"İrəliləyişimiz sistemli inkişafın nəticəsidir"

Müsahibələr 16:44 20.06.2025

Məlum olduğu kimi, ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib.  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin suallarını cavablandırıb.

- Rüfət müəllim, bu il Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) QS dünya reytinqində mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Bu nailiyyəti necə qiymətləndirirsiniz?

- ADNSU-nun “QS World University Rankings 2026” reytinqində dünyanın ən yaxşı 851–900 universiteti sırasında yer alması bizim üçün sadəcə statistik bir nəticə deyil. Bu, universitetin son illərdə ardıcıl şəkildə həyata keçirdiyi sistemli transformasiyanın təsdiqidir. Ötən ilki mövqelərlə müqayisədə (1001–1200) irəliləyiş struktur islahatları, tədris keyfiyyətinin yüksəldilməsi və beynəlmiləlləşmə istiqamətində görülən işlərin göstəricisidir.

- Bu nəticəyə hansı əsas göstəricilər  təsir edib?

- Bu il ən yüksək nəticəni tələbələrə göstərilən akademik dəstək göstəricisi üzrə əldə etmişik – 73,3 bal. Xarici müəllimlərin payı üzrə 46,8 bal, məzunların məşğulluğu üzrə isə 45,0 bal toplamışıq. Bu rəqəmlər onu göstərir ki, ADNSU yüksək tədris keyfiyyəti ilə beynəlxalq əmək bazarına rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması prinsiplərini uğurla özündə birləşdirir. Beynəlxalq proqramlar və fakültələrin inkişafı da bu uğurun əsas komponentlərindəndir.

- Bu nailiyyətlərin ölkənin ali təhsil sistemi üçün əhəmiyyəti nədən ibarətdir?

- Bu gün QS reytinqində Azərbaycanın 9 universiteti təmsil olunur. Bu rəqəm əvvəlki illərlə müqayisədə üç dəfə çoxdur. Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan dünya üzrə ikinci yerdədir (6 ali məktəb) və bu göstərici üzrə yalnız Hindistandan geri qalır (8 ali məktəb). Həmçinin Azərbaycan builki reytinqdə Qafqaz regionunun digər ölkələrinin birlikdə təqdim etdiyi universitetlərdən üç dəfə artıq ali məktəb ilə təmsil olunur.

ADNSU ölkə üzrə ilk üçlükdə yer alır və bu, təkcə universitetimizin nüfuzunun artmasını deyil, həm də Azərbaycanın qlobal təhsil məkanında mövqeyinin möhkəmləndiyini göstərir. Universitetlərimiz getdikcə daha tanınan, rəqabətədavamlı və beynəlxalq akademik platformalarda ölkəni layiqincə təmsil etməyə qadir bir səviyyəyə qalxırlar. 

- ADNSU-nun yaxın illər üçün əsas strateji hədəfləri nələrdir?

- Əsas məqsədimiz universiteti tamhüquqlu tədqiqat mərkəzinə çevirməkdir. Bu il artıq müasir laboratoriyalar – “Energynet.Lab”, “Cybersecurity Lab”, riyaziyyat tədqiqatları mərkəzi və digər elmi bölmələr yaradılıb və fəaliyyət göstərir. Kimya mühəndisliyi, elektroenergetika, süni intellekt, bərpaolunan enerji və rəqəmsallaşma əsas prioritet sahələr kimi müəyyən edilib. Həmçinin, diferensial ödəniş sisteminə əsaslanan tədqiqatçı heyətin işə qəbulu elan olunub. Universitetdə eyni zamanda elmi araşdırmaları stimullaşdırmaq üçün dəstəkləyici mexanizm mövcuddur – bu sistemdən yararlanan 270 professor-müəllim heyətinin əməkhaqqına diferensial əlavələr edilir. Gələcəkdə doktorant və magistrant sayını da artırmağı nəzərdə tuturuq. 

- Bu hədəflərin reallaşdırılmasında beynəlxalq əməkdaşlıqlar nə dərəcədə rol oynayır?

- Beynəlxalq tərəfdaşlıq inkişaf strategiyamızın əsas alətlərindən biridir. ADNSU-nun Böyük Britaniyanın Uorvik Universiteti və Fransanın Strasburq Universiteti ilə ikili diplom proqramları mövcuddur və bu proqramlarda hazırda 800-ə yaxın tələbə təhsil alır.

Bundan əlavə, ADNSU Koç Universiteti (Türkiyə), Lissabon NOVA Universiteti (Portuqaliya), Miskolç Universiteti (Macarıstan), Satbayev Universiteti (Qazaxıstan) və digər nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb. Bu əməkdaşlıqlar yalnız akademik mübadilə ilə məhdudlaşmır – həm də ortaq tədqiqat layihələri, ikili diplom proqramları və beynəlxalq təhsil forumlarında iştirak kimi istiqamətləri əhatə edir.

Son 3 ay ərzində Qazaxıstan və Özbəkistandan 200-ə yaxın magistrant ADNSU-da elmi təcrübə keçib. Eyni zamanda universitet tədris proqramlarının keyfiyyətini artırmaq üçün intensiv işləyir: hazırda mövcud olan 30 proqramdan 18-i FIBAA və ASIIN kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən akkreditasiyadan keçib. Bu da bizim təhsil fəaliyyətimizin beynəlxalq standartlara tam uyğun olduğunu göstərir.

- Universitetin beynəlxalq səviyyədə tanınmasını sübut edən başqa göstəricilər varmı?

- Bəli. ADNSU bu yaxınlarda “QS Stars” beynəlxalq auditindən keçərək mümkün olan maksimum qiymət – 5 ulduz alıb. Audit 9 meyar üzrə aparılıb və biz 7 sahə – tədris, akademik inkişaf, beynəlxalq əlaqələr, infrastruktur, məşğulluq, idarəetmə və ekoloji dayanıqlılıq üzrə ən yüksək nəticələri göstərmişik. Bu, universitetimizin fəaliyyətinin beynəlxalq standartlara uyğun həyata keçirildiyinin bariz göstəricisidir.

- Sonda bir əlavəniz varmı?

- Bütün bu uğurlar ADNSU kollektivinin səmərəli fəaliyyəti, tələbələrin fəal iştirakı və beynəlxalq tərəfdaşlarımızın dəstəyi sayəsində mümkün olub. Ancaq biz reytinq göstəricilərini məqsəd deyil, vasitə hesab edirik. Əsas hədəfimiz bu reytinqlərin əsaslandığı dəyərləri – keyfiyyət, şəffaflıq, dayanıqlılıq və açıqlığı universitetin gündəlik həyatının bir parçasına çevirməkdir.

Qeyd etməliyəm ki, vaxtilə qlobal arenada “Azİİ” brendi ilə tanınan universitetimiz bu gün də həmin uğurlu tarixini davam etdirməyi, elmi-texniki potensialın inkişafını və universiteti yalnız reytinqlərə uyğunlaşan deyil, həm də bu reytinqlərin formalaşmasına təsir edən intellektual bazaya çevirməyi qarşıya məqsəd qoyub.

QS reytinqində qazandığımız uğur isə yalnız universitetimizin daxili transformasiyasının nəticəsi deyil. Bu, eyni zamanda ölkə başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu təhsil siyasətinin göstəricisidir. Həmçinin, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ADNSU-nun beynəlxalq platformalarda mövqelərinin möhkəmləndirilməsində mühüm rol oynayır.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Tokayev Xankəndi Zirvəsinə niyə gəlmədi?
19:29 07.07.2025
Ötən il 200-dən çox şəxs vərəmdən ölüb
19:03 07.07.2025
"Nüvə proqramı üzrə danışıqlar aparmağa hazırıq"
18:36 07.07.2025
Makron daxili problemləri yeni seçki ilə həll etmək istəyir
18:23 07.07.2025
"Rusiya azı 2027-ci ilə qədər hücum qabiliyyətini qorumağa qadirdir"
18:08 07.07.2025
Şimali Makedoniyadan dəvə idxalına məhdudiyyət qoyulub
17:53 07.07.2025
Fransada kütləvi arı hücumu baş verib - 24 nəfər yaralanıb
17:38 07.07.2025
Növbəti ildə Qarabağ Universitetində açılacaq fakültələr məlum oldu
17:23 07.07.2025
Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?
17:14 07.07.2025
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
17:09 07.07.2025
İşdən çıxarılan Rusiyanın nəqliyyat naziri intihar edib
17:06 07.07.2025
Vərəsəliklə bağlı yeni qaydalar təsdiqləndi
16:44 07.07.2025
Ən şanslı gündə doğulan bürclər açıqlandı
16:29 07.07.2025
Pezeşkian İsrailin ona qarşı sui-qəsd cəhdi etdiyini deyib
16:19 07.07.2025
Rutte Məcburi Hərbi xidmət haqqında danışdı
16:14 07.07.2025
2025-ci il ərzində dərman zəhərlənmələrindən 7 nəfər ölüb
15:59 07.07.2025
Qala Dövlət Qoruğunda genişmiqyaslı iməcilik keçirilib
15:44 07.07.2025
"Qarabağ" Juninyonu geri alır?
15:29 07.07.2025
"Saakaşvili əfv olunmayacaq"
15:14 07.07.2025
Azərbaycanla bağlı məşhur trendə Puyol da qoşuldu
14:59 07.07.2025
Şəxsi məlumatlarımızı necə qoruyaq?
14:44 07.07.2025
“Rusiya və Azərbaycan müttəfiq qalmalıdır”
14:29 07.07.2025
Polşa ordusu Almaniya ilə sərhəddə xüsusi əməliyyat keçirir
14:14 07.07.2025
SAXAL Suriyada İranla əlaqəli olduğu iddia edilən yaraqlıları ələ keçirib
13:59 07.07.2025
Heyvanlardan insanlara keçə bilən təhlükəli xəstəliklər -Mütəxəssislər xəbərdarlıq edir
13:44 07.07.2025
DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi
13:29 07.07.2025
Dünyanın ən yaşlı quru heyvanı tapıldı
13:14 07.07.2025
"II Qaregin arxiyepiskopların hərbi çevriliş planlarını dəstəkləyir"
12:59 07.07.2025
Çin “Rafale”yə qarşı propoqanda aparır
12:34 07.07.2025
3 500 illik qədim şəhər aşkarlandı
12:29 07.07.2025
Rusiyada 8 azərbaycanlı saxlanılıb
12:14 07.07.2025
Ukraynanın Almaniyadan istədiyi silahların siyahısı yayımlandı
11:59 07.07.2025
Ukrayna dronları Rusiya səmasını işğal etdi
11:38 07.07.2025
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11:23 07.07.2025
Hamısı