlarda leysan olacaq - Xəbərdarlıq
16:20 17.05.2024
Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
Hamısı