"Küveyt BMT-nin bu münaqişə ilə bağlı bütün qərarlarını dəstəkləyir" Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi

Müsahibələr 17:20 30.11.2018

 Eurasia Diary  saytı əməkdaşının Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə müsahibəsi.

Həmin müsahibəni təqdim edirik:  

Cənab səfir! Azərbaycanla Küveyt arasındakı əlaqələrin indiki vəziyyətini  və prespektivlərini necə qiymətləndirirsiniz?

Küveyt Dövlətini Azərbaycanla uzun illərdən bəri yaxın və çox yaxşı əlaqələr bağlayır.  Bu əlaqələrin din və adət-ənənə baxımından qədim tarixi var, ənənələrimiz eynidir. Mərhum əmir Şeyx Cabir əl-Əhmədlə mərhum prezident Heydər Əliyev arasında çox yaxın və yaxşı münasibətlər var idi. Bu əlaqələr, təbii ki, bu gün də davam edir. Biz hər zaman bu əlaqələrin daha da möhkəmlənməsinə və  yaxşılaşmasına  çalışırıq. Keçən illər ərzində Küveyt, Ermənistanla müharibə nəticəsində qaçqın düşmüş Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmuş  humanitar yardımla dolu 4 təyyarə göndərmişdir. 

Burda işlədiyiniz müddət ərzində Azərbaycanda baş verən müsbət dəyişiklər və inkişaf barədə fikrinizi bilmək istərdik?

Mən Azərbaycanda işləməyə başlayanda da əlaqələrimiz çox yaxşı idi. Biz ildən-ilə bu əlaqələrin daha da inkişaf  etdirilməsini istəyirik. Xüsusilə, 2009-cu ilin fevralında  Prezident İlham Əliyevin Küveytə  rəsmi səfəri böyük uğurlarla nəticələndi. İndiyə qədər Azərbaycanla çox saylı sazişlərə imza atmışıq. Azərbaycanla Küveyt arasında rəsmi səviyyədə əlaqələrdə Hökumətlərarası Birgə Komissiyanın rolu böyükdür. Bu yaxaınlarda hər iki ölkənin Xarici İşlər Nazirlərinin rəhbərliyi ilə Küveytdə Birgə Komissiyanın iclasları keçiriləcəkdir. Küveyt, demək olar ki,  hava yolu baxımından Azərbaycana ən yaxın ölkələrdən biridir. Təyyarə ilə səfər 1 saat 50 dəqiqə davam edir. Bu isı  Azərbaycana turist  axınının çoxalmasına səbəb olub. Belə ki, Küveytdən Azərbaycana  həftədə 7 reys həyata keçirilir.

Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsində Küveytin mövqeyi necədir?

Küveyt Dövlətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində mövqeyi aydın və sabitdir: Küveyt BMT-nin bu münaqişə ilə bağlı bütün qərarlarını dəstəkləyir. Təbii ki, biz həmişə münaqişələrin sülh və danışıqlar yolu ilə həllinə çağırmış, siyasi həllə üstünlük verib müharibədən çəkinməyi tövsiyyə etmişik.

Küveyt iş adamları Azərbaycanda investesiya qoyuluşuna maraq göstərirlərmi?  Hansı sahələr onlar üçün daha cəlb edicidir?

Bu il ərzində bir çox bölgələrə, o cümlədən Sumqayıta, Naxçıvana və Qubaya səfər etmişəm.  Sumqayıtda  səfərdə olduğum zaman  bir çox müəssisələrlə tanış olduq.  Səfər zamanı olduğum aluminum , elektrik kabelləri və boru istehsalı müəssisələri şəxsən mənim çox xoşuma gəldi.  Təbii ki, bu müəssisələr Küveyt iş adamlarında maraq doğurur. Səfərim barədə hesabat hazırlayıb Küveyt Sənaye və Ticarət  Palatasına təqdim etmişəm, hesabata bu müəssisələrin kataloqlarını da əlavə etdim ki, iş adamları onlarla tanış olsunlar.

Müsahibə üçün sağ olun, cənab səfir! Oxucularımıza hansı arzularınızı bildirmək istərdiniz?

Mən şəxsən arzu edirəm ki, hər iki ölkə arasında turizm əlaqələri möhkəmlənsin.  İstərdim ki, Azərbaycan vətəndaşları Küveytə gəlsinlər, Küveyt xalqının mədəniyyəti ilə tanış olsunlar. Bildiyiniz kimi, Küveyt demokratik bir ölkədir və ölkə sakinləri ilə bura gələn bütün millətlərin nümayəndələri bərabər hüquludurlar. Nəzərə alsaq ki, Küveytlə Azərbaycan arasındakı məsafə bir çox ölkələrdən daha yaxındır. O zaman bu imkanlardan səmərəli şəkildə istifadə etmək olar.

Müsahibəni hazırladılar Zakir Qasımov və Haşım Məmmədov.

Ərəb dilində tərcümə etdi Zakir Qasımov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Hamısı