"Bu Rəsulzadəyə hörmətsizlikdir" Rəsulzadənin nəvəsilə MÜSAHİBƏ

"Bu Rəsulzadəyə hörmətsizlikdir" <span class="text-danger">Rəsulzadənin nəvəsilə MÜSAHİBƏ</span>

Bu gün mart ayının 6-da ulu öndər, AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin vəfatının 64-cü ildönümüdür. Böyük şəxsiyyətin vəfatından öncəki son anları və adının əbədiləşdirilməsiylə bağlı məsələləri nəvəsi Rəis Rəsulzadə Eurasia Diary-ə verdiyi müsahibədə dəyərləndirdi.

rais rəsulzadə ile ilgili görsel sonucu

"Ardınca üç dəfə Azərbaycan dedikdən sonra əbədi olaraq gözlərini yumdu"

Məhəmməd Əmin bəyin vəfatından öncəki son anlarda yanında kimlər olub və sizdə bu barədə hansı məlumatlar var?

Rəsulzadənin son anlarında onun ən vəfalı dostları yanında olub. Hansı ki, onlar Məhəmməd Əmin bəylə birgə Milli Kültür Dərnəyini yaratmışdılar və uzun illər vətəndən ayrı azərbaycanın iqtiqlalı naminə birgə çalışırdılar. Onlardan biri də Məhəmməd Kəngərli olub. Kəngərlinin sözlərinə görə Rəsulzadə ömrünün son dövrlərində şəkər xəstəliyindən əziyyət çəkirmiş. Əslində ölümü də gözlənilməz olub. Şəkəri yüksələn Məhəmməd Əmin bəy komaya düşüb və günlərlə komada qalıb. Kəngərli sonradan xatirələrində yazır ki, “Rəsulzadə komada olarkən, ölümünə dəqiqələr qalmış onun üzündə müəyyən dəyişikliklər yarandı, üzü ağappaq oldu. Elə hesab edirdik ki, o ayılır, özünə gəlir. Ardınca üç dəfə Azərbaycan dedikdən sonra əbədi olaraq gözlərini yumdu.

məhəmməd kəngərli ile ilgili görsel sonucu

 

"Onun ən böyük qayəsi Azərbaycanın azadlığı və istiqlalı idi"

Rəsulzadə bu gün sağ olsaydı sizcə, özünü tam olaraq məqsədlərinə çatmış kimi hiss edərdimi?

Əlbəttə ki, o sağlığında da bir çox məqsədlərinə çatmışdı. Onun ən böyük qayəsi Azərbaycanın azadlığı və istiqlalı idi. O məhz bunu reallaşdırdı, Azərbaycan adlı dövləti formalaşdırdı. Stalin Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Məhəmməd Əmin Rəsulzadədən soruşur ki, “Siz bu qədər çalışdınız, vuruşdunuz, bəs nəyə nail oldunuz? Rəsulzadə belə cavab verir: “Hər halda xalqımıza azadlığı daddıra bildik. Biz müstəqil olduq və xalqımız heç vaxt bunu unutmayacaq”. Rəsulzadə bütün ömrünü dövlətinə və millətinə həsr etdi. Bu gün də sağ olsaydı ömrünün, zəhmətinin hədər getmədiyini, sayəsində Azərbaycanın azad və müstəqil olduğunu görəcəkdi. Bu gün Azərbaycan dövləti hələ də Rəsulzadə prinsipləri əsasında fəaliyyət göstərir. Azərbaycan konstitusiyasının bir çox maddələri Rəsulzadənin nəzəriyyəsi əsasında tərtib edilib. Ən əsası isə, Rəsulzadə bu dövlətin qurucusudur. Bir liderə müstəqil dövlət yaratmaqdan daha böyük hansı uğur nəsib ola bilər ki?

 

"72 illik Sovet əsarəti belə bu xalqa Rəsulzadənin adını unutdura bilmədi"

Bu gün Məhəmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi üçün görülən  işləri necə dəyərləndirirsiniz?

Əvvəla, onu deyim ki, 72 illik Sovet əsarəti belə bu xalqa Rəsulzadənin adını unutdura bilmədi. O dövrdə yaşayanlar bilir ki, durmadan tarix dəsrlərində Şaumyanın, Stalinin, Leninin, Kirovun və digərlərinin adları “böyük liderlər” kimi xalqa çatdırılırdı. Sanki heç Cumhuriyyət dövrü yaşanmamış, sanki Rəsulzadə, Xoyski kimi şəxsiyyətlər dünyaya göz açmamış kimi onların adlarını tarixdən silməyə çalışırdılar. Ancaq buna nail ola bilmədilər. Ona görə də başda Məhəmməd Əmin bəy olmaqla bütün AXC qurucularının adları xalq üçün onsuz da əbədidir.

