Tanınmış yazıçımız Afrika qəbilələrinin içində yaşayacaq Qorxulu da olsa, getməliyəm - FOTOLAR

Müsahibələr 14:13 28.01.2018

Motivasiya psixologiyası üzrə çoxsaylı kitabların, həmçinin artıq bestsellərə çevrilmiş "Bu şəhərdə kimsə yoxdur" və "Relslər üzərində uzanmış adam" romanlarının müəllifi, statistikaya görə son illər Azərbaycanın ədəbi həyatında ilk dəfə olaraq əsərləri əcnəbilərinkindən daha çox oxunan tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlu bu dəfə Afrikaya gedib. Ədib səfərindən əvvəl Milli.Az-ın bəzi suallarını cavablandırıb:

-   Rövşən bəy, yolunuz Afrikanın harasınadır?

-  Səfərimiz yanvarın 26-dan başlayır. Hələ ki, planlaşdırdığımız 2 ölkədə olmaqdır. Əvvəlcə Həbəşistana, indiki Efiopiyaya gedəcəyik. Paytaxt Əddis-Əbəbədə bir neçə qapalı və açıq səma altında böyük muzey var. Efiopiyada qazıntılar zamanı tapılmış ən qədim maddi-mədəniyyət nümunələri, o cümlədən dünyada məşhur olan "Lüsi" adlı avstralopitek 3 milyon 200 min il bundan əvvəl yaşamış canlının qalıqları var. Ümumilikdə arxeoloji və paleontoloji dəyərinə görə çox məşhur olan və araşdırma aparılan məntəqələrdə olacağıq. Efiopiyada Ardaminç şəhərinə və oradan yaxınlıqda yerləşən məşhur Omo vadisinə gedəcəyik. Omo vadisində sivilizasiyadan kənar qəbilələr yaşayır. Orda elektrik, telefon, internet, televiziya, texnologiya və s. heç nə yoxdur. Həmin insanlar öz ibtidai yaşayış tərzini hələ də qoruyurlar. Hətta onların əlifbası da yoxdur və yerli suaxili dilində yox, özünəməxsus fərqli dildə danışırlar. Onların arasında ən məşhuru mursi qəbiləsidir. Onlar, əsasən, öz mübarizliyi, aqressivliyi, döyüşkənliyi və özlərinə xas adət-ənənələri ilə tanınırlar. Bundan əlavə, hamer qəbilələrinin içində də olmaq istəyirik.

Efiopiyadan sonra  Tanzaniyaya gedəcəyik. Orada paytaxt Dar-əs-Səlamda və Mikumi Milli Parkında - safaridə olmağı düşünürük.

Bundan başqa istəyirik bir neçə gün Zənzibar adalarında olaq. Orada məşhur Stoun-Taun tarixi məntəqə var. Afrikanın ən qədim müsəlman məscidlərindən bəziləri orada yerləşir.

- Afrikanı seçməkdə məqsədiniz nədir?

   - Hazırda Afrika qəbilələri barədə kitab üzərində işləyirəm. Həmin kitab üçün lazımi materialların toplanması məqsədilə az da olsa, həmin qəbilələrin arasında yaşamaq, onların adət-ənənələri ilə yaxından tanış olmaq, onları daha dərindən öyrənmək istəyirəm. Təbii ki, orda bələdçisiz keçinə bilmərik. Elə bir bələdçi tutmuşuq ki, ingilis dili ilə yanaşı yerli qəbilələrin də dilini bilsin, üstəgəl, onların arasında hörmət sahibi olsun. Yoxsa bizi yaxın buraxmazlar.
Bundan başqa, səfərimizin məqsədinin elmi tərəfi də var. İstəyirik muzeylərə gedək, eksponatlarla yaxından tanış olaq. Hətta istəyirik muzeylərin rəhbərləri ilə görüşək və lazım olan mövzularda müzakirələr aparaq, məlumatlar əldə edək.

   Məqsəd də odur ki, Afrika mühiti ilə daha yaxından tanış olaq, daha müfəssəl məlumatlar toplayaq və əldə etdiklərimizi elmi məqalələrdə və kitablarımızda istifadə edək.

- Afrika səfərinə çıxmaq ideyası hardan gəldi? Niyə məhz Afrika?

- İdeya əsasən, dediyim həmin o qəbilələr barədə kitabdan yarandı. Kitabda Afrika qəbilələri, xüsusən də piqmeylərdən danışılacaq. Piqmeylər Afrika qəbilələrinin arasında ən qısaboylularıdır. Uzun müddət, 19-cu əsrə qədər, hətta 20-ci əsrin əvvəllərinədək Afrikada digər insanlar piqmeyləri yeyirdilər. Hətta onlardan delikates kimi istifadə edirdilər. Avropalılar isə piqmeylərdi zooparklarda saxlayıb digər heyvanlarla yanaşı nümayiş etdirirdilər. Yəni piqmeylər uzun əsrlər boyu insan kimi qəbul edilməyib. Onları bir heyvan növü hesab edirdilər. Düzdür, piqmeylər, əsasən, Kamerun tərəfdə yaşayıblar. Bizim getdiyimiz şərqi və cənub-şərqi Afrikada isə ibtidailiyini qoruyub saxlamış qəbilələr yaşayır. Ərsəyə gətirmək istədiyim kitabda fəlsəfi bir məna olacaq. Kitabda piqmeylər insanlara sübut etməlidirlər ki, biz heyvan deyilik, insanıq. Piqmeylərin öz danışıq dili var, lakin onları heç kim - nə avropalılar, nə də digər yerli qəbilələr başa düşmür. Kitabın də məğzi ona köklənib ki, bir heyvanı insandan ayıran nədir? Çünki piqmeylərin dili fərqli, boyları çox qısa, bədəni tüklüdür, yəni zahirən meymunun bir növünə oxşayırlar. Biz müəyyən etmək istəyirik ki, insanı insan edən əsas amil nədir? Əgər zahirdirsə, piqmeylər meymuna, heyvana daha çox oxşayırlar. Bəs hansı faktor onları heyvanlardan ayırır? Məhz bunu ortaya çıxarmağa, oxucuya bu fəlsəfəni çatdırmağa çalışacağam. Afrikanı da bu məzmuna uyğun olduğu üçün seçmişəm.

   - Tək gedirsiz, yoxsa sizi müşaiyət edən kimsə var?
   - Xeyr, tək deyiləm. Elvin Musayev adlı bir dostumuz var. Səfər müddətində o məni müşaiyət edəcək. Elvinin dediyim mövzulara, fəlsəfəyə böyük həvəsi var və bu əsərin ərsəyə gəlməsində çox maraqlıdır. Ona görə də mənimlə gedir. Düzdür, əvvəl planım tək getmək idi. Lakin onun təklifimdən sonra elə oldu ki, səfərə ikilikdə çıxmağı qərara aldıq. 

   - Nə qədər müddət orda olacaqsız?

   - Səfərimizin ilkin olaraq hələlik təxminən 10 gün olacağını planlaşdırmışıq. Amma işlərin gedişindən asılı olaraq bu müddət uzana da bilər.

 - Dediyiniz kimi, Afrikada ibtidai tərzdə yaşayan, hətta heç kimə tabe olmayan, döyüşkən qəbilələrin arasına gedirsiz. Hamımız da bilirik ki, həmin regionda insan oğurluğu, quldurluq, qətllər adi haldır. Belə hallarla rastlaşa biləcəyinizdən, başınıza xoşagəlməz işlər gələcəyindən qorxmursuz?

   - Əslində, içimizdə elə bir qorxu hissimiz yoxdur. Hərçənd, Efiopiyada Omo vadisində yaşayan qəbilələrin, xüsusən də mursilərin yaşadığı yerə gedib çıxmaq çox çətindir, bəzən isə bələdçi ilə də bu mümkün olmur. Hətta elə yerlər var ki, məsləhət görürlər ki, bələdçidən başqa yanınızda ən azından 4-5 silahlı mühafizəçi də götürün. Çünki oradakı tayfalar ağdərili insanları özlərindən bilmir, onları düşmən kimi qəbul edirlər. Bu baxımdan təhlükə var. Amma kitabın daha dolğun alınnması, reallığa daha uyğun olması üçün bunu mütləq etməliyəm. Düzdür, müəyyən ehtiyat təhlükəsizlik tədbirləri də görmək üçün bələdçi ilə danışmışıq, həmin bölgəni bacardığımız qədər öncədən araşdırmışıq. Ancaq yenə də həyatımız üçün təhlükə var. Bu gözləniləndir. Deyilənə görə, mursilərə müasir sivilizasiyadan yalnız Kalaşnikov avtomatı qalıb. Uşaqdan böyüyə hamı əldə avtomatla gəzir. Həmin ərazilərə polis girmir, vergi vermirlər, heç kimi yaxına buraxmırlar. Ayrıca, tam avtonom şəkildə, özlərinə yaratdığı fərqli dünyada yaşayırlar. Onlarda belə bir qayda var ki, kim nə qədər adam qətlə yetirirsə, bu barədə bədəninə döymə edirlər. Gərək artıq uzaqdan baxıb bilək ki, buna yaxın durmaq olar, ya olmaz. (gülür - İ.İ) Düzdür, kitablarda, bəzi mənbələrdə onlar barəsində müxtəlif, çox vaxt da subtektiv şeylər yazılır, amma daha dolğun məlumatı yalnız gedib görəndən sonra almaq olar. Ona görə də qorxulu da olsa, kitabım üçün mütləq getməliyəm.


 

- Səfər təəssüratları əsasında yalnız bir kitab olacaq, yoxsa başqa şeylər də nəzərdə tutmusuz?

   - Mən hələlik getdiyim yerlərin insanları, mədəniyyəti barədə bir foto-məqalə, təkamül, yaradılış və ilk insanla bağlı bir elmi məqalə hazırlamağı, eləcə də "İlk insan" adlı təbiətşünaslıq və dini yanaşma əsasında elmi kitab yazmağı düşünürəm. Belə ki, təbiətşünas alimlərin bəziləri məhz Afrikanı bəşəriyyətin beşiyi hesab edirlər. Ona görə də Afrikanı seçməyimizin bir səbəbi də budur. Mən bundan əvvəl Avropanın bir sıra tanınmış muzeylərində olmuşam. Bu kitab isə oradakı və Afrikadakı araşdırmalara əsaslanacaq.

Afrika qəbilələrini öyrənməyim isə hazırda üzərində işlədiyim bədii romanla əlaqəlidir. Bu romanın qəhrəmanları həmin qəbilələrin üzvləri olacaq. Amma kitabda məqsəd Afrika qəbilələrinin mədəniyyətini tanıtmaq yox, bayaq dediyim kimi, nələrin insanı heyvandan ayırması, eləcə də insanların, ölkələrin bir-birinə yuxarıdan aşağı baxması ilə bağlı məsələləri qabartmaq, insanları düşünməyə yönəltməkdır. Məsələn, hazırda işıq üzü görmək ərəfəsində olan "Abaddon" romanı intellektual detektivdir. Burada məqsəd qətlin baş verməsini və cinayətkarın necə tapılmasını göstərmək yox, qətl və və cinayətlərin fəlsəfəsini, şəxsiyyətin deqradasiyası və inkişafı ilə bağlı məsələləri önə çıxaqmaqdır.

Ümumiyyətlə, fikir sonsuzluğu deyilən bir anlayış var. Ona görə romanı yüzlərlə adam oxuyub, oradan yüzlərlə fikir çıxara, fərqli nəticəyə gələ bilər. Yəni əsərdə bəzi məsələləri, yekun qərarı oxucunun intellektinin öhdəsinə buraxırsan. Mən də bu yolla oxucuların intellektinə xitab edirəm. Qəbilələrlə bağlı romanımda da fikir sonsuzluğuna dair məqamlar olacaq.

 - Ümumiyyətlə, daha hansı kitablar üzərində işləyirsiz?
   - "Abaddon"dan sonra 2 kitab olacaq. Birinin adı "Düz üstə yaşamaq, yoxsa ayaq üstə ölmək" olacaq. Daha sonra "Yetmiş" adlı romanı bitirmək istəyirəm. Bu roman Qarabağ müharibəsindən bəhs edir. Onu da bu il nəşr etdirmək istəyirik. Ondan sonrakı isə artıq Afrika qəbilələri ilə bağlı dediyim roman olacaq. Sadəcə indidən onun materiallarını yığıram. Sual oluna bilər ki, əgər kitab belə gec çıxacaqsa, niyə Afrikaya məhz indi gedirəm? Ona görə ki, mart ayından sonra səfər etdiyimiz bölgədə böyük yağış mövsümü başlayır və orada bir yerdən digərinə getmək, araşdırma aparmaq çətinləşir. Bundan əlavə, malyariya xəstəliyinə tutulmaq ehtimalı çoxalır. İndi isə orada quraqlıq və münasib şərait olduğundan yanvarın sonu, fervalın əvvəllərini seçdik. 

   - Sağ-salamat qayıdın. Ümidvaram, səfərdən sonra Afrika təəssüratlarını da bizimlər isti-isti bölüşəcəksiz...

- Çox sağl olun. Allahın izni ilə mütləq!

Məşhur ispaniyalı fotoqraf Beynəlxalq Avrasiya Mətbuat Fondundan danışdı - VİDEO

Xəbər xətti

Bu gün ADA Universitetində "İqlim-Su Zirvəsi" adlı beynəlxalq konfrans keçirilib
11:54 16.05.2024
“COP29 iqlim dəyişikliyilə mübarizədə beynəlxalq ictimaiyyəti səfərbər edən güc olacaq” - Könül Nurullayeva
11:44 16.05.2024
Qonşu ölkələrdə baş verən proseslər Azərbaycana necə təsir edəcək? – Umud Mirzəyev ŞƏRH EDİR
11:34 16.05.2024
Britaniyanın yeni viza tələbləri hər kəsi şoka saldı
Britaniyanın yeni viza tələbləri hər kəsi şoka saldı
11:30 16.05.2024
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
11:24 16.05.2024
Azərbaycanın su ehtiyyatları 15 faizədək azalıb - RƏSMİ
11:20 16.05.2024
Lukaşenkonun rəsmi qarşılanma mərasimi OLDU - FOTO
11:18 16.05.2024
Ruben Vardanyanla bağlı məhkəməyə müraciət edildi
11:15 16.05.2024
Tesla Çində ikinci fabrikini tikir!
Tesla Çində ikinci fabrikini tikir!
11:05 16.05.2024
Məşhur ispaniyalı fotoqraf Beynəlxalq Avrasiya Mətbuat Fondundan danışdı - VİDEO
11:00 16.05.2024
İcra Hakimiyyətinin vəzifəli şəxsi rüşvət alarkən YAXALANDI
10:55 16.05.2024
"Dayazlaşma problemi kənd təsərrüfatına mənfi təsir göstərir" - ADA Universitetinin prorektoru
"Dayazlaşma problemi kənd təsərrüfatına mənfi təsir göstərir" - ADA Universitetinin prorektoru
10:34 16.05.2024
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
10:30 16.05.2024
Türkiyədə tarixi portret görənləri heyrətə gətirir - VİDEO
10:18 16.05.2024
Rusiya-Çin görüşünün iqtisadi məqsədləri nədir?
Rusiya-Çin görüşünün iqtisadi məqsədləri nədir?
10:15 16.05.2024
Bu yolda sürət həddi ENDİRİLDİ
10:10 16.05.2024
Yaponiyadan ABŞ-a atom bombası reaksiyası
Yaponiyadan ABŞ-a atom bombası reaksiyası
10:05 16.05.2024
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
10:00 16.05.2024
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
09:56 16.05.2024
ABŞ Hindistan-a İranla əməkdaşlıq etdiyi üçün xəbərdarlıq edib
ABŞ Hindistan-a İranla əməkdaşlıq etdiyi üçün xəbərdarlıq edib
09:45 16.05.2024
DİN Yardımlıda əməliyyat keçirdi: Saxlanılanlar var
09:40 16.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
09:33 16.05.2024
Yaponiyada sirli virus rekord sürətlə yayılır
Yaponiyada sirli virus rekord sürətlə yayılır
09:25 16.05.2024
Hərbçimiz vəfat etdi
09:16 16.05.2024
Bakıda yanğına görə bağlanan yollar açıldı
09:12 16.05.2024
Bakıda mağazada baş verən yanğın tam söndürüldü
09:00 16.05.2024
Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
06:18 16.05.2024
SOCAR-la “Tatneft” arasında əməkdaşlığa dair yeni “Yol xəritəsi” imzalanıb
05:34 16.05.2024
Çin hələ də ABŞ-ın silahlara nəzarət təkliflərinə cavab verməyib
04:59 16.05.2024
Slovakiya parlamenti təhlükəsizlik tədbirlərini gücləndirib
03:49 16.05.2024
İsveçrədə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib
02:56 16.05.2024
Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib
01:00 16.05.2024
Azərbaycan Basketbol Liqası: Üçüncü yer uğrunda oyun keçirilib
00:10 16.05.2024
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
23:40 15.05.2024
Batumi Dövlət Universitetinin qarşısında "xarici agentlər haqqında" qanuna etiraz aksiyası bərpa olunub
23:24 15.05.2024
Səbinə Əliyeva “Rusiya-İslam dünyası: KazanForum” 2024 XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib
23:00 15.05.2024
ABŞ-də dövlət bayraqları yarıya endirilib
22:40 15.05.2024
Bayden: ABŞ Baş nazirə sui-qəsdlə bağlı Slovakiyaya yardım göstərməyə hazırdır
22:29 15.05.2024
ABŞ və Yaponiya hipersəs silahları “ələ keçirən” qurğu yaradacaq
22:12 15.05.2024
Azərbaycanın U-21 millisi daha bir yoxlama görüşü keçirəcək
21:57 15.05.2024
Hamısı