Rusiya Türkiyə ilə ittifaq istəyirmi? “Gec-tez bu ölkələr yenə toqquşacaqlar”

Müsahibələr 15:47 18.08.2018

Prezident Rəcəb Tayyip Ərdoğanın “New-York Times” qəzetinə yazdığı məqalədə çoxmənalı şəkildə “Türkiyə yeni dostlar və müttəfiqlər axtara bilər” deməsi, istər-istəməz ağıllara ilk növbədə Rusiyanı gətirir.

Əslində “pastor Brans ətrafındakı böhran” üzündən ortaya çıxmış bu mövzu heç də yeni deyil. 2016-cı il 15 iyul dövlət çevrlişinə cəhddən sonra, yəni iki ildir k, Türkiyənin Qərbdən imtina edərək öz istiqamətini dəyişib-dəyişməyəcəyi barəsində mübahisələr gedir. İlk baxışda Türkiyənin nəinki ABŞ ilə, həm də Avropa Birliyinin bəzi üzvləri ilə münasibətlərinin korlanması aydın nəzərə çarpır. Bunun əksinə isə Rusiya ilə hissediləcək yaxınlaşma baş verir.

- Rusiyanın Türkiyəyə baxışı

2015-ci il 24 noyabr “təyyarə böhranı” bitdikdən sonra Türkiyə-Rusiya münasibətlərində baş verən yaxşılaşma prosesində konkret tərəqqi var. Tərəflərin barışmasından sonra Tükiyə, Suriyada hərbi əməliyyatlar aparmaq və Rusiya, İran ilə birlikdə Astana prosesində iştrak etmək üçün diplomatik meydana qayıtdı.
Moskvanın böyük önəm verdiyi “Türk axını” və “Akkuyu” atom elektrik stansiyasının tikilməsi layihələrində ciddi addımlar atılıb. Digər tərəfdən isə 2019-cu ildə “S-400” raketlərinin Türkiyəyə çatdırılması istiqamətində razılıq əldə olunub. Bütün bunların hamısı iki ölkə arasındakı siyasi, enerji və hərbi sferada konkret əməkdaşlığın həyata keçirilməsini təsdiq edən mühüm əlamətlərdir.

Ərdoğanın “biz yeni dostlar və müttəfiqlər tapa bilərik” sözündən belə nəticə çıxarmaq olar ki, prezident, adını çəkməsə də, bu sözləriylə Rusiyanı nəzərdə tutur. Türkiyənin ABŞ-dan və Qərb ittifaqından aralana biləcəyi və Moskvaya müraciət edəcəyi haqqında məsələ artıq çoxdandır ki, diskusiya mövzusudur. Lakin Türkiyə və hətta Qərb ictimai fikrində bu diskusiya həmişə Türkiyə nöqteyi-nəzərindən aparılır, amma heç kim praktik olaraq digər tərəfin bu barədə nə düşündüyünü müzakirə etmir. Yəni Rusiya bu cür yaxınlaşmanı istəyirmi?

Belə olan halda sual aydındır: Rusiya Türkiyə ilə bir cəbhədə birləşirmi? Əgər bu suala birbaşa cavab vermək lazımdırsa, onda cavabı belədir: YOX! Bəs nəyə görə yox?

- Ənənəvi düşmən…

Bunu başa düşmək üçün ilk növbədə rusiyalı strateqlərin Türkiyə barəsində düşündükləri fikirlərə diqqət yetirək.

Soyuq müharibə zamanı cəbhələr dəqiq xətlə ayrılmışdı, Moskvanın gözündə Ankara NATO-nun mühafizə zastavası kimi görünürdü. Sovet İttifaqının dağılmasından sonra bu düşüncə dəyişmədi, hətta 1990-cı illər Rusiya öz tarixinin ən uğursuz dövrləindən birini yaşayanda, Türkiyənin Qafqaza və Orta Asiyaya olan ambisiyası iki ölkə arasındakı cidi gərginliyin mənbəyi olmuşdu.

Kremldəki ənənəvi “düşmən Türkiyə” anlayışı Türkiyə Böyük Millət Məclisinin 2003-cü ildə İraqa qarşı qətnaməni rədd etməsinə qədər davam etdi (Həmin qətnamə ABŞ ordusunun Türkiyədə yerləşməsinə icazə verirdi). TBMM-nin gözlənilmədən verdiyi “yox” qərarı ruslarda formalaşmış “Qərb nə istəyir, Türkiyə onu edir” fikrini dağıtdı və eyni zamanda da onların Tükiyəyə qarşı siyasətində mühüm dəyişikliyə gətirdi.

Bu taktiki dəyişikliyin məqsədi heç də Türkiyəni Qərb ittifaqından qoparmaq və onunla bir cəbhədə birləşmək yox, ”düşmən cərgəsindəki” fikir ayrılığından maksimal fayda götürürək, Qərbin regiondakı qalalarında deşik açmaq və beləliklə də Rusiyanı gücləndirməkdir.

- Onlar etiraz etmirlər

Haqlı olaraq növbəti sual yaranır: Nə üçün Rusiya Türkiyəni tamamilə öz tərəfinə çəkmək əvəzinə belə bir oyuna baş vurub?

Bunun bir neçə səbəbi var. Bunlardan başlıcası Rusiyanın hansı dünya nizamını görməsindən qaynaqlanır. Düzdür, Putin elə hərəkət edir ki, guya onun ölkəsi fövqəldövlətdir və elə görünür ki, o, ABŞ-a meydan oxuyur. Əslində isə Rusiya mövcud beynəlxalq nizam qaydasına xüsusi bir etiraz etmir. Strategiyanın bir qismi publika üçün nəzərdə tutulub: “Rusiya əzilən xalqların dostu kimi Amerika imperializminə qarşı çıxış edir”.

Ancaq Rusiya indiki dünya nizamına etiraz etmir, çünki son illər xarici siyasətdə əldə olunan uğurlara baxmayaraq, Rusiyanın bu gün ABŞ-ın öhdəsindən gələ biləcək və yeni yaranacaq dünya nizamının altına çiynini verə biləcək gücü yoxdur. Belə bir şəraitdə regionda tamamilə yeni nizamın yaranmasından və baş verə biləcək xaosa qonşu olmaqdansa, Türkiyə-Qərb gərginliyindən fayda götürmək Rusiyanın maraqlarına daha çox cavab verir.

- Rusiya Türkiyəni necə görmək istəyir?

Daha bir mühüm səbəb: Bütün tarixi boyu regional liderlik uğrunda Türkiyə ilə mübarizə aparan ruslar onları “özününkü” saymayıb, həmişə “yad” kimi qəbul ediblər.

Rusiya Türkiyə ilə hədsiz dərəcədə yaxınlaşmaq istəmir. Ortaq bir tarix, din, dil və mədəni dəyərləri bölüşmədiyi Türkiyə ilə daha çox yaxınlaşmaq, daha doğrusu isə evinin qapısını açmaq istəmir. Rusiyaya nə “qarşı cəbhədə” yer alan, nə də ki, ona hədsiz yaxın olan Türkiyə lazımdır. Rusiya istəyir ki, Türkiyə onun nəzarət edə biləcəyi məsafədə yer tutsun. Bu taktikanın köməyi ilə ruslar eyni zamanda Türkiyə vasitəsilə Qara dənizdə ABŞ-ın mövqeyini zəiflətməyi düşünürlər.

Türkiyəni “kifayət qədər yaxın məsafədə saxlamaq və ona nəzarət etmək” Rusiya üçün mühümdür, çünki onlar hesab edirlər ki, Türkiyə ilə əməkdaşlıq müvəqqəti xarakter daşıyır və ölkələr gec və ya tez regional liderlik uğrunda mübarizədə toqquşacaqlar. Elə bu səbəbdən də Rusiya Ankaranı özünə yaxın məsafədə saxlamaqla onun ambisiyalarını cilovlamağa çalışır.

Bir sözlə, Rusiya özünün Qafqaz, Yaxın Şərq və Orta Asiya ilə bağlı planlarına qarşı şübhə ilə yanaşan bir ölkə ilə eyni cür hərəkət etməkdənsə, NATO üzvü olan, lakin onunla problemlər yaşayan Türkiyəni məqsədləri naminə təcrid edir.

(“Cumhuriyet” qəzeti – Türkiyə)

 
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
XV Petersberq İqlim Dialoqunun ikinci günü BAŞLAYIB - VİDEO
10:52 26.04.2024
Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu APARILACAQ
10:43 26.04.2024
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
Husilərdən təhdid:“Əməliyyatlar Hind okeanına qədər genişlənəcək”
10:37 26.04.2024
Əgər Rusiya bu ərazini işğal etsə...
Əgər Rusiya bu ərazini işğal etsə...
10:30 26.04.2024
DİN-dən qəzalara səbəb olan piyadalarla bağlı MÜRACİƏT – VİDEO
10:23 26.04.2024
ABŞ-la Çin arasında Ay uğrunda RƏQABƏT - ANALİTİKA
10:20 26.04.2024
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır
10:19 26.04.2024
Xocavənddə partlayıcı vasitələr aşkarlandı
10:14 26.04.2024
ABŞ-dan Ukraynaya böyük dəstək
ABŞ-dan Ukraynaya böyük dəstək
10:06 26.04.2024
Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Hamısı