Ancaq bununla belə Heydər Əliyevin onu dəfələrlə Azərbaycan dövlətinin banisi olaraq göstərməri, anım tədbirlərinin keçirilməsi, İlham Əliyevin Rəsulzadənin 130-cu ildönümüylə bağlı fərman qəbul etməsi Rəsulzadənin adının əbədiləşdirilməsi üçün görülən uğurlu işlərdir. Həmçinin, Cumhuriyyətin 100-cü ildönümüylə bağlı nəşr edilən kitablar və dərgilərdə Rəsulzadə haqqında yeni və ətraflı məlumatların yer alması, Nəsiman Yaqublu və Şirməmməd Hüseynov kimi tarixçilərin onun fəaliyyəti haqqında geniş həcmli kitablar nəşr etməsini çox müsbət qiymətləndirirəm.

 

"Xahiş edərdim ki, ya o büstü qoysunlar, ya da o lövhəni yığışdırsınlar"

Lakin məni bu soyadın daşıyıcısı olaraq narahat edən bəzi savadsız və dar düşüncəli insanların bilib-bilmədən onu “tənqid etməsi”, Rəsulzadə haqqında ətraflı məlumatı olmadan onun haqqında fikirlər səsləndirmələridir. Düşünürəm ki, dövlətimiz bu cür tarixi şəxsiyyətlərin adlarının toxunulmazlığını təmin etməlidir. Mənim dövlətimizdən bir xahişim də Bakı Dövlət Universitetilə bağlıdır. BDU-da bildiyiniz kimi bir neçə il əvvəl bir yazılı lövhə qoyulub və üzərində “Burada Məhəmməd Əmin Rəsulzadəyə büst qoyulacaq” yazılıb. Ancaq illərdir nə büst qoyulur nə də lövhə götürülür. Düşünürəm ki, bu Rəsulzadəyə hörmətsizlikdir. Xahiş edərdim ki, ya o büstü qoysunlar, ya da o lövhəni yığışdırsınlar. 

BDU-da Rəsulzadənin büstü ile ilgili görsel sonucu

 

"Bu Rəsulzadəyə haqsızlıq olar"

Prezidentin mədəniyyət və incəsənət xadimlərilə görüşü zamanı bəzi incəsənət xadimləri H.Z. Tağıyev, C. Məmmədquluzadə və digər tarixi şəxsiyyətlərin Bakıda heykəllərinin ucaldılmasını prezidentdən xahiş etdilər. Bu fonda Məhəmməd Əmin Rəsulzadəyə şəhərin mərkəzində bir heykəlin ucaldılmasını istərdinizmi?

Belə düşünürəm ki, bunu Azərbaycanda istəməyən yoxdur. Bu arada prezidentlə mədəniyyət xadimlərinin görüşü çox maraqlı və uğurlu görüş idi. Şəxsiyyətinə və sənətinə çox hörmət etdiyim bir çox insanlar orada idi. Təbii ki, Tağıyev və digər şəxsiyyətlər çox böyük işlər görüb. Ancaq mən təəssüf edirəm ki, orada bir incənət xadimi dövlətimizin qurucusunun heykəlinin ucaldılmasını təklif etmədi. Tağıyevin heykəli ilə bağlı təklifi də müsbət qiymətləndirirəm. Ancaq Kukla teatrı ilə üzbəüz Tağıyevə heykəl ucaltmaq ideyası Rəsulzadəyə edilmiş hörmətsizlikdir.  Çünki orada illər əvvəl Rəsulzadəyə heykəl qoyulacaqdı. Belə bir fikir var idi, hətta heykəl də hazırlanırdı. Sonradan bu fikirdən daşınıldı.  Ora Rəsulzadə küçəsidir. Düşünürəm ki, məhz orada Rəsulzadənin heykəli ucaldılmalıdır. Əks halda bu Rəzuldayədə haqsızlıq olar.

 

"Düşünürəm ki, bu tale məsələsidir"

Rəsulzadənin vəfatının hər ildönümündə müxtəlif dairələrdən məzarının Ankaradan Bakıya gətirilməsi məsələsi gündəmə gəlir. Bu məsələyə münasibətiniz necədir?

Düşünürəm ki, bu tale məsələsidir. Onun qəbri Ankaradadır, Topçubaşovun məzarı Parisdədir, Xoyskinin Tiflisdə. Onlar Azərbaycandan kənarda vəfat ediblər və Sovet dövründə onların nəinki məzarının gətirilməsi, heç adının çəkilməsinə imkan verilməyib. İndi 64 il sonra babamın məzarının Bakıya gətirilməsi bilmirəm necə mümkün olar. Bunun Türkiyə tərəfi də var, hüquqi və diplomatik prosedurlar mövcuddur. Təbii ki, bir də dini tərəfi var. Ancaq belə bir niyyət, istək olsa şübhəsiz, heç kim, o cümlədən də mən bunu mənfi qarşılamaram.

məmməd əmin rəsulzadənin məzarı ile ilgili görsel sonucu

 

Nicat İsmayılov

Xəbər xətti

Ankarada NATO Zirvəsi öncəsi nəqliyyat məhdudiyyətləri tətbiq edilib
06:04
Burkina Faso Fransa ilə diplomatik əlaqələri kəsib
05:31
Moskva xəstəxanasının soyuducusunda beş insan başı aşkarlanıb
04:58
Hörmüz boğazından 115 gəmi təxliyə edilib
04:09
Şanxayda 7 600 tonluq tarixi məktəb binası robot ayaqlarla köçürülüb
03:30
DÇ-2026: İ qrupunda mübarizə başa çatdı
03:03
Azərbaycanın namizədi CEDAW Komitəsinə yenidən seçilib
02:27
Paşinyan İran prezidentinin müşavirini qəbul edib
02:03
Marko Rubio İsrail-Livan atəşkəsini elan edib
01:57
Livan Prezidenti İsraillə əldə olunan razılaşmanı alqışlayıb
01:46
ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib
01:25
Sikorski: "Rusiya NATO ölkəsinə qarşı təxribat ssenarisinə əl ata bilər"
00:54
İranın cənubunda silsilə partlayışlar baş verib
00:47
“Neftçi” Yuri Vernidubla müqaviləni uzadıb
00:20
27.06.2026
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
22:40
Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçilib
22:12
İsrail və Livan bu tarixdə saziş imzalayacaq
21:43
Azərbaycan şahmatçıları İtaliyada iki qızıl medal qazandılar
21:30
Hakan Fidan Rusiya-Ukrayna münaqişəsində vasitəçilikdən danışıb
20:55
Xalq artisti Oqtay Mirqasımovun şəxsi əşyaları muzeydən oğurlanıb – “Bunun adı barbarlıqdır!”
20:25
İrəvan seçim etməlidir: Ya Aİİ, ya da AB - Zaxarova
20:17
BƏƏ ilə İran arasında mühüm telefon danışığı: Gərginlikdən sonra ilk təmas
20:13
Tramp İranı günahlandırdı: "Bu, atəşkəs razılaşmamızın axmaqcasına pozulmasıdır
20:10
23 yaşlı oğlan su kanalında batdı
20:06
Piratlar qaçırılan tankerin heyətini öldürməklə hədələyirlər
20:03
Lyayenin olduğu binanın kondisioner sistemi istidən sıradan çıxıb
20:00
Gürcüstan parlamentinin iclasında dava düşüb - FOTO
19:56
Türkiyədə fabrikdə partlayış baş verib, ÖLƏN VAR
19:52
Ankarada sammit: 70 min polis qoruyacaq, 30 küçə bağlanacaq
19:47
ABŞ İran gəmisinin heyətini azad etdi
19:42
"Yeşilçam"ın unudulmaz əfsanəsi KADİR İNANIR VƏFAT ETDİ
19:37
Rusiyada vətəndaşlıq almaq xeyli bahalaşdı: Putin qanunu imzaladı
19:34
Ağdamda maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı
19:31
İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapıldı
18:43
Belarus Prezidenti Rusiyaya yola düşdü
18:09
TƏCİLİ! Nəriman Həsənzadənin VƏZİYYƏTİ AĞIRLAŞDI
17:42
SON DƏQİQƏ! Pekinin ən hündür binalarından birinə TƏYYARƏ ÇIRPILDI - VİDEO
17:18
Zakir Həsənov yeni generallara rütbələrini təqdim etdi - FOTO
17:05
Venesuelada zəlzələdə ÖLƏNLƏRİN SAYI ARTDI - YENİLƏNDİ2
17:01
Abşeronda bir gündə 122 motoxuliqan saxlanılıb
16:46
Paşinyan ABŞ-dəki bəzi erməni təşkilatlarını tənqid edib
16:44
Rusiyanın sabiq müdafiə naziri VƏFAT ETDİ
16:35
Allahşükür Paşazadə: "Süni intellekt ibadətdə insanı əvəz edə bilməz"
16:16
Müdafiə Nazirliyinin nümayəndələri Zəfər parkında olublar
16:01
Rusiya və Ukrayna hərəsi 160 əsiri azad edib
15:45
İtkin düşən 6 nəfər ailələrinə təhvil verildi
15:41
Bakıda bir neçə binadan elektrik naqilləri oğurlanıb
15:35
“Rəşad olsaydı, başqa cür olardı…” – Polkovnik-leytenantın ailəsindən TƏSİRLİ AÇIQLAMA
15:09
IBM dünyada ilk 0,7 nanometrlik çipi TƏQDİM ETDİ
14:51
"Neftçi" Yuri Vernudubla müqavilə müddətini uzadıb - FOTOLAR
14:47
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
14:33
"Səbail" onu transfer etdi
14:27
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
13:52
Zabil Qəhrəmanovun cinayət işindən XƏBƏR VAR
13:43
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
13:17
BMT Hörmüz boğazından təxliyəni DAYANDIRDI
13:08
ZAES-də əsas elektrik xəttinin təmiri ilə bağlı YENİ MƏLUMAT
12:52
Türkiyə MN Azərbaycanı təbrik etdi
12:41
Ursula fon der Lyayen Azərbaycana səfər edəcək
12:29
Alen Simonyan ERMƏNİSTAN PREZİDENTİ OLACAQ?
12:24
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